Koronavirus adi mövsümi qripdən QORXULU DEYİL - ARAŞDIRMA

Koronavirus adi mövsümi qripdən QORXULU DEYİL - ARAŞDIRMAÇindən bütün dünyaya yayılan və hər kəsi qorxuya salan yeni koronavirus nə dərəcədə təhlükəlidir? Onun ölümcül olması adi mövsümi qripi kölgədə qoyubmu?

BiG.AZ-ın verdiyi xəbərə görə, statistik məlumatların təhlili və bəzi araşdırmalar göstərir ki, əslində yeni virusdan ölənlərin sayı adi qripdən ölənlərin sayından çox deyil.

Məsələn, BBC-də dərc olunan məqalənin müəlliflərinin fikrincə, istənilən xəstəliyin kütləvi yayılması ilk zamanlarda çox vaxt həqiqətdə olduğundan daha ciddi və qorxulu görünür.

Statistikaya görə, "donuz qripi" kimi müxtəlif qlobal epidemiyalar orta hesabla 25 ildə bir dəfə baş verir və hər 100 min yoluxmuş insandan 10-20 nəfərinin canını alır (0.01-0.02%).

2019-cu ilin sentyabr ayında "The Lancet" jurnalında dərc olunan daha bir araşdırmada bildirilir ki, Çində hər il orta hesabla 88 min adam qripdən ölür. Xəstəlikdən ölüm nisbəti 1,6% - 2,6% arasında dəyişir.

Həmçinin, SARS və MERS virusları da yeni koronavirusdan daha ölümcül olub: bu viruslardan ölüm nisbəti müvafiq olaraq 10% və 34% -dir.

İndi qayıdaq aləmə səs salan yeni "Covid-19" koronavirusuna.

"South China Morning Post" (SCMP)-un məlumatına əsasən, dünyada bu virusdan cəmi 2468 nəfər ölüb, halbuki ÜST-ün hesabatına əsasən, il ərzində qrip epidemiyaları nəticəsində 3-5 milyon adam ağır xəstəliklə üzləşir, 290-650 min nəfər isə qripdən dünyasını dəyişir.

Rusiya Təbiət Elmləri Akademiyasının fəxri vitse-prezidenti, Epidemiologiya və Mikrobiologiya İnstitutunun professoru Viktor Zuyevin də sözlərinə əsasən, hətta adi mövsümi qrip infeksiyası koronavirusdan daha ölümcül ola bilər.

"Covid-19" xəstəliyinin yoluxucu olmasına gəlincə isə, mənzərə bir az fərqlidir. Bu virus mövsümi qripdən daha yoluxucudur. Belə ki, əgər adi virus tutan on xəstə ortalama 13 nəfəri yoluxdurursa, 10 koronavirus daşıyıcısı 22 sağlam insanı yoluxdurur (2.2).

Lakin onu da nəzərə almaq lazımdır ki, SARS virusunun yoluxma səviyyəsi bundan bir qədər yüksək olub (təqribən 3), qızılca virusunda isə bu göstərici 12-dən çoxdur. Bu baxımdan karantin gözləmək vacibdir.

Bütün bu deyilənləri nəzərə alaraq, bu qədər qorxuya düşməyin nə dərəcədə doğru olub-olmaması barədə özünüz qərar verin.

Natəvan Baxşiyeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 8323   Tarix: 24 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dəhşət! Oğlan keçmiş sevgilisinin evinə balkondan girib...

Türkiyədə gənc oğlam keçmiş sevgilinin evinə balkondan girərək qızın yeni sevgilisini qətlə yetirib. xarici mediaya istinadən xəbər verir ki, sevgilisinin evində keçmiş sevgilisi tərəfindən bıçaqlanan oğlan həyatını itirib. 28 yaşlı gənc sevgilisinin evinə balkondan girən keçmiş sevgili tərəfindən bıçaqlanıb

8 may
.

