"Avropada islamofobiya yenidən alovlanıb"- Politoloq RƏYİ

"Avropada islamofobiya yenidən alovlanıb"- Politoloq RƏYİAlmaniya polisi bir neçə əyalətdə eyni vaxtda əməliyyat keçirərək "Der harte Kern" radikal sağçı qrupun üzvlərini həbs edib. Saxlanılan 12 nəfər ölkədəki məscidlərə hücum hazırlayırmış.Fevralın 20-də isə Almaniyanın Hanau şəhərində iki qəlyan kafesinə həyata keçirilən hücum zamanı 9 nəfər öldürülüb. Terror hücumunu həyata keçirən Tobias R və anası evində ölü tapılıb. Almaniya hüquq-mühafizə orqanları hücumçunun radikal irqçi olduğunu açıqlayıb.Baş nazir Angela Merkel hücumun irqçi olduğunu bildirib və irqçiliyi "zəhər" adlandırıb.Ötən gün Londonda da məcscidə hücum olub. Bıçaqla silahlanmış terrorçu ibadət hazırlığı vaxtı qəfildən məscidin müəzzininə hücum edərək onu yaralayıb. Son iki gündə baş verən hücumlar və eləcə də hücum cəhdləri Avropada artan islamofobiya və radikal sağın güclənməsi əlaməti kimi qiymətləndirir.

Bununla bağlı Sonxeber.az-a danışan politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, İslamofobiya Avropada yenidən genişlənib: "Almaniyadakı son hadisələr və Böyük Britaniyadakı böyük cinayətlər ondan xəbər verir ki, əslində Avropa dövlətləri İslamafobiya ilə ciddi mübarizə aparmırlar. Almaniyadakı son hadisə daha dəhşətlidir. Öldürülən 10 nəfərin 5-i türkdür. Əvvəllər də belə hadisə olurdu. Almaniyada hansısa binanı yandırır, türklər qətlə yetirilirdi. Bəzən cinayətkar mühakimə ediliblər. Bu gün atmosfer elədir ki, gəlmələrə qarşı nifrət var. Almaniyada miqrantların əleyhinə qurulan partiya artıq çox böyük nüfuza sahib olaraq parlamentdə özünə yer qazanıb. Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsində əsas səbəb elə hu qaçqınlarla bağlı idi. Çünki Böyük Britaniya rəhbərliyi istəmir ki, 3-cü dövlətdən kimlərsə onun ölkəsinə gəlib, yerləşsin. Amma buna baxmayaraq görürük ki, Böyük Britaniyada belə hadisələr olur. Məscidlərə hücumlar edilir, türklər öldürülür. Buna baxmayaraq Almaniya Kansleri Angela Merkel çıxışların birində açıq etiraf etdi ki, onun ölkəsində multikultralizm alınmadı. Müxtəlif xalqların bir-birini anlaması və inteqrasiyası baş tutmadı. Hazırda Almaniyada 3 milyona yaxın türk yaşayır. Onlar ikinci dünya müharibəsindən sonra oraya özbaşına getməyib. Almaniyanın işçi qüvvəsinə ehtiyacı var idi. Türklər Almaniyaya fəhlə kimi gedib, orada müxtəlif işlərdə çalış o ölkənin inkişafı üçün əziyyət çəkiblər. Amma buna baxmayaraq, görürük ki, Almaniyada türklərə ikinci növ vətəndaş kimi baxırlar".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5053   Tarix: 21 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Bu səmimilik deyil, sırtıqlıqdır"

"Sənətə qulluq edirsənsə, əgər sənin müəyyən qədər tamaşaçı kütlən varsa, onları arxanca apara bilirsənsə, mütləq danışığına fikir verməlisən". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Rəngarəng səhər" proqramında deyib. O, özünü səmimi adlandıran və efird

8 may
.

Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO

"Məşhurluq çox çətin məsələdir. Özü də Bəşir Səfəroğlunun qızı olmaq çox çətindir". xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı deyib. Tədbirlərdən birində sevənləri ilə görüşən Bəşirqızı onların suallarını cavablandırıb. Aktrisa qeyd edib ki, o mütəmadi olaraq teatrda çalışmaqda

7 may
.

Xırdalanda "fond pulu" tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. xəbər verir ki, bu barədə idarədən məlumat verilib. Qeyd olunub ki, bağç

7 may
.

Qonşu itə görə qonşusunu maşınına bağlayıb sürüdü - ANBAAN VİDEO

Antaliyanın Kaş bölgəsində qandonduran hadisə yaşanıb. xəbər verir ki, Çavdır məhəlləsində iki qonşu it üstündə dava edib. Daha sonra Şaban T. Orhan S.-i iplə maşının arxasına bağlayarq sürüyüb. Hadisə yerinə gələn polis Şaban T.-ni nəzarətə götürüb. Belindən və ayağından yaralanan Orhan S. isə təcil

8 may
.

Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb

Abşeron rayonunda evlərdən oğurluq edən şəxs müəyyən edilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Digah kəndində və Mehdiabad qəsəbəsində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 1400 avro, 80

8 may
.

Oteldə zəhərlənən 4 dost barədə ilginc faktlar - Prezident ona ev vermişdi… - FOTO

Bakıda "My Music" hotelində zəhərlənən 4 dostla bağlı ilginc faktlar üzə çıxıb. xəbər verir ki, zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib edir. Onlar iddia edirlər ki, faciə qida zəhərlənməsindən baş verib. Bildirirlər ki, oteldə verilən göbələk onları zəhərləyib

8 may
.

Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək

9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar mayın 9-da Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək. "Qafqazinfo" xəbər verir ki, həmin gün qatarların hərəkəti "Həzi Aslanov-28 May" sahəsində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. "2

8 may
.

Mayda havalar niyə soyuq keçir? SƏBƏBİ BİLİNDİ

Yaz ayları – mart, aprel, may havanın dəyişkənliyi daha çox müşahidə olunan aylardır. Artıq bir həftədən yaxındır ki, ölkə ərazisində hava şəraiti kəskin dəyişib. May ayında havaların isti keçməsini gözləyən insanlar bu hava şəraitinə təəccübənir. Yay fəsli ərəfəsində soyuq keçən aylara xarakterik iqli

8 may
.

"Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetişdiyi ən böyük şəxsiyyətlərdən biridir" - Emil Əkbərov

"Ümummilli lider Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyi və bütövlüyü uğrunda düşünmədən canını fəda etməyə hazır olan dahi şəxsiyyət olub". Bu sözləri -a danışan "BİG Media" MMC-nin rəhbəri Emil Əkbərov deyib. Emil Əkbərov bildirib ki, müstəqil Azərbaycan dövlətini

8 may