Çindən diri heyvanların idxalına qoyulan müvəqqəti məhdudiyyətin təsirləri açıqlandı
Koronavirusla əlaqədar Çindən Azərbaycana diri heyvanların, balıq və dəniz məhsullarının idxalına qoyulan müvəqqəti məhdudiyyətin ölkəmizin qida məhsulları bazarına hansı formada təsir etdiyi açıqlanıb.
Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycana Çindən çox az miqdarda məhsul gətirilirdi. Buna görə də qoyulan məhdudiyyət qida qıtlığına səbəb olmayıb:
"Hesab edirəm ki, Çindən gətirilən qida məhsullarına qoyulan məhdudiyyət nə qida qıtlığına, nə də qiymət dəyişiminə səbəb olub. Bundan əvvəl də Çindən Azərbaycana kütləvi şəkildə nə diri heyvan, nə heyvan mənşəli məhsul, nə də quş əti idxal olunurdu. Olunurdusa belə, onun miqdarı Azərbaycanda qidalanmaya təsir edəcək qədər deyildi".
Q.Təhməzli əlavə edib ki, bu həftədən etibarən Azərbaycanda koronavirusla bağlı ölkəyə idxal olunan istənilən heyvan və heyvan mənşəli məhsullar, diri heyvanlar üzərində beynəlxalq standartlara uyğun olan ekspertiza həyata keçirilir. İndiyədək koronavirusla bağlı heç bir şübhəli hal aşkarlanmayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5194 Tarix: 13 fevral 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək
Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə
19 dekabrNazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR
Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d
21 dekabrPensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...
"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə
21 dekabrBu qadağa fevralın 1-dək ləğv olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. Qaynarinfo xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elm
20 dekabr