Vilayət Eyvazov generalları topladı - FOTO

Vilayət Eyvazov generalları topladı - FOTOYanvarın 22-də Daxili İşlər Nazirliyində 2019-cu ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

​İclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquq mühafizə siyasəti sayəsində daxili işlər orqanlarında da fəaliyyətin təkmilləşdirilməsi, əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Asayişin, təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması və digər sahələrdə qarşıda duran vəzifələrin, dövlət plan və proqramlarının icrası tam təmin edilib.

Ölkəmiz cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı sabit qalaraq 265 fakt təşkil edib.

​Hesabat məruzəsi ilə çıxış edən Daxili İşlər naziri deyib ki, 2019-cu ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.672 cinayət qeydə alınıb.

Onların 92 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.

2018-ci illə müqayisədə qəsdən adam öldürmələr 5,4, adam öldürməyə cəhdlər 23,4, mülkiyyət əleyhinə olan cinayətlər 12, o cümlədən soyğunçuluqlar 3,9, quldurluqlar 2, dələduzluqlar 24,3, hədə-qorxu ilə tələb etmələr 25, avtonəqliyyat vasitəsinin qaçırılması faktları 15,5, habelə xuliqanlıqlar 13,4, ictimai yerlərdə baş verən cinayətlər 26, yetkinlik yaşına çatmayanların cinayətləri 30,1, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər 1,3 faiz azalıb.
Eyni zamanda, ağır və xüsusilə ağır cinayətlərin 87, şəxsiyyət əleyhinə olanların 97, onlardan qəsdən adam öldürmələrin 95, adam öldürməyə cəhdlərin 98, qəsdən sağlamlığa ağır zərər vurmaların 94, xuliqanlıqların 93, mülkiyyət əleyhinə olan cinayətlərin 73,4 faizinin, onlardan oğurluqların 65,4, dələduzluqların 94, soyğunçuluqların 84, quldurluqların 86, hədə-qorxu ilə tələb etmələrin 91, avtonəqliyyat vasitəsini qaçırmaların 81 faizinin, eləcə də prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 329 cinayətin açılması təmin edilib.

Məruzəçi "102" Xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə 2039 cinayətin "isti izlərlə" açıldığını, 7.556 hüquqazidd əməlin qarşısının alındığını, "Təhlükəsiz şəhər" sisteminin imkanları ilə 575 cinayətin açıldığını vurğulayıb. Həmçinin, təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi sahəsində görülmüş tədbirlərlə 3608 nəfərin tutulduğunu diqqətə çatdırıb.

Nazir qeyd edib ki, mütəşəkkil cinayətkarlıqla mübarizə də məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 818 cinayətkar qrup zərərsizləşdirilib. Qeyri-leqal dövriyyədən bütövlükdə 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb. Qeyri-qanuni kultivasiya edilən 127 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31.539 cinayət işindən 81 faizinin istintaqı daxili işlər orqanları müstəntiqləri tərəfindən aparılıb və vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi məhz istintaq zamanı ödətdirilib.

General-polkovnik Vilayət Eyvazov qeyd edib ki, xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin icrası daim nəzarətdə saxlanılıb və tam yerinə yetirilib.

Nazirliyin rəhbərliyi tərəfindən 4405, o cümlədən, kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 64 şəhər və rayonundan olan 965 vətəndaşın qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi demokratik islahatların, böyük infrastruktur layihələrinin, sosial yönümlü proqramların uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Respublikamızda ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu, eyni zamanda, aidiyyəti Dövlət Proqramlarından, Milli Fəaliyyət Planlarından irəli gələn vəzifələrin ardıcıllıqla icra olunduğunu, cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahələrində uğurlar qazanıldığını qeyd edib.

Xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyəti, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş şəkildə istifadəsinin vacibliyi nəzərə çatdırılıb.

Məruzə ətrafında çıxış edən Naxçıvan MR-in Daxili İşlər naziri Fazil Ələkbərov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Oqtay Kərimov, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev və başqaları hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı planlaşdırılan konkret tədbirlərdən danışıblar.

İclasa yekun vuran Daxili İşlər naziri Vilayət Eyvazov 2019-cu ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu nəzərə çatdırıb, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldərək konkret tapşırıq və tövsiyələrini verib.

O da qeyd olunub ki, 2020-ci ildə qarşıda çox mühüm vəzifələr durur. Cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələr inkişaf etdirilməli, şəxsi heyət daha böyük əzmlə çalışmalı, peşəkarlığını yüksəltməlidir.

Cari ildə ölkəmizdə keçiriləcək respublika və beynəlxalq əhəmiyyətli tədbirlərlə bağlı bütün təşkilati işlər vaxtında və yüksək səviyyədə yerinə yetirilməlidir.

Sonda general-polkovnik V.Eyvazov nazirlik sistemində maddi texniki təminatın, xidmət şəraitinin daha da yaxşılaşdırılması, fəaliyyətin təkmilləşdirilməsi, sosial müdafiə işinin gücləndirilməsi üçün dövlət tərəfindən hərtərəfli kömək göstərildiyini məmnunluqla qeyd edərək, bu ali diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, qanunla müəyyən olunmuş vəzifələr bundan sonra da tam yerinə yetiriləcək.
Vilayət Eyvazov generalları topladı - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6942   Tarix: 22 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel
.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel