Yel çərşənbəsi haqqında nələri bilirik?-Tarixçi-etnoqrafdan AÇIQLAMA

Yel çərşənbəsi haqqında nələri bilirik?-Tarixçi-etnoqrafdan AÇIQLAMABu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.
Yel çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə", "Yelli çərşənbə", "Külək çərşənbəsi" kimi də tanınır.

Tarixçi-etnoqraf Bəhmən Faziloğlu Novruzun müjdəçisi olan çərşənbələr haqqında Sonxeber.az-a ətraflı məlumat verib. Onun sözlərinə görə, Yel çərşənbəsi Novruzun 7 çərşənbəsindən altıncısı, yəni doğru çərşənbələrdən üçüncüsüdür:
"Külək əsir, yel əsir, tezliklə havanın dəyişəcəyini, istiləşəcəyini xəbər verir. Bəzi bölgələrimizdə bu küləyə "puçur" yeli də deyirlər, çünki bu küləkdən sonra ağaclar puçurlamağa (açmağa) başlayır.
Yel çərşənbəsi haqqında nələri bilirik?-Tarixçi-etnoqrafdan AÇIQLAMAKüləyin əsməsi, istiliyi hər yerə yayması iqlim prosesi olsa da xalqımızın mifik dünyagörüşündə obrazlaşmış, "Yel baba" kimi şəxsləşmişdir.
Yel babanın gətirdiyi yel mülayim, isti olduğundan elə bu çərşənbəyə də onun öz adıyla "Yel çərşənbə", "Küləkli çərşənbə" deyilmişdir. Bəzi bölgələrimizdə bu çərşənbə birinci çərşənbə kimi də qeyd olunurdu. Lakin son 30 ildə xüsusi ilə KİV-in vasitəsi ilə çərşənbələrin sıralandırılması ictimai rəydə özünə yer almışdır. Fikrimcə, artıq cəmiyyətdə kök salmış sıralandırmanı dəyişməyə çalışmaq lazım deyil. Əsas olan çərşənbələrin qeyd olunmasıdır, su, od, yel və yaxud, bölgələrimizdə yayılmış tarixi-ənənəvi adlar Əzəl çərşənbə, Müjdəçi çərşənbə, Muştuluqçu çərşənbə, Toz çərşənbə, Yel çərşənbə, "Kül çərşənbə", "Külə çərşənbə", "Su çərşənbəsi", "Sular Novruzu" və s. adlar bu mərasimlərə rəngarənglik, gözəllik gətirir. Lakin İlaxır çərşənbənin adı birdir. İndiyədək aparılmış etnoqrafik tədqiqatlar Cənubi və Şimali Azərbaycanda, bütün bölgələrimizdə son doğru çərşənbənin yalnız İlaxır Çərşənbə adlandırıldığını dönə-dönə təsdiqləyir. İlaxır Çərşənbənin Torpaq çərşənbəsi adlandırılaraq, ictimayi rəyə yeridilməsi qeyri-elmi olmaqla yanaşı, Azərbaycanın bayramlar, mərasimlər ənənəsini təhrif etmək deməkdir.
Yel çərşənbəsi haqqında nələri bilirik?-Tarixçi-etnoqrafdan AÇIQLAMAYel çərşənbəsində yel sanki havanı, suyu hərəkətə gətirir, onu oyadır, canlandırır, istiləşdirir. Bu istilik isə çayların, göllərin buzunu əritməyə, torpağın donunu açmağa başlayır.
Bu çərşənbədə ev-eşik his-tozdan təmizlənir, pal-paltarın, xalça-palazın tozu tökülür. Buna görə bə çərşənbə "Toz çərşənbə" adlanır.
Üçüncü çərşənbə bəzi bölgələrimizdə Qara çərşənbə, Gül çərşənbə də adlandırılır. Həmin gün qəbirlər ziyarət olunar, kol-kosdan təmizlənər, dünyasını dəyişmiş yaxınlar yad edilər, dualar oxunardı.

Qohum-qonşu ziyarət olunar, pay aparılar, ağsaqqal, ağbirçəklərin halı xəbər alınar, nəyə ehtiyacları olduğu öyrənilər, dəstək verilərdi.
Yel, küləklə bağlı inanclar bu çərşənbədə daha geniş icra olunardı. İnsanlar dərdlərini, azarlarını küləyə danışardılar ki, onu götürüb aparsın. Çərşənbə günü gecə söyüd ağacının altına gedib Yel babanı səsləyib niyyət edərdilər: "Yel babasənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər". Heç zaman yeli əsdirəni söyməzlər.
Əkinçilər bu günlərdə taxıl əkinlərini suvarardılar. Bu suvarma "gülənbər" adlanırdı. Yaz şumuna hazırlıq məqsədi ilə xışı, kotanı, dəhrəni-baltanı, bıçağı-qayçını qaydaya salardılar, atlar, öküzlər nallanar, səpin üçün saxlanan buğda, arpa quyuları açılardı. Sürüləri çöllərə çıxarardılar ki, heyvanın ağzı dada çatsın.
Yel çərşənbəsi haqqında nələri bilirik?-Tarixçi-etnoqrafdan AÇIQLAMANovruz bayramı ərəfəsində həyata keçirilən çərşənbələr insanları gələcəyə, yaşayıb-yaratmağa ümidləndirir, həvəsləndirir, səfərbər edir.
Deyirlər ki, "El ilə gələn toy-bayramdır". Dərd-azar xalqımızdan uzaq olsun, bu çərşənbə yeli dərd-azarı, xəstəliyi Azərbaycandan uzaq etsin. Torpaqlarımızı işğaldan azad etmək əzmimiz səngiməsin, günü-gündən daha da şölələnsin, daha da artsın".

Fəridə Ağazadə


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2488   Tarix: 10 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Mediline" Tədris Mərkəzindən şikayət: "Məni aldatdılar, ilkin vədlər sonradan öz təsdiqini tapmadı"

"Mediline" Tədris Mərkəzindən şikayət var. Bu barədə -ya zərərçəkmiş vətəndaşdan daxil olan məlumatda deyilir. "Sosial şəbəkədə "Mediline" Tədris Mərkəzi ilə bağlı reklam qarşıma çıxdı. Mərkəzlə əlaqə saxladıqdan sonra özünü operator kimi təqdim edən Nigar adlı xanım məniml

8 aprel
.

Dəm qazından zəhərlənən iki uşaq ailədən alındı

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan ikisi müalicədən sonra ailədən alınaraq dövlət uşaq müəssisəsinə yerləşdirilib. xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov "Yeni Sabah"a bildirib. Onun sözlərinə görə, uşaqlar nəzarət altınd

9 aprel
.

Hacıqabul sakini itkin düşdü

Hacıqabul rayonunda 51 yaşlı kişi itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Rəncbər kənd sakini, 1975-ci il təvəllüdlü Baxış Absalam oğlu Əsgərov yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Boyu 160 sm, orta bədən quruluşlu B. Əsgərov evdən çıxan zaman əynində qar

10 aprel
.

"Bu tip əmlaklar çıxarışla təmin oluna bilmir" - AÇIQLAMA

"Vətəndaşlar fərdi yaşayış evləri alarkən ilk növbədə sözügedən evin sənədinə diqqət etməlidirlər. Əmlakın çıxarışının olması mütləqdir. Digər tərəfdən, hazırda paytaxt Bakı və Abşeron ərazisində təxminən 500 minə yaxın çıxarışsız fərdi yaşayış evi mövcuddur ki, yaxın gələcəkdə onların bir hissəsin

10 aprel
.

"Şirkətin mənə 2800 manat borcu var" - İşçilər niyə yeddi aydır maaş ala bilmirlər? - VİDEO

Gəncə şəhərində su və kanalizasiya xətlərinin yenilənməsi layihəsinə cəlb olunan bir qrup işçi maaşlarının ödənilməməsindən şikayətçidir. xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir. Şikayətçilərin bildirdiyinə görə, onlar layihənin podratçısı olan "Maqro Construction" şirkət

9 aprel
.

Azərbaycanın sürücülük vəsiqələri bu ölkədə tanınacaq

Milli Məclis Azərbaycan ilə Belarus arasnda daha yeni sazişi təsdiq edib. Qaynarinfo xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"i

10 aprel
.

Azərbaycanda internet kəsintiləri ilə bağlı yeni QAYDA

Azərbaycanda planlaşdırılan internet kəsintiləri barədə ictimaiyyətə öncədən məlumat veriləcək. "Trend"ə istinadən xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə müvafiq tapşırıqlar verilib. Belə ki, ölkədə xidmə

8 aprel
.

Gecə saat 11-dən səhər 7-dək bu prospektlər bağlı olacaq - 2 gün

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, həmçinin Ümumdünya Şəhərsalma Forumu XII Sessiyası (WUF13) ilə əlaqədar hazırlıq işləri çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu istiqamətdə yol örtüyünün istisma

9 aprel
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda aprelin 10-da havanın əsasən yağmursuz, rayonlarda isə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qər

9 aprel