"20 Yanvar xalqımızın azadlığı uğrunda mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir"-Əli Əhmədov

"20 Yanvar xalqımızın azadlığı uğrunda mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir"-Əli ƏhmədovBir neçə gündən sonra Azərbaycan tarixinin ən qanlı faciələrindən olan "20" Yanvar qırğınının 30 ili tamam olur.
Sonxeber.az-ın məlumatına görə, bunu YAP-ın icra katibi və partiya sədrinin müavini Əli Əhmədov hakim partiyanın 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbirində deyib.
"Azərbaycanın hər bir guşəsində bu tarix qeyd edilir və şəhidlər yad edilir. Yeni Azərbaycan Partiyası da bugünkü toplantısında məhz bu hadisənin 30-cu ildönümünü qeyd etmək istəyir. Onu ayrıca vurğulamaq istəyirəm ki, 30 il bundan əvvəl törədilən, sadəcə olaraq Azərbaycan xalqının başına gətirilən faciə deyil, bu xalqımıza qarşı törədilmiş böyük qanlı bir cinayət idi. Təbii ki, bu cinayəti törədən də o zamankı Sovet İmperiyası və Sovet İmperiyasının rəhbərliyində duranlar idi. Çox təəssüf hissi ilə qeyd eləmək lazımdır ki, tarixdə törədilən cinayətlərə görə cavab verilməməsi hallarına demək olar ki, rast gəlmək mümkün deyildir.Yəqin ki, 20 Yanvar faciəsi və qırğını yeganə haldır ki, bu faciəni və qırğını törədənlərin heç biri bu günə qədər öz cəzasını almayıblar. Nə bu qırğının törədilməsinə əmr verənlər, nə də onun müxtəlif səviyyədə vəzifə daşıyaraq icra edənlər cəzalandırılmayıblar. Məmnunluq hissi ilə qeyd eləmək lazımdır ki, Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyev faciənin törədilməsinin növbəti günündə bu faciənin əsl baiskarını və səbəbkarını, o zamanlar Sovetlər İttifaqına rəhbərlik edən Qorbaçovu ciddi şəkildə ittiham etdi, bu faciəyə qiymət verilməsi tələbini irəli sürdü. Hesab edirəm ki, biz 30 il bundan əvvəl törədilən faciəni sadəcə olaraq Azərbaycan xalqının tarixinin hüzn günü kimi qeyd etməli deyilik. Bu, Azərbaycan xalqının öz azadlığı uğrunda mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir. 30 il ötüb. Bu gün Azərbaycan müstəqil dövlətdir. Həmin faciə törədiləndən təxminən bir il sonra Sovet İmperiyası çökdü və Azərbaycan da öz müstəqilliyinə qovuşmuş oldu. Bu gün biz ayrıca onu vurğulayırıq ki, Azərbaycanın müstəqillik qazanmasında, öz müstəqil inkişaf yolunu seçməsində 20 Yanvar faciəsi zamanı öz canlarını qurban vermiş insanlarımızın da əməkləri var. Təbiidir ki, biz bugünkü müstəqilliyimizi, bugünkü inkişafımızı və gələcəyə ümidimizi qiymətləndirərkən eyni zamanda bu yolda tökülən qanları və bu qanların sahiblərini də xatırlamalıyıq. Azərbaycan xalqı 20 yanvar faciəsini və onun qurbanlarını heç vaxt unutmur, unutmayacaq. Bu bizim müstəqillik yolunda verdiyimiz itkilərdir. Amma əldə etdiyimiz müstəqillik və həmin müstəqilliyin Azərbaycanın hər bir vətəndaşına, bütünlüklə dövlətimizə gətirdiyi üstünlüklərdir", - deyə Əli Əhmədov bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5756   Tarix: 18 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel
.

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada

26 aprel