Bir müddət xəbər alınmayan kişi evində ölü tapıldı - Qatil axtarılır

Bir müddət xəbər alınmayan kişi evində ölü tapılıb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə bir müddətdir xəbər alınmayan 38 yaşlı Ferdi Dəniz evində ölü tapılıb. Həkim qrupları ilə birlikdə evə gələn jandarma, başından tüfənglə vurulmuş vəziyyətdə hərəkətsiz vəziyyətdə tapıb. Öldüyü təsbi

7 may
.

Müğəninin iş adamı həyat yoldaşı vanna otağında ölü tapıldı

Türkiyəli müğənni Yeşim Erçetinə ağır itki üz verib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçinin iki il əvvəl evləndiyi iş adamı həyat yoldaşı Fevzi Kardeseci vəfat edib. Bu barədə ifaçı özü bildirib. Fevzi Kardeseci vanan otağında ölüb. Onun başı mərmərə dəyib və oradaca vəfat edib. Onun cansı

6 may
.

Dünyanın ən zəngin 10 ölkəsi - 2024-cü il reytinqi

Qlobal pandemiya, yüksək inflyasiya və geosiyasi gərginlik dövründə bir xalqın varlı və ya kasıb olması nə deməkdir? Nisbi alıcılıq qabiliyyətinə uyğunlaşdırılmış adambaşına düşən ümumi daxili məhsul (ÜDM) qeyri-kamil olsa da, bizdə müəyyən təsəvvür yaradır. Kasıb ölkədə varlı olmaq istərdiniz, yoxs

6 may
.

Direktoru öldürən şagirdin məktəbə silahla gəlib-çıxdığı an kameralara düşüb -VİDEO

Türkiyədə məktəb direktorunu vuraraq öldürən şagirdin hadisəni həyata keçirmək üçün liseyə silahla gəlib-getdiyi anlar təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadən xəbər verir ki, şagird məktəbdən qovulmasına görə məsuliyyət daşıdığını iddia etdiyi 74 yaşlı məktəb direktoru otağında silahl

8 may
.

Həmkarını öldürən polisin ifadəsi hər kəsi ŞOKA SALDI: Mənə və ailəmə..."

Gözünü qırpmadan 2 həmkarını öldürən polis məmurunun açıqlaması hər kəsi heyrətləndirib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Adıyaman Altınşehir Polis Bölməsində iki həmkarını şəhid edən polis məmuru Süleyman Uğur Şahinin ifadəsi məlum olub. Qətldə şübhəli bilinən poli

8 may
.

Putin səlahiyyət müddəti başa çatan Nazirlər Kabineti ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Kremldə mayın 7-nə planlaşdırılan andiçmə mərasiminə hazırlaşır və günün ortasında konstitusiyaya uyğun olaraq istefaya gedən hökumətlə görüşəcək. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. "Putin hökumət üzvləri ilə görüşməyi planlaşdırır

6 may
.

Qonşusunu arvadı və uşağının yanında güllələdi

Türkiyədə mənzilin sahibi təmir məsələsi ilə mübahisə etdiyi şəxsi həyat yoldaşı və uşağının gözü qarşısında silahla vurub. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pusqu quraraq qonşusunu silahla vurub. Mənzil sahibi hadisə yerində polis tərəfindən saxlanılıb. Yaralı şəxs qonşusu xəstəxanay

8 may
.

Əl-ələ tutub məktəbdən çıxan bacı-qardaşı maşın vurdu - VİDEO

Dərsdən sonra əl-ələ tutaraq yola çıxan iki kiçik qardaşı bacıqardaşı avtomobil vurub. xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Antalya şəhərində dərsdən sonra əl-ələ tutaraq yola çıxan iki kiçik bacı-qardaşı avtomobil vurub. Qəza nəticəsində 8 yaşlı qardaşı hadisə yerində vəfat edib. 7 yaşl

7 may