Sisianov da Cavad xanın həyat yoldaşının mərdliyi və cəngavərliyi qarşısında susdu"-TARİXİ FAKT

Sisianov da Cavad xanın həyat yoldaşının mərdliyi və cəngavərliyi qarşısında susdu"-TARİXİ FAKT217 il bundan əvvəl, 1803-cü ilin mart ayında, Qafqazın istilasını həyata keçirən Rusiya imperiyasının qoşunları Azərbaycan dövlətlərindən biri - Gəncə xanlığının ərazisinə daxil olaraq o dövrdə ölkəmizin ən iri şəhəri olan Gəncəni mühasirəyə aldılar. General Pavel Sisianovun komandanlığı altında rus qoşunları gəncəlilərin şiddətli müqaviməti ilə rastlaşdılar.

Mövzu ilə bağlı tarixçi Dilavər Əzimbəyli Sonxeber.az-a danışıb. O, bildirib ki, Rusiyanın xarici siyasətində Azərbaycan başlıca rol alırdı:
"Moskva dövləti xüsusilə Həştərxanı, Kazanı işğal edəndən sonra növbəti hədəfi Qafqaz idi. Təbii ki, Qafqazda da özünün siyasətini həyata keçirdi və erməniləri yerləşdirməyə başladı. Əlbəttə, XIX əsrin əvvələrinə qədər bu işi görmüşdü. İlk hücumu 1790-cı ildə başladı. Zubovun qızılayaq hərbi dəstələri bura gəldi. İlkin mərhələni həyata keçirtdikdən sonra Pavel Sisianovun əmri ilə geri qayıtdılar.

O zaman Azərbaycan ərziləri xanlıqlara parçalanmışdı. Xanlılqlar içərisində ən cəsarətli xanlıqlardan biri Gəncə xanlığı idi. İki mərhələdə Gəncə xanlığı ilə müəyyən əlaqələrə daxil oldular, münasibətlər yaratdılar, daha doğrusu vaxt qazandılar. Sisianovun Cavad xanla məktublaşması da var. Burada Cavad xan artıq ruslara "siz yalnız bizim meytimizin üstündən keçə bilərsiniz" dedi. Doğrudan da elə oldu, ağır döyüşlər başladı. Bu döyüşdə Cavad xana xəyanət etdilər. Bununla belə bu şiddətli döyüşdə Cavad xan və oğlu şəhid oldu. Cavad xanın həyat yoldaşı Şəki xanının qızı idi. Maraqlı bir səhnə var. O səhnə belə idi. Cavad xanın cansız bədəni məsciddə qoyulub və Sisyanov da buarada dayanıb. Deyirlər ki, xanım əri ilə vidalaşmaq istəyir. İcazə verirlər, xanım da ətrafında iki nəfər ilə ora gəlir. Xanım həyat yoldaşının başının üstündə Allaha dua edir və onunla qürur duyduğunu deyir. Həmin an xanım çadrasının altından xəncəri çıxardıb qarnına salmaq istəyəndə dərhal əlindən tuturlar. Amma xanımın bu məharətini, cəngavərliyini görüb Sisianov ona dəymir. Yəni, özü kimi Cavad xanın xanımı da cəsarətli idi. Cavad xan Azərbaycanın xanlıqlar tarixində nümunə olacaq cəsarətli bir kişi idi. Biz daim onu anmalı, yada salmalı və şagirdlərə, tələbələrə tədris etməliyik".

Fəridə Ağazadə


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 6611   Tarix: 04 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"20 min insanın azadlığa çıxması ailələrə böyük sevinc gətirəcək" - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktını

17 dekabr
.

Taleh Qaraşovun oğlu general oldu

Bu gün Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən Fövqəladə Hallar Nazirliyinin 4 əməkdaşına ali hərbi və ali xüsusi rütbələr verilib. "Qafqazinfo" xəbər verir ki, həmin şəxslərdən biri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu polkovnik Seymur Qaraşovdur

15 dekabr
.

2025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI)

2025-ci ili başa vurmaq üzrəyik. Bu il siyasi sferada bir sıra yeniliklərlə, ələxüsus da bəzi məmurların yüksək vəzifəyə təyinatı ilə yadda qaldı. Bizim.Media 2025-ci ildə yüksək dövləti vəzifələrə təyinat alan şəxslərin siyahısını hazırlayıb. Həmin siyahını təqdim edirik:. Samir Şərifov. Prezidenti

18 dekabr
.

Vardanyanın məhkəmə istintaqı yekunlaşdı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses

16 dekabr
.

Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə "xidmətləri" qarşılığında nələr qazandırıb?

Vətənə xəyanət ittihamı ilə həbs olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin adamı olan Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana ekstradisiyası bir reallığı ön plana çıxardı. Heç kim törətdiyi əməllərə görə məsuliyyətdən yayına bilməz. -a istinadən xəbə

19 dekabr
.

"Azərbaycanın ərazi bütövlüyü və suverenliyi Türkiyə üçün özünün milli maraqları qədər toxunulmaz və müqəddəsdir" - AÇIQLAMA

"Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanla sülh sazişinin imzalanmasından sonra mümkün olacaq". Bunu erməni politoloq Suren Surenyants deyib. "Erməni politoloq Suren Surenyantsın səsləndirdiyi bu fikir regional reallıqların və Ankara-Bakı strateji vəhdətinin obyektiv etirafıdır"

18 dekabr
.

Prezident qurultay iştirakçılarına müraciət etdi

Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VII qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev qurultay iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişa

16 dekabr
.

"Paşinyanın təqdim etdiyi "uğur" real geosiyasi və iqtisadi nəticələr baxımından hələ məhduddur" - AÇIQLAMA

Balanslaşdırılmış və tarazlı xarici siyasət reallıqdır". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Hamburqda erməni jurnalistlərlə görüşü zamanı deyib. Paşinyan, həmçinin bu yaxınlarda səfər etdiyi ölkələri və paytaxtları sadalayıb - Moskva, Vaşinqton, Pekin, Tokio, İstanbul, Fransa, Almaniya

11 dekabr
.

İlham Əliyev Avstraliyanın baş nazirinə başsağlığı verdi

Prezident İlham Əliyev Avstraliya İttifaqının Baş naziri Entoni Albanizə başsağlığı məktubu ünvanlayıb. -a istinadən məktubun mətnini təqdim edir:. "Sidneydə Hanuka bayramı ilə əlaqədar keçirilən mərasim zamanı törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması barəd

15 dekabr