"O qradlardan biri sinif yoldaşımın atasının üzərinə düşdü"- Günay Yelmarqızı ilə SƏMİMİ SÖHBƏT

"O qradlardan biri sinif yoldaşımın atasının üzərinə düşdü"- Günay Yelmarqızı ilə SƏMİMİ SÖHBƏTDənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri, məşhur teleaparıcı Günay Yelmarqızı Sonxeber.az-ın suallarını cavablandırıb.

- Günay xanım, öncə istərdik ki, oxucularımız sizi bir az tanısın.

- Mən 1981-ci ildə Ağdam rayonunda doğulmuşam. 1993-cü ildən Bakıda yaşayıram. Orta məktəbi Bakıda bitirmişəm. Birinci ali təhsilim jurnalistika üzrə olub. İkincisi təhsilimi isə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsində almışam. Hər hansı bir Avropa ölkəsində səfir, diplomat olmağı arzulayırdım. Ancaq jurnalistikaya olan sevgim daha ağır gəldi, o istiqamətdə davam etmədim.
Subayam. Ailənin ilk övladıyam. 1999-cu ildə birinci kursda oxuyarkən mediada fəaliyyətə başlamışam. İlk iş yerim "525-ci" qəzet olub. 2002-ci ildən teleradio fəaliyyətinə başlamışam. 2003-cü ildən canlı efirdəyəm. Müxtəlif televiziyalarda ayrı-ayrı vəzifələrdə çalışmışam. Bir ildir ki, Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibiyəm. Ancaq televiziyadan tam ayrılmamışam. Həftədə bir dəfə Azad Azərbaycan telekanalında xəbərlərin əsas buraxılışını aparıram.

"O qradlardan biri sinif yoldaşımın atasının üzərinə düşdü"- Günay Yelmarqızı ilə SƏMİMİ SÖHBƏT- Məktəb illərini necə xatırlayırsınız?

- Orta təhsili Bakıdakı 32 saylı Ağdam tam orta məktəbində almışam. Uşaqlığım çətin dövrə düşüb. Mən müharibə uşağıyam. Təəssüf ki, müharibənin ağrı-acısını görmüşəm. Qrad raketlərinin yağışı altında doğulduğum Ağdamdan çıxmışam. Ermənilər bizim kənddə hücum etmişdi. Evimiz kəndin mərkəzində idi. Biz təsadüfən sağ qaldıq. Yolnan gedən zaman üzərimizdən qradlar atılırdı. O qradlardan biri sinif yoldaşım Aidənin atasının üzərinə düşmüşdü. Müharibə qorxusu, sonra məcburi köçkünlüyün gətirdiyi problemlər, travmalar. Yəni, uşaqlığımı doya-doya yaşamamışam. Uşaqlığını yaşamayan insan heç vaxt böyümür. Bir tərəfi hər zaman uşaq qalır. Evimi, torpağımı, uşaqlığımı itirmişəm. Ona görə itirməkdən qorxuram. Bu gün də məndə itirmək qorxusu var. Mən orta məktəbə Ağdamda getmişəm. Ağdamdan çıxanda 10-11 yaşım var idi. Bir müddət Ağcabədidə atamın dostugildə qaldıq. Düşünürdük ki, tezliklə evimizə geri qayıdacağıq. Heç vaxt ağlımıza gəlməzdi ki, Ağdam və digər rayonlarımız işğal olunar. Ancaq sonuncu dəfə Ağdama gələndə ermənilərin hücumu oldu. Biz o zaman birbaşa Bakıdakı qohumların yanına gəldik. Az sonra da Ağdam işğal olundu. Bakıda 4-5 məktəb dəyişmişəm. Mənim üçün o illəri xatırlamaq ağırdır. Çünki, istər-istəməz eyni ağrıları yaşayıram. Müharibədə hər şeyimizi itirmişdik, öz ölkəmizdə məcburi köçkünə çevrilmişdik, yataqxanada yaşayırdıq. Hamı bizə "qaçqın" deyirdi. O zaman insanların psixologiyası bu məsələlərə tam hazır deyildi. Və təbii ki, kiçik yaşda bu cür psixoloji təzyiqlər mənə çox ağır idi. Biz yataqxanada yaşayırdıq. Yataqxana həyatı, çoxlu məktəb dəyişmək təbii ki, uşaq psixologiyasına ağır gəlirdi. Ancaq düşünürəm ki, mən güclü insanam. Bu qədər çətinliyi aşa bildim. Qarşıma məqsəd qoyub oxudum, iki ali məktəb bitirdim. Öz ayaqlarım üzərində dayana bildim. Sübut etdim ki, "qaçqın" da bu ölkənin bərabərhüquqlu vətəndaşıdır. Cəmiyyətdə savadı, işi, peşəsilə yer tuta bilər. Oxuduğum şəhər məktəblərində "qaçqın" deyə məni barmaqla göstərib kinayə ilə uzaq duranlar illər sonra "biz səninlə eyni sinifdə, eyni məktəbdə oxumuşuq. Səni efirdən izləyirik və fəxr edirik" deyəndə anladım ki, məqsədimə çatmağı bacarmışam.

