Dövlət qulluğuna qəbul olmaq istəyənlər oxusunlar
Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı qaydalar və şərtlər dəyişdirilir. Milli Məclisdən bildirilib ki, Azərbaycan prezidenti qanunun 28-ci (Dövlət qulluğuna qəbul) maddəsinin dəyişdirilməsi ilə bağlı təqdimat verib.
Nəzərdə tutulan dəyişikliyə əsasən, dövlət qulluğuna qəbulla bağlı aparılan müsabiqə test imtahanından ibarət olacaq. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, dövlət qulluğuna qəbul üçün rübdə bir dəfədən az olmayaraq, test imtahanları təşkil edəcək. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.
Yeni redaksiyada verilən maddədə daha bir neçə dəyişiklik nəzərdə tutulub. Layihə Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilib və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilib. ( apa )
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1965 Tarix: 27 aprel 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakcell "İnklüzivlikdə İnnovativ Həllər" tədbirinə dəstək oldu
İnnovasiya lideri Bakcell "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən təsis edilən "Kaşalata" kafede "İnklüzivlikdə İnnovativ Həllər" adlı tədbir təşkil edib. Tədbirin əsas məqsədi rəqəmsallaşan dünyada neyro-müxtəlifliyi olan şəxslər üçün inklüziv yanaşmaların inkişafın
17 dekabrBu Mərkəzin operatoru dələduzluğa görə həbs edildi
Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzinin kompüter operatoru Z.Sevdimalıyeva dələduzluq cinayətinə görə həbs edilib. Qaynarinfo-nun məlumatına görə, Hacıqabul Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 178.2.3-cü (Dələduzluq - şəxs tərəfindən ö
17 dekabr"Anama söydülər deyə bu onlara Allahın cavabı oldu"
Basketbol klubu "Panatinaikos"un baş məşqçisi Ergin Ataman Avroliqanın 16-cı həftəsində səfərdə "Fənərbağça Beko" üzərində 81-77 hesablı qələbədən sonra açıqlama verib. xəbər verir ki, Atamanın sözlərinə görə:. "Pis çıxış edən 'Panatinaikos' yoxdur. Yolumuza davam edirik
17 dekabr"Həkimin etdiyi əməliyyatda 3-cü ölən mənim övladımdır..." - Video
Kürdəmirdə cərrahi əməliyyatdan beş gün sonra vəfat edən 22 yaşlı Məleykə Nurməmmədovanın yaxınları həkimi ittiham edirlər. "Qafqazinfo" xəbər verir ki, onlar bununla bağlı "Baku TV"yə danışıblar. Mərhumun atası Müsəllim Məmmədov hadisənin qan köçürüldükdən sonra baş verdiyini iddi
17 dekabrProkuror Vardanyanın ömürlük həbsini tələb etdi
Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib
18 dekabrAZAL-dan daha bir yenilik - Yan oturacağı "bloklaya" bilərsiniz
Azərbaycanın milli aviadaşıyıcısı AZAL ekonom sinifdə səyahət edən sərnişinlər üçün şəxsi məkanı və komfortu artıran yeni xidməti istifadəyə verib. xəbər verir ki, artıq sərnişinlər yan oturacağı və ya bütün sıranı əvvəlcədən "bloklaya" bilərlər. Yeni xidmət uçuş zamanı daha rahat hərəkət imkan
18 dekabrNazirdən iki təyinat
Abutab Abbasova və Emin İsmayılov Yüksək Texnologiyalar Parkının baş icraçı direktorunun müavinləri vəzifələrinə təyin ediliblər. Qaynarinfo xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Qeyd edək ki, Abutab Abbasova ADA Universitetində beynəlxalq münasibətlər ixtisas
18 dekabr