"Müğənnilərin parlamentdə nə işi var? Bəyəm Milli Məclis xor dərnəyidir?"- Hafiz Hacıyev

"Müğənnilərin parlamentdə nə işi var? Bəyəm Milli Məclis xor dərnəyidir?"- Hafiz HacıyevXəbər verdiyimiz kimi fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Milli Məclisə seçkilərlə əlaqədar 1542 nəfərin namizədliyi qeydə alınıb. Onların arasında Əməkdar artisti Elza Seyidcahan, bir çox mətbuat nümayəndələri və vəkillərində adları var.

Bununla bağlı Sonxeber.az-a danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib ki, ölkə prezidentinin apardığı uğurlu siyasətin və demokratik islahatların nəticəsidir ki, bu gün parlament seçkilərinə bu qədər maraq var: "Xalqda böyük ruh yüksəkliyi var. Cənab prezidentimiz həm iqtisadi, həm də siyasi cəhətdən çox böyük işlərə imza atır. Təəssüf ki, bu gün hər yoldan keçən parlamentə namizədliyini verib. Amma o insanlar düşünməlidir ki, parlament uşaqlar və təcrübəsizlər yığıncağı deyil. Parlament ölkə taleyini həll edilməsində mühüm rolu olan qurumdur. Çox təəssüf ki, bir mahnı oxuyub, onu aranjeman edə bilməyənlər, zamanında ulu öndər Heydər Əliyevin şəkilini çıranlar bu gün parlamentə namizədliyini verib. Yeni Azərbaycan Partiyası 30 ildir ki, yaranıb. Təəssüf ki, 30 ildə Yeni Azərbaycan Partiyasının əlehinə işləyən, erməni kəşfiyyatı ilə sıx əlaqədə olan insanlar çalışırlar ki, parlamentə daxil olub, müəyyən dairələrin maraqlarını həyata keçirsinlər. Biz buna imkan verə bilmərik. Heç vaxt icazə verə bilmərəm ki, zamanında ulu öndərin şəkilini cırıb, ermənilərə işləyən birisinin oğlu deputat olsun. Belələrin parlamentə düşməsi Azərbaycan dövlətinə və xalqına hörmətsizlikdir. Ən önəmlisi isə xalqın gələcəyi ilə oynamasıdır. Namizədlər arasında eləsi var ki, vaxtı ilə Əli İnsanovun vəkili olub. Onun Avropa Şurasında bəraət qazanmasında böyük xidmətləri var. Bu da xarici kəşfiyyatın qurduğu oyundur. Biz imkan verə bilmərik cənab prezidentin gördüyü bu qədər işlərə kimsə kölgə salsın. Düşünürəm ki, düşük adamların elə bəri başdan namizədliklərini götürməsi daha məsləhətlidir. Çünki bizim Qarabağ kimi dərdimiz var. Azərbaycanı istəməyən qüvvələr var. Ona görə ölkə rəhbərinin apardığı uğurlu islahatlara dəstək olan insanlar parlamentdə yer tutmalıdır. Artistlərin və müğənnilərin parlamentdə nə işi var. Bəyəm parlament xor dərnəyidir? Parlament oturuşmuş siyasi meydandır. Düşünürəm ki, bəziləri gedib ərizələrini geri götürüb, artistliklərini etsinlər".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8528   Tarix: 22 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel