"Rusiya kürdlərə Yaxın Şərq regionunda dövlət qurmağa imkan verməyəcək"-RƏY

"Rusiya kürdlərə Yaxın Şərq regionunda dövlət qurmağa imkan verməyəcək"-RƏYSuriyanın şimalında fəaliyyət göstərən kürd silahlı qrupları, o cümlədən YPG Suriya mərkəzi hökumətindən dəstək istəyib.
Suriyanın al-Vatan qəzetinin yazdığına görə, YPG nümayəndələri Raqqa şəhəri yaxınlığında yerləşən Tabqa hərbi hava bazasında Suriya ordusu nümayəndələri ilə görüşüb. Qəzet yazıb ki, YPG nümayəndələri hökumətdən Raqqa əyalətinin Ayn əl-İsa məntəqəinə hərbi qüvvə göndərməsini və eləcə də YPG-yə silah yardımı etməsini istəyib.
Bununla da kürdlər Türkiyə ordusu və Ankaranın dəstək verdiyi müxalifət güclərinin təzyiqi qarşısında kürdlər Dəməşqlə yaxınlaşmağa çalışır. ABŞ-ın ötən ilin payızında Türkiyənin kürdlərə qarşı əməliyyatına dəstək verməsindən sonra yalnız qalan kürdlər bu dəfə Dəməşq hökumətinə sığınır. Burada Rusiyanın da təsiri var.
Ankaranın hərbi gücü qarşısında təklənən kürdlərin Dəməşqə sığınması gözlənilən idi?

Mövzu ilə bağlı politoloq Mübariz Əhmədoğlu Sonxeber.az-a danışıb. O, bildirib ki, 6 ildir bu məsələ faktiki olaraq müstəvidədir:
"Suriyada vəziyyət gərginləşəndən bir-iki il sonra demək olar ki, kürdlərin mövqeyini hər iki tərəf öyrənməyə cəhd etdi. Həm Dəməşq, həm də ABŞ öz mövqeyini saxlamaq üçün ardıcıl surətdə addımlar atdı. Məhz kürdlərin ABŞ üçün vacib olduğu amilinə görə ABŞ, hətta Türkiyə kimi uzun müddətli və vacib müttəfiqinin sözünə qulaq asmadı. Bilirsiniz ki, qısa bir müddət ərzində kürdlərə 1500 maşın silah verdi və indi də ABŞ kürdləri müdafiə edir. Amma artıq kürdlər görürlər ki, Suriya ordusu irəliləyir. Yəni, Rusiyanın dəstək verdiyi Suriya ordusu yaxın zamanlarda Trakiyaya yaxınlaşacaq. Bu vaxt kürdlər artıq Suriya hökumətinə düşmən kimi görünmək istəmirlər. Çünki Rusiyanın dəstəklədiyi rəsmi Dəməşq ordusunun kürdləri əzə biləcək gücü var. Ona görə kürdlər yenidən manevr etməyə başlayıblar. Afrin və İdlib əməliyyatlarından qabaq da kürdlərin mövqeyi çox həlledici oldu. Kürdlər hər iki tərəfə müraciət etdi. O zaman kürdlər Rusiyanın, Dəməşqin xeyrinə seçim etsəydilər, Rusiya Türkiyəni İdlibə buraxmayacaqdı. Sadəcə kürdləri qorxutmaqdan ötrü Rusiya Türkiyəni İdlibə və Afrinə buraxdı. İndi də kürd başbilənləri bu kartı aktivləşdiriblər ki, ortada əzilməsinlər. Amma elə başa düşürəm ki, kürdlər hələ uzun müddət ABŞ-ın mövqeyində qalacaqlar. Çünki Rusiya kürdlərə bu regionda dövlət verə bilməz. Amma ABŞ-ın kürdlərə bu regionda dövlət vermək, dövlət yaratmaq niyyəti var və ən azı İraq Kürdüstanının muxtar regiona çevrilməsi ABŞ-ın planının nəticəsi idi. Ona görə kürdlər hazırda manevr edərək Dəməşq ordusunun hücumundan yayınacaqlar və müəyyən qədər danışıqlara gedə bilərlər. Amma sonda strateji olaraq kürdlərin seçimi ABŞ tərəfi olacaq".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1947   Tarix: 18 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021