"20 Yanvar faciəsi barədə beynəlxalq aləmə ilk məlumatı Heydər Əliyev verib"- Elman Nəsirov

"20 Yanvar faciəsi barədə beynəlxalq aləmə ilk məlumatı Heydər Əliyev verib"- Elman NəsirovAzərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 30 il keçir. Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Elman Nəsirov bildirib ki, 20 yanvar hadisəsi tariximizin qanlı, eyni zamanda qəhrəmanlıq səhifəsidir. Tarixdə az-az belə bir hadisələr olur ki, eyni zamanda həm faciə, qəhrəmanlıq səhifəsi olsun. 20 yanvarda faciəsində şəhid olanlar bugünkü Azərbaycanın müstəqiliyi, süverenliyi uğrunda öz canlarını fəda ediblər. Onlar qəhrəman kimi tarixə düşüblər. Bu ölməkdə olan imperiyanın son addımları idi. SSRİ dağılmaqda idi. Görəndə ki, Azərbaycanda milli azadlıq hərəkatı bu qədər geniş vüsət alıb, İmperiya son addımlarını atdı. Əslində 20 Yanvar cinayəti SSRİ-nin dağılmasını daha da gücləndirdi. Azərbaycan dövləti 30 il bundan öncə başsız və sahibsiz idi. Yanvarın 21-də ulu öndər Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gəldi. Orada bu faciəni törədənlərin adlarını çəkərək onları cinayətkar adlandırdı. Ulu öndər Heydər Əliyev onların Azərbaycan xalqına qarşı bəşəri bir cinayətə imza atdığını vurğuladı. Ən önəmlisi isə Azərbaycan xalqının başına gətirilən bu faciə ilə bağlı ilk dəfə ulu öndər Heydər Əliyev beynəlxalq aləmə məlumat verdi. Əlbəttə bu çox riskli bir addım idi. Əliyalın xalqın üzərinə tankla gedən bu rejim ulu öndərə qarşı da hər hansı bir sui-qəsd də hazırlaya bilərdi. Qeyd edim ki, ulu öndərimizin yandında cənab prezidentimiz İlham Əliyev də var idi. Ulu öndər Heydər Əliyev vətənpərliyin, xalqa olan sevginin, azərbaycanlı olmağın nə demək olduğunu o zaman göstərdi. Hər bir söz əməli ilə olanda gözəl görünür. Ulu öndər Heydər Əliyev həyatını təhlükəyə ataraq göstərdi ki, vətəni, xalqı sevmək necə olar. O dövrdəki və sonrakı hakimiyyət 20 Yanvar hadisələrinə hüquqi qiymət vermədi. Məhz Heydər Əliyev 1990-cı ildə Naxçıvanda hakimiyyətə gəldikdən sonra 20 yanvar hadisələrinə qiymət verdi. Eyni zamanda 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gələn zaman parlamentdə 20 Yanvar hadisələrinə hüquqi və siyasi qiymətin verilməsi də onun adı ilə bağlıdır. Cənab prezidentimiz İlham Əliyev də bu siyasəti davam etdirir. Bu gün şəhid ailələrinə böyük diqqət və qayğı var. Onların sosial durumunun yaxşılaşdırılması üçün addımlar atılır. Hər il cənab prezidentimiz 20 Yanvar faciəsi zamanı şəhid olanların məzarını ziyarət edir, onların qarşısında baş əyərək öz ehtiramını göstərir. 20 Yanvar faciəsində yayınmaq mümkün idi. Əgər o dövrdəki Azərbaycan rəhbərliyi və AXCP-nin liderləri xalqı məlunmatlandırsaydı bəlkə də bu faciə baş verməzdi. Düşünürəm ki, bu hadisənin baş verməsinin səbəbkarları SSRİ-nin, Azərbaycan o dövrdəki rəhbərliyi və bu gündə hakimiyyətə iddialı olan müxalifətin nümayəndələridir. Hesab edirəm ki, 20 faciəsini tərədənlər öz cəzasını almayıb, şəhidlərimizin ruhu narahat olacaq".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3494   Tarix: 20 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel