Qayda bilməyən sürücülərin yaratdığı tıxaclar - Çarə nədir?

Qayda bilməyən sürücülərin yaratdığı tıxaclar - Çarə nədir?"Paytaxt yollarında tıxac yaradan səbəblərdən biri də sürücü məsuliyyətsizliyidir. Bir çox hallarda sürücülərin qaydaları kobud şəkildə pozması nəticəsində yüzlərlə insan saatlarla tıxacda qalır".

Bu sözləri yol-nəqliyyat eksperti Akif Mustafayev "MediaPost"a açıqlamasında subyektiv səbəblərdən yaranan tıxaclardan bəhs edəkən söyləyib:

"Bir çox tədris müəssisələri, universitetlərin, nazirliklərin, komitələrin binası və sair Bakı şəhərinin mərkəzində yerləşir. Bununla əlaqədar şəhərdə saatlarla davam edən tıxac yaranır. Ümumiyyətlə, tıxacı yaradan obyektiv və subyektiv səbəblər var. Obyektiv səbəblərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

Subyektiv səbəblər isə sürücülərin qaydaları pozması nəticəsində yaranır. Məsələn, dəfələrlə deyilib ki, digər nəqliyyat vasitələri avtobus dayanacağında saxlamamalıdır, amma sürücülər buna əməl etmir. Ona görə də dayanacaqda yer tapmayan avtobus sürücüləri bəzən nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlamağa məcbur olur. Bu da tıxac yaradır. Deməli, nəqliyyat vasitəsini avtobus dayanacağında saxlayan sürücü qayda-qanunlardan xəbərsizdir".

Qayda bilməyən sürücülərin yaratdığı tıxaclar - Çarə nədir?A.Mustafayev bildirib ki, bir sürücünün məsuliyyətsizliyi ucabtından yaranan tıxac avtobusların intervalına da təsir göstərir:

"Bir avtobusda 50-60 nəfər sərnişin olduğunu nəzərə alsaq, deməli, bu həm də eyni anda 60 insanın hərəkətinə mane olmaq deməkdir. Sürücülərin dönmə əməliyyatlarını düzgün yerinə yetirə bilməməsi də tıxaca səbəb olan amillərdən biridir. Sürücü bilməlidir ki, dönmə istiqaməti üzrə olan zolaqla hərəkət etməlidir. Nəqliyyat vasitəsini idarə edən şəxsin 4 zolaqlı yolda ən sağdakı zolaqdan ən soldakı zolağa doğru hərəkət etməsi ani olaraq tıxac yaradır. Bundan əlavə, sürücülərin kəsişmə yerlərini keçmə qaydalarına riayət eməməsi eyni anda bir neçə yolda tıxac yaranmasına səbəb olur".

Ekspertin sözlərinə görə, subyektiv səbəblərdən yaranan tıxacların aradan qaldırılması üçün maarifləndirmə işinin aparılmasına ehtiyac var:

"Tıxaclarla bağlı obyektiv səbəbləri həll etmək üçün böyük xərclər tələb olunur. Bu problemin aradan qaldırılması üçün universitetlər və bir sıra müəssisələr şəhərətrafı ərazilərə köçürülməlidir. Subyektiv səbəblərdən yaranan tıxacların həlli isə sürücülərdən asılıdır. Bir müsəssisə daxilində çalışan sürücülərə qayda-qanunun öyrədilməsi asandır. Amm ayrı-ayrı vətəndaşlara təbliğat aparmaq, onları bir yerə yığmaq çətin məsələdir. Buna görə də vətəndaşlar, sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələri sürücülərin məlumatlandırılmasında aktiv iştirak etməlidirlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3356   Tarix: 27 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada

26 aprel
.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

Bəzi tikinti materialları BAHALAŞACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri

26 aprel