- Elə şagifd olmasın ki, ömründə bir dəfə də olsun dərsdən qaçmasın. Siz də dərsdən qaçmısınızmı?

-Mən dəqiq, normadan çox məsuliyyətli insanam. Daxili tənqid məndə güclüdür. Amma buna baxmayaraq məndə sinif yoldaşlarıma qoşulub sonuncu dərsdən qaçmışam. Ancaq bu o qədər nadir hallarda olub ki, xatırlamıram da.

"O qradlardan biri sinif yoldaşımın atasının üzərinə düşdü"- Günay Yelmarqızı ilə SƏMİMİ SÖHBƏT-Tələbəlik illərinizdə Azərbaycanın ən çətin dövrünə düşüb.

- 1990-cu illərin çətin dövrünü görmüş insanam. Mən orta məktəbdə oxuyan zaman çörəyi talonla alırdıq, uzun növbələr olurdu. Ona görə də mən həmişə gənclərə deyirəm ki, bugünki güclü Azərbaycanın qədrini bilmək lazımdır. Bu gün bizim qüdrətli, güclü dövlətimiz var. 1990-cı illərdəki çətinlik bu gün yoxdur. Bəzən xırda şeyləri böyük problem edən insanları görəndə mənə qəribə gəlir. Çünki çətinlik bu deyil. Mən tələbəlik yaşamamışam. Çünki birinci kursdan müəllimlərin təkidi ilə işləməyə başlamışam. Fəaliyyətimə "525-ci" qəzetdə başladım. Mən ora "ata ocağı" deyirəm. Çünki mənim üçün "525-ci qəzet" yolun başlanğıcıdır. Dərsdən çıxıb, işə qaçırdım. Ona görə də çox da tələbəlik illərini yaşaya bilməmişəm. Amma arada vaxt tapdıqca tələbə yoldaşlarımla tamaşaya, hansısa kafeyə gedirdik. İkinci ali təhsilimi alanda mən artıq televiziyada işləyirdim. Tələbə yoldaşlarımın bəziləri ilə hələ də münasibətim var.

- Hər bir jurnalistin həyatında qarşılaşdığı maraqlı hadisələr olur. Muxbir kimi fəaliyyət göstərdiyiniz dövrdə hansı maraqlı hadisələrlə qarşılaşmısınız?

- "525-ci qəzet"də işlədiyim zaman mən 18 yaşında idim. Demək olar ki, heç bir təcrübəm yox idi. Qəzetin, medianın nə olduğunu bilmirdim. Mən ilk səhvlərimi orada etmişəm. İlk uğurlarımı orada qazanmışam. Ona görə üzərimdə kiçik də olsa əməyi olan hər kəsi hörmətlə xatırlayıram. "Kobra" ləqəbli kimsəsiz bir uşağın həyatı ilə bağlı araşdırma yazmışdım. O, yalnış xatırlamıramsa, hansısa məsciddə yaşayırdı. Sonra eşitdim ki, o uşağı oradan qovublar. Onun həyatı mənə çox pis təsir etmişdi. Düşünürdüm ki, görəsən, sonrakı taleyi necə oldu. Hər zaman arzulayırdım ki, o uşaq qarşıma çıxsın. Mən ona hansısa formada kömək edim.
- Muxbir işlədiyiniz dövrdə sorğularınızı cavablandırmayan mətbuat xidmətlərinin rəhbərləri olurdumu?

- Muxbir kimi işlədiyim dövrlərdə istəyirdim ki, mətbuat xidmətlərinin rəhbərləri sorğularımıza daha açıq, operativ reaksiya versin. Mənim heç bir mətbuat xidmətinin rəhbəri ilə problemim olmayıb. Amma bəzi mətbuat xitməti rəhbərləri var idi ki, mediaya açıq deyildilər. Onları heç axtarmırdıq da. Bilirdik ki, onlardan heç bir cavab ala bilməyəcik. 2018-ci ildə mətbuat xidmətinin rəhbəri təyin olunandan çalışıram işimi elə qurum ki, jurnalistlər məndən inciməsin. Müraciət edən həmkarlarıma bacardığım qədər kömək edirəm.

"O qradlardan biri sinif yoldaşımın atasının üzərinə düşdü"- Günay Yelmarqızı ilə SƏMİMİ SÖHBƏT- Qəzetdən televiziyaya keçən zaman sizdə çətinliklər yarandımı?

- "525-ci"qəzet mənim üçün çox doğmadır. 3 il orada işlədim. İlk iş yerim idi. Ancaq mənim arzum televiziyada işləmək olub. Amma özümə söz vermişdim ki, birdən-birə televiziyada işləməyəcəm. Müəyyən bir yol qət edəndən, təcrübə qazanandan sonra efirə çıxacam. Bu mənada "525-ci qəzet"dəki 3 illik təcrübəm mənə çox kömək oldu. Uşaqlıqdan xəbər aparıcısı olmağı arzulayırdım. Anamım pencəyini geyinib, güzgü qarşısında xəbər oxuyurdum. Mən harda işləyəcəyimi bilirdim. Yolum, məqsədim bəlli idi. Qəzetdə işləyən zaman eşitdim ki, "Lider" televiziyasında bir verilişə müxbir axtarırlar. Bir il orada təcrübə keçdim. Təbii ki, ilk vaxtlar insan qəribə olur. Amma kollektiv yaxşı olanda tez apadtasiya olursan. Bəxtim onda gətirdi ki, televizyada işlədiyim insanlar çox səmimi idi. Mən hər zaman özümü televiziyada görürdüm. 2003-cü ildə Azad Azərbaycan televiziyasında xəbər aparıcısı kimi ilk dəfə efirə çıxdım. O zaman Azad Azərbaycan kanalı yeni açılmışdı. Mənə redaktor qəzetdə bir mətn oxutdurdu. Xəbəri oxuyan kimi dedilər ki, radioda xəbər aparıcısına ehtiyacımız var, işləmək istəyirsənsə, bu dəqiqə işə götürək. Radioda bir neçə həftə işləyəndən sonra qəfil dedilər ki, səni gələn həftədən canlı efirə çıxaracağıq. Ondan sonra mənim xəbər aparıcısı kimi fəaliyyətim başladı və artıq uzun illərdir ki, canlı efirdəyəm. Tale elə gətirdi ki, illər sonra mən yenidən ilk dəfə xəbər aparıcısı kimi efirə çıxdığım Azad Azərbaycan televiziyasında canlı efirə çıxıram.

"O qradlardan biri sinif yoldaşımın atasının üzərinə düşdü"- Günay Yelmarqızı ilə SƏMİMİ SÖHBƏT- Canlı yayımda gözləmədiyiniz hadisələr baş veribmi?

- Uzun müddət təcrübən olsa da, canlı yayımda hər zaman gözləmədiyin hadisələrlə qarşılaşırsan. Çünki canlı efirdir. Gözlənilməz sürprizlərlə qarşılaşa bilərsən. Məsələn, efirdə danışdığım yerdə səsim tutulub qəflətən, bir neçə saniyəlik səsim batıb. Xəbər oxuduğum yerdə qəflətən başımın üstündən işıq partlayıb. Anosu oxuyan zaman yaddıma düşüb ki, mikrofon taxmamışam. Yəni, belə hadisələr çox olur. Efirdə hər zaman diksiyama fikir vermişəm. Həmişə üzərimdə işləyirəm. Çalışmışam ki, sözləri düz tələffüz edim, vurğular yerində olsun, məntiqi vurğulara diqqət etmişəm. Ancaq bəzən olur ki, efirdə adi sözü deyən zaman dilin dolaşır. Canlı efirdə belə şeylər olur.

"O qradlardan biri sinif yoldaşımın atasının üzərinə düşdü"- Günay Yelmarqızı ilə SƏMİMİ SÖHBƏT-Şəhid xəbərlərini verəndə hansı hissləri keçirmisiniz?

- Təəssüf ki, şəhid xəbərləri də oxumuşam efirdə. Təıbii ki, ağırdı. Elə xəbərləri oxuyan zaman çox pis oluram. Ancaq xəbər aparcısı təmkinini və soyuqqanlılığını qorumalıdır. Məslən, Aprel döyüşləri zamanı hazırlanan reportajları təqdim edən zaman çox kövrəlirdim. Amma özümü saxlaya bilirdim. Elə olub ki, sujet gedə-gedə mən ağlamışam. Amma efir başlayan kimi özümü tez ələ alırdım. Mən Aprel döyüşləri zamanı 3 gün cəbhə xəttində olmuşam. Ağdamdan çıxandan sonra ilk dəfə doğulduğum torpağa getmişdim, düz 23 il sonra. İzahı olmayan bir hiss yaşayırdım. Orada dağılmış evləri çəkdim. Düşmənlə təmas xəttinə qədər getmişdim. Cocuq Mərcanlıda olmuşdum. Lələ Təpə işğaldan azad ediləndən sonra oradan ilk reportaj hazırlayan jurnalistlərdən biri idim. Aprel döyüşlərində Ağdam, Füzuli, Tərtərdən hazırladığımız reportajlar "CBC" televiziyası vasitəsilə 4 dildə bütün dünyaya yayımlandı. Sevinirəm ki, sonra Cocuq Mərcanlının yenidən bərpası ilə bağlı reortajlar hazırlamaq da mənə qismət oldu. Və ora yenidən bərpa ediləndən sonra Cocuq Mərcanlıdan birbaşa xəbər təqdim edən ilk aparıcı da mən oldum. Bu, Televiziya tarixində bir ilk idi. CBC telekanalının xəbər buraxılışı birbaşa Cocuq Mərcanlıdan canlı yayımlandı. Sevinirəm ki, həmin tarixi verilişin aparıcısı mən oldum.

"O qradlardan biri sinif yoldaşımın atasının üzərinə düşdü"- Günay Yelmarqızı ilə SƏMİMİ SÖHBƏT- Günay xanım, siz hansı Azərbaycan kanallarını və verilişlərini izləyirsiniz?

- İş rejimimə görə düzünü desək, verilişləri izləyə bilmirəm. Ancaq imkan tapan kimi mütləq xəbərlərə baxıram.

- Günay xanım, bu gün bir çox xəbər aparıcıları müxtəlif dövlət qurumlarında mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunurlar. Niyə məhz xəbər aparıcıları bu vəzifəyə gətirilir? Peşəkarlıq və çətin vəziyyətdə işləmə qabiliyyətinə görəmi, yoxsa təsadüfdürmü?

- Deməzdim yalnız xəbər aparıcılarıdır. Onların arasında xəbər aparıcısı olmayan tanınmış jurnalistlər də var. Düşünürəm ki, jurnalistlər həmkarlarının nə istədiyini yaxşı bilir. Onlara media ilə işləmək daha rahat olur.

-2018-ci ildən Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalşırsınız. Sizcə, mətbuat xidmətinin rəhbəri daha çox təmsil etdiyi qurumun qarşısında məsuliyyət daşıyır, yoxsa ictimaiyyətin?

- Mətbuat xidmətinin rəhbəri medianın qarşısında təmsil etdiyi qurumun, işlədiyi qurum qarşısında isə medianın vəkilidir. Hər ikisi qarşısında məsuliyyət daşıyır. Mən çalışıram ki, işimi vicdanla və məsuliyyətlə yerinə yetirim, balansı qoruyum.

"O qradlardan biri sinif yoldaşımın atasının üzərinə düşdü"- Günay Yelmarqızı ilə SƏMİMİ SÖHBƏT- Sizin incidiyiniz və ya sizdən inciyən jurnalistlər olubmu?

- Çalışıram ki, heç kimi incitməyim. Bu günə kimi məndən ciddi inciyən jurnalist olmayıb. Amma mənim incidiyim insanlar olub. Hiss etmişəm ki, onların yanaşmaları peşəkar deyil.

- Hər bir insanın sevincini, kədərini böldüyü şəxslər olur. Ən yaxın dostunuz kimdir?

- Mənim çox yaxşı ailəm və dostlarım var. Hər zaman deyirəm ki, bu həyatdakı ən böyük qazancım yaxşı insanlardır. 20 ildən çoxdur mediadayam. Bu illər ərzində çox gözəl insanlarla tanış olmuşam. Hər zaman ətrafımda mənə dəyər verən insanlar olub.

- Olduqca çox gözəl xanımsınız. Yəqin ki, sizə sevgi etiraf edən bəylər çox olub. Həmkarlarınızdan sizə sevgi etiraf edən olubmu?

- Bəli olub. Həmkarlarımdan evlilik təklifi almışam, ancaq qəbul etməmişəm.

- Sizin həyat yoldaşınız olmaq istəyən bəy hansı kriteriyalara sahib olmalıdır?

- Bir kişi mənim diqqətimi yalnız xarakteri ilə çəkə bilər. Başqa heç nə ilə. Bir qadının ehtiyac duyduğu ən böyük şey sevgi, diqqət, anlayışdır. Bir insanı məhv etmək istəyirsinizsə, onu diqqətdən mərhum edin. İnsan lazım olmadığını hiss edəndə məhv olur. Münasibətdə qarşılıqlı hörmət olmalıdır. Mənə görə münasibətlər yalnız sevgi üzərində qurulmalıdır. Övlad yalnız sevgidən dünyaya gətirilməlidir. Mən formal xarakterli evliliklərin, münasibətlərin, uşaq dünyaya gətirmək üçün qurulan izdivacların əlehinəyəm. Bəlkə də yalnış düşünürəm. Amma mənim yanaşmam budur. Hansı yaşda oluramsa olum, bu düşüncədə qalacam. Mən ağılla deyil, hisslərlə yaşayan insanam. Sevmədiyim insanla heç bir zaman eyni evdə yaşaya bilmərəm.

"O qradlardan biri sinif yoldaşımın atasının üzərinə düşdü"- Günay Yelmarqızı ilə SƏMİMİ SÖHBƏT- Bir çox məşhurlar var ki, övladlığa uşaq götürürlər. Nə vaxtsa övladlığa uşaq götürmək istərdinizmi?

-Bəzən bu istək ürəyimdən keçir. Amma bu çox böyük məsuliyyətdir. Bir uşağı böyütmək dünyanın ən məsuliyyətli işidir. Mən də olduqca məsuliyyətli biriyəm. Əgər bir körpəni götürüb saxlayacamsa, onu cəmiyyətə layiqli vətəndaş kimi böyütməli, özünü dərk edənə kimi maddi dəstək verməliyəm. Onu oxutmalı, layiqli vətəndaş kimi yetişdirməliyəm. Bütün bunları edə biləcəmsə bir uşağa analıq edə bilərəm. Əks halda yox. Heç kimin haqqı yoxdur ki, bir körpənin həyatını məhv etsin.

-Üzr istəməyi bacarırsınız?

-Əlbəttə. Bəzən öz səhvim olmayanda belə üzr istəməyi, münasibətləri qorumaq üçün güzəştə getməyi bacarıram. Sevdiyim insanlara qarşı çox fədakaram. Bağışlaya bilərəm, güzəştə gedə bilərəm, anlayış göstərə bilərəm. Ancaq bir yerə qədər. Qəlbim qırılanda sadəcə susub gedirəm.

-Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

- Vaxt tapdıqca yürüş edirəm. İdmanı, böyük tennisi, üzməyi, kitab oxumağı, səyahəti çox sevirəm.

- 10 il sonra özünüzü harda görürsünüz?

- Mən böyük danışmağı sevmirəm. Həyatımı planlar üzzərində qurub çərçivəyə salmağı sevmirəm. "Həyat əslində biz planlar qurarkən başımıza gələnlərdir" fikrini çox bəyənirəm. Ona görə də, həyatın gətirəcəyi bütün sürprizlərə açığam. Yaşamağı sevirəm. Hər şeyə rəğmən həyat çox gözəldir. 10 il sonra harada olacağımı bilmirəm. Bunu həyat göstərəcək. Amma bu gedişlə deyəsən elə 10 il sonra da efirdə olacam. Bir də yanımda qıvırcıq saçlı şirin bir qız olsun istəyirəm (gülür).

Aysel Yusifqızı
FOTO: Leyla Mustafazadə
"O qradlardan biri sinif yoldaşımın atasının üzərinə düşdü"- Günay Yelmarqızı ilə SƏMİMİ SÖHBƏT"O qradlardan biri sinif yoldaşımın atasının üzərinə düşdü"- Günay Yelmarqızı ilə SƏMİMİ SÖHBƏT"O qradlardan biri sinif yoldaşımın atasının üzərinə düşdü"- Günay Yelmarqızı ilə SƏMİMİ SÖHBƏT"O qradlardan biri sinif yoldaşımın atasının üzərinə düşdü"- Günay Yelmarqızı ilə SƏMİMİ SÖHBƏT"O qradlardan biri sinif yoldaşımın atasının üzərinə düşdü"- Günay Yelmarqızı ilə SƏMİMİ SÖHBƏT"O qradlardan biri sinif yoldaşımın atasının üzərinə düşdü"- Günay Yelmarqızı ilə SƏMİMİ SÖHBƏT


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3431   Tarix: 28 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə "Azərbaycan Avtomobil Yolları Dövlə

26 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada

26 aprel