İlaxır Çərşənbə haqqında nələri bilmirik?-Alim MARAQLI FAKTLARI AÇIQLADI

İlaxır Çərşənbə haqqında nələri bilmirik?-Alim MARAQLI FAKTLARI AÇIQLADIBu gün torpağın və həyatın oyandığı İlaxır Çərşənbəsini qeyd edirik.
AMEA-nın aparıcı elmi işçisi, t.ü.f.d., etnoqraf Bəhmən Fazil oğlu Əliyev Sonxeber.az-a İlaxır Çərşənbəsi haqqında danışıb. O, bildirib ki, bir millət, dövlət, vətəndaş olaraq dünyanı bürüyən "koronavirus" fəlakəti ilə üzləşmişik. Eyni zamanda dövlət, cəmiyyət olaraq səfərbər olunmuşuq. Haradan gələcəyi, necə gələcəyi bilinməyən bu bəladan qurtulmaq üçün rəsmən tətbiq edilən qadağalara, qaydalara, tələblərə əməl etməkdən başqa yol yoxdur. Gündəlik olaraq Azərbaycan hökumətinin "koronavirus"dan qorunmaqla bağlı tələblərini, məlumatlarını izləmək, dinləmək, əməl etmək lazımdır. Hazırda ən önəmli məsələ budur: "İnsanların sağlamlığını, o cümlədən psixoloji ruh halını qorumaq".

Dövlətimiz, hökumətimiz də insanlardan bunu tələb edir. Qonşu ölkələri görürük, əgər bir nəfər koronavirusdan ölürsə, yüz nəfər də qorxusundan ölür. Belə fəlakətlərdən qurturmaq üçün səbrlə, dözümlə tələbləri yerinə yetirmək vacibdir.
İlaxır çərşənbə xalqımızın əziz günüdür. Bu gündə də hökumətin tələblərinə ciddi şəkildə əməl etmək lazımdır.
İlaxır çərşənbə, eləcə də Novruz bayramında maraqlı bir mərasim vardır. İnanca görə, ailənin üzvləri axşam yandırılan tonqalın üstündən hoppanmalı, bununla da köhnə ilin ağrı-acısından xilas olmalıdır. Tonqalın üstündən tullanmaq şərti simvol sayılır, yəni insan həyatın sərtliklərinə dözərək, səbr edərək, ağrı-acısını geridə buraxır, gələcəyə, yaşayıb-yaratmağa ümidlə baxır. Biz də bütün dünyanın başının üstünü alan bu fəlakətdən tezliklə qurtulacağımıza ümidlə baxırıq, bunun üçün dualarımızı əksik etmirik.
Novruz sisteminin ən təntənəli günü İlaxır çərşənbəsidir.
İlin sonuncu çərşənbəsi Azərbaycanın hər yerində heç bir digər adla yox, yalnız "İlaxır çərşənbə" adıyla deyilir, qeyd olunur.
İlaxır çərşənbə təmtərağı ilə digər çərşənbələrdən fərqlənir. Düzdür, əvvəlki çərşənbələrdə də "çərşənbə xonçası" tutulur, tonqal yandırılır və s. Amma İlaxır çərşənbənin növrağı xeyli zəngindir.
İlaxır Çərşənbə haqqında nələri bilmirik?-Alim MARAQLI FAKTLARI AÇIQLADISoyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır. Bir çox regionlarda İlaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir.
Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər.
Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-gəlinlər ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər.
Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanar.
İlaxır Çərşənbə haqqında nələri bilmirik?-Alim MARAQLI FAKTLARI AÇIQLADIİlaxır çərşənbə ilə bir sıra adətlər, ənənələr, sınamalar vardır:
Azərbaycanda bir adət budur ki, həmin çərşənbə axşamında od üstündən üç və ya yeddi dəfə o yan – bu yana atlanar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlalarını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, gələcək azar-bezardan qorunacaqlarına inanırlar.
Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.
İlaxır çərşənbə ilə bağlı bəzi falları diqqətinizə çatdırırram:
Axır çərşənbə günü axşam çağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir nəçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər "işığı yandır", "yaxşı olacaq" olarsa, il boyu hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, "söndür", "viran qalsın" və bu kimi sözlər eşidiləndə pis tərəfə yozulur.
İlaxır Çərşənbə haqqında nələri bilmirik?-Alim MARAQLI FAKTLARI AÇIQLADIAxır çərşənbə gecəsində bir tərəfinə qırmızı, o biri tərəfinə qara qələm qoyulmuş yumurtanı axar suyun qırağında gizlədərlər. Niyyətin baş tutacaqsa, yumurtanın üstünə qırmızı, baş tutmayacaqsa qara xətt çəkilər.
Axır çərşənbə gecəsində kasaya bir az su töküb içərisinə bir ucuna pambıq dolanmış iki iynə salırlar. Əgər iynələr yaxınlaşarsa, ürəyində niyyət tutan adam tezliklə öz sevgilisinə qovuşacaqdır.
Axır çərşənbə gecəsində almanı, qabıqlarını qırmamaq şərtilə, bütöv soyub yeyirsən. Güzgünü həmin qabıqlarla bir yerdə başının altına qoyub yatsan qismətinə çıxacaq adamı görərsən.
İlaxır Çərşənbə haqqında nələri bilmirik?-Alim MARAQLI FAKTLARI AÇIQLADIAxır çərşənbə gecəsində iki dolça götürüb xəlvətcə birini manşırlayırsan. Dolçaların ikisini də bir uşağa vərib suya göndərirsən. Ürəyində tutduğun qab dolu gələrsə, niyyətinə çatarsan.
Axır çərşənbə gecəsində qızlar arxası qapıya sarı durub, ayaqqabı tayı atarlar. Ayaqqabının burnu qapıya tərəf düşərsə, onu atan qız tezliklə ərə gedər.
Axır çərşənbə gecəsi hamıdan xəlvət bişirdiyin duzlu kökəni yeyib yatırsan. Həmin gecə yuxuda susayanda, qismətin olacaq oğlan sənə su vərər.
İnama görə, bu çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

Novruzlu günlərdə, xüsusilə İlaxır çərşənbə günü tamaşalar göstərmək də qədim vaxtlardan gəlir.
"Xanbəzəmə" oyun "Xan-xan", "Xan oyunu", "Xan yaratdı", "Şahbəzəmə", "Şah-şahı" və s. adlarla məzmun oxşarlığına, icra tərzinə görə, müxtəlif variantlarda indi də oynanılır.
İlaxır çərşənbə günü sübhdən bir qədər keçmiş adamlar bir meydana toplaşırlar. Xan seçilmiş şəxsi geyindirib bəzəndirirlər. O, geyimi, başının tacı ilə doğru-doğru xana oxşadılır. Xanı gətirib meydanın yuxarı başında taxta əyləşdirirlər. İki oğlan uşağı xanı yelpiklə yelləyir. Seçilmiş vəzir-vəkil də gəlib xanın sağ-solunda öz yerlərini tuturlar. Təyin olunmuş fərraşlar, qırmızı paltar geyinmiş cəllad xanın əmrinə hazır dururlar. Xan əmrlər vərir. Onun əmrləri mütləq yerinə yetirilir. Kosa, keçəl, təlxək meydana atılıb cürbəcür gülməli oyunlar göstərməklə xanı güldürməyə cəhd edirlər. Xan isə cəhd edir ki, gülməsin. Əgər xan gülərsə, onu taxtdan endirib yerinə təzə xan seçirlər.
İlaxır çərşənbənin ən məşhur mərasimi "Vəsfi-hal"dır.
Göydə ulduz olaydım,
Can gülüm, can, can!
"Vəsfi-hal" mərasimində iştirak edənlər aralığa "dilək tası" adlanan su ilə dolu badya qoyaraq ora üzük, sırğa, sancaq, iynə və s. salıb, ağ yaylığı badyanın üstünə salaraq oxumuşlar:
Araz axar burular,
Can gülüm, can-can!
Suyu daşda durular,
Can gülüm, can-can!
Ürəkdə arzun olsa,
Sənə də toy qurular,
Can gülüm, can-can!
Can gülüm, can-can!
İlaxır Çərşənbə haqqında nələri bilmirik?-Alim MARAQLI FAKTLARI AÇIQLADIAxır çərşənbə və Novruzda səhər, gün çıxmamışdan qabaq axar suyun üstündən tullanar, evə təzə su gətirərlər. Sübh o başdan axar suya, bulağa gedər (buna bəzi bölgələrdə "Novbaş" dəyirlər), əl-üzlərini yuyar, bir-birinin üstünə su çiləyər, çillə kəsdirərlər. Bu, mübarək sudur; suyun müqəddəsliyini, qüdrətini tərənnüm edən nəğmələr oxuyar, müxtəlif oyun və əyləncələr icra edərlər.
Ürəklərdə nəçə-nəçə dilək tutan qız-gəlinlər, cavan oğlanlar, ahıllar niyyət eləyib su üstündən tullanar, "ağırlıqlarını suya tökər", çillə kəsdirərdilər. Hamı təzə sudan - İlaxır suyundan gətirib evə, qapı-bacaya, həyətə, tövləyə, bərəkət təknəsi təndirə, xırmana, dəyirmana səpər. Belədə il ruzulu olar, bərəkət artar.
İlaxır çərşənbə mahiyyət baxımından bütün çərşənbələrin ümumiləşdirilmiş - yekunlaşdırıcı şənliyidir. Bununla da köhnə ilin yola salınması və Novruzun qarşılanması məhz ilin axırıncı çərşənbəsinə həvalə olunur.
İlaxır Çərşənbə haqqında nələri bilmirik?-Alim MARAQLI FAKTLARI AÇIQLADIFəridə Ağazadə


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3837   Tarix: 17 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Mediada azyaşlıların üzünün açıq şəkildə göstərilməsi nə dərəcədə düzgündür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər mediada uşaqların üzlərinin açıq şəkildə yayımlandığı hallara tez-tez rast gəlmək olur. Bu, sadəcə görüntü paylaşımı deyil - uşaqların təhlükəsizliyinə birbaşa təsir edir və psixoloji, sosial problemlərə səbəb ola bilər. Media qurumları uşaqların hüquqlarını və təhlükəsizliyini ön planda saxlamalı

19 dekabr
.

Meyxanaçı Kərim dəfn edilidi (FOTO)

Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə

20 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr
.

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib. "Qafqazinfo" xəbər verir ki, əklilin üzərində "Rəşad Dağlının adından əziz xatirəsinə" sözləri yer alıb. Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb

20 dekabr
.

Dərsdən qayıdanda vaqonun üstünə çıxıb şəkil çəkdirmək istəyibmiş... - Video

Xəbər verdiyimiz kimi, Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub. Bədbəxt hadisə Bakı-Qazax dəmir yolu xəttinin Kürdəmir ərazisindən keçən hissəsində baş verib. Qafqazinfo xəbər verir ki, 9-cu sinif şagirdi olan rayon sakinini dəmir yolu üzərindəki yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğı

20 dekabr
.

Sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycanda dekabrın 22-nə olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhə

21 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

Avtobuslarda ödənişlə bağlı YENİLİK - Mümkün oldu

Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir. Layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq 500 nömrəli marşrut xəttind

20 dekabr