"Rusiya Şimali Afrika, Yaxın Şərq və Şərqi Avropada əldə olunan razılaşmalara əməl etmir"-RƏY

"Rusiya Şimali Afrika, Yaxın Şərq və Şərqi Avropada əldə olunan razılaşmalara əməl etmir"-RƏYBeynəxalq təhlükəsizlik sistemində ciddi böhran yeni müharibə ocaqlarının yaranmasına, sülh və əməkdaşlığın deqredasiyasına gətirib. Əsasən ABŞ-Rusiya, ABŞ-İran, Rusiya-NATO və Rusiya-Ukrayna arasında yaşanan böhranlar sülh imkanarını tükədib, Moskvanın çoxqütblü dünya iddiası daha da yeni şəkil alaraq regionunumuzun təhlükəsizliyinin təhdidinə səbəb olub.
Bu sözləri Sonxeber.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, NATO -nun Avropada keçirməsi nəzərdə tutduğu "Avropanın müdafiəsi-2020" taktiki hərbi təlimləri Şərqi Avropa və Cənubi Qafqazı əhatə etməklə Rusiya ilə açıq maraq toqquşması müstəvisində irəliləyir:

"Artıq Rusiya Ukraynanın münaqişə zonasında Donbasda separatçılara dəstək verməklə Minsk razılaşmasını pozaraq hücuma keçib. Bir tərəfdən Türkiyə ilə əldə olunan İdlib məsələsini əhatə edən Soçi razılaşmasını pozur, Liviyada Xəftərə dəstək verməklə orada atəşkəs müqaviləsini heçə sayır.
Göründüyü kimi, Rusiya Şimali Afrika, Yaxın Şərq və Şərqi Avropada əldə olunan razılaşmalara əməl etməyərək öz maraqlarını diktə etmək siyasətini yeridir. Moskvanın bu siyasəti regional və beynəlxalq əməkdaşlığa zərbədir və bunun qarşısını almaq üçün ABŞ və NATO-nun səyləri hələlik effektli deyil.
Qeyd edim ki, Rusiya çalışır ki, özünün idarə etdiyi bir siyasi-hərbi nizam formalaşdırsın və ABŞ bununla hesablaşsın. Amma post-Putin dönəmi yaxınlaşır, Moskvanın siyasi perferiyasını formalaşdırması uğurla başa çatmayacaq.
Cənubi Qafqazın Qərbin təsir dairəsinə keçməsi və Xəzər regionunda Mərkəzi Asiyaya açılması təhlükəsizlik bir çəmbəri formalaşmasına gətirə bilər. İlk növbədə burada Ermənistanın işğalına son verilməli və regionda əməkdaşlıq sülh yaranmalıdır. ABŞ və Avropanın strateji planı budur.
Regional təhlükəsizlik sistemi kövrək olaraq qalır, müharibə riskiləri qalmaqdadır. Regionda bu münaqişələr Rusiyanın iradəsindən asılı olduğu üçün sülh imkanları yetərsiz qalmaqdadır".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1826   Tarix: 20 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021