Hərbi ekspert: "Azərbaycan ordusunun silah və texnika parkı 80% yenilənib"

Hərbi ekspert: "Azərbaycan ordusunun silah və texnika parkı 80% yenilənib""Azərbaycan Ordusu silahlanma siyasətini diversifikasiya edilmiş şəkildə aparır. Həm Rusiya və keçmiş SSRİ-nin əsas silah istehsalçıları olan Ukrayna və Belarusdan, həm Mərkəzi və Cənub Şərqi Avropa dövlətlərindən, həm də İsrail, Türkiyə və Pakistan kimi inkişaf etmiş müdafiə sənayesinə malik ölkələrdən silah sistemləri, müdafiə təyinatlı avadanlıq əldə edilir".

Bunu "Report"a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib.

O qeyd edib ki, son 15 ildə təkcə İsrail və Rusiyadan üst-üstə 8 milyard ABŞ dolları məbləğindən çox silahlar alınıb. R.Süleymanov vurğulayıb ki, bura hava hücumundan müdafiə kompleksləri, artilleriya sistemləri, aviasiya vasitələri, zirehli maşınlar (tanklar, PDM və ZTR-lər, mühəndis texnikası), gəmilər, C4ISR sistemləri və s. daxildir: "Satınalmalarda son illər əsas yeri Rusiya tutub. Ötən 4 il ərzində Çexiya, İspaniya, Bolqarıstan, Slovakiya, İtaliya, Fransa və bir sıra Avropa dövlətləri Azərbaycana tətbiq edilən silah satışı embarqolarını ya tamamilə aradan qaldırıb, ya da yumşaldaraq müəyyən məhsulların satışını həyata keçiriblər. Hazırda adıçəkilən dövlətlərin hərbi sənaye kompleksinə daxil olan şirkətlərlə imzalanmış müqavilələrin icrası davam edir".
Hərbi ekspert: "Azərbaycan ordusunun silah və texnika parkı 80% yenilənib"Ekspert bildirib ki, silahlanmaya ayırılan vəsaitin və satınalmaların həcminə görə, Azərbaycan postsovet və Cənub Şərqi Avropa regionunda ilk yerdə dayanır. Müdafiə Nazirliyinin rəsmi şəxslərinin açıqlamalarına əsasən, ordunun silah və texnika parkı 80% yenilənib: "Silahlanma üç istiqamətdə davam edir:

- Xaricdən satınalmalar (hələ ki əsas ağırlıq)

- Köhnəlmiş silah və texnikaların modernləşmə proqramları

- Yerli istehsal.

Əsas modernləşmə proqramları Türkiyə, Belarus və İsrail şirkətlərinin cəlbi ilə yerli dövlət və özəl şirkətlər tərəfindən aparılır".

Hərbi ekspert: "Azərbaycan ordusunun silah və texnika parkı 80% yenilənib"Onun sözlərinə görə, 2018 və 2019-cu illərdə əvvəlki illərdə imzalanmış müqavilələr üzrə yeni silah və texnikaların Azərbaycan Ordusuna çatdırılması davam edib: "Silah və texnikalar ordunun cari və uzunmüddətli ehtiyacları öyrənilərək alınır və hər il haradasa yeni silah çıxıbsa, onun alınması barədə düşüncələr doğru deyil. Dəyişən hərbi və təhlükəsizlik təhdidləri ilə əlaqədar silahlanmaya təkrar baxılır, bu təhdidləri aradan qaldırmağa imkan verən yeni sistemlər incələnir, ehtiyaclardan asılı olaraq qərarlar qəbul edilir. Ötən illərdə Müdafiə Nazirliyi və DSX-nin nümayişlərindən göründüyü qədər diqqət daha çox radioelektron mübarizə sistemlərinin, kamikadze PUA-ların, radar sistemlərinin alınmasına yönəldilib".

R.Süleymanov hesab edir ki, Azərbaycan Ordusu arsenalında olan silahlara görə dünyanın qabaqcıl oduları ilə müqayisə oluna bilər: "Onu xüsusilə vurğulamaq istərdim ki, bu gün Azərbaycan Ordusunda mövcud olan kəşfiyyat və zərbə PUA-ları regionda Rusiya daxil olmaqla, heç bir dövlətin silahlanmasında yoxdur. Eləcə də hava hücumundan müdafiə sistemlərini, artilleriya vasitələrini misal göstərmək olar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1144   Tarix: 24 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021