"Mənim sonunci filmim "Qara Volqa" oldu"-Nadir Əzməmmədovla SƏMİMİ SÖHBƏT

"Mənim sonunci filmim "Qara Volqa" oldu"-Nadir Əzməmmədovla SƏMİMİ SÖHBƏT"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqəlar şöbəsinin əməkdaşı Nadir Əzməmmədov Sonxeber.az-ın suallarını cavablandırıb.

-Öncə istərdik ki, oxucularımız Nadir bəy haqqında daha ətraflı məlumat əldə etsinlər. Odur ki, bir qədər özünüz barədə danışmağınızı xahiş edirik.

-Mən 1953-cü ilin fevralın 3-də Şamaxı rayonunda anadan olmuşam. Uşaqlığım və məktəb illərim Şamaxıda keçib. Atam nefçi olduğuna görə müxtəlif rayonlarda yaşamalı olmuşuq. Dəcəl uşaq olmuşam. Məktəbdə hər hansı bir tamaşa hazırlanan zaman və yaxud da tədbir keçiriləndə məndən aktyor kimi istifadə ediblər. Həm də çox gözəl rəqs edirdim. Ona görə insanların sevimlisinə çevrilmişdim. Məhz buna görə də aktyor olmağa qərara aldım. O dövrdə imtahan tez başladığına görə universitetə imtahan verə bilmədim. Ona görə də "Azərbaycanfilm" kinostudiyasının nəzdində olan Adil İsgəndərovun kursunda qəbul oldum. Bizim kursun rəhbəri Əbdül Mahmudov idi. Daha sonra mənim müəllim Elxan Qasımov oldu. Beləliklə, mən kino aləminə qatıldım. Daha sonra isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakultəsinə qəbul olundum. İnstitutu bitirdikdən sonra hərbi xidmətə yollandım. Hərbi xidməti başa vurduqdan sonra kinostudiyaya gəlib fəaliyyətimi davam etdirdim. İlk filmim "Od içində" filmi oldu. Bu filmi Şamil Mahmudbəyov çəkirdi. Onunla işləmək mənim üçün bir fəxrdir. "Od içində"filmində həm rejissor köməkçisi, həm də aktyor kimi fəaliyyət göstərdim. Mən işlədiyim filmlərdə hər zaman kiçik rol olsa da, oynamışam.

"Mənim sonunci filmim "Qara Volqa" oldu"-Nadir Əzməmmədovla SƏMİMİ SÖHBƏT-İstərdik ki, məktəb illərinizdən danışaq. Məktəbdə ən çox sevdiyiniz müəllim və fənn hansıdır?

-Ədəbiyyat fənni çox sevmişəm. Riyyaziyyatı heç sevməmişəm. Hər zaman riyaziyyat dərsində qorxurdum ki, müəllim məndən dərsi soruşar. İmran müəllim bizə Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyirdi. Çox savadlı müəllim idi.

-Bir çox gənclərin ilk sevgiləri məktəb illərindən başlanır. Bəs sizin məktəb sevginiz olubmu?

-Məktəb illərində insan sevginin nə olduğunu anlamadan sevir. Çünki gənclik başlayır. Sən yavaş-yavaş həyatı anlayırsan. Bugünkü qızlardan fərqli olaraq o dövrdə onlara bir söz demək olmurdu. Məktəbdə oxuyan zaman bir qızı sevsəm də ,onu biruzə verməmişəm.

-Nadir bəy, bilirik ki, ilk "Azərbaycanfilm" kinostudiyasının nəzdində Adil İsgəndərovun kursunda təhsil almısınız. Daha sonra isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsilinizi davam etdirmisiniz. Uşaqlıqdan bu sahəyə marağınız olub, yoxsa sonradan yaranıb?

-Mənim atam neftçi olub. O, hər zaman istəyirdi ki, mən neftçi olum. 10-cu sinifi bitirdikdən sonra bir müddət quruda neft kəşfiyyat idarəsində işləməyə başladım. Qısa müddət ərzində mən usta kimi fəaliyyət göstərdim. Sonra icimdə olan istək məni incəsənət sahəsinə gətirdi. Biz müstəqillik əldə edəndə kino demək olar ki, öz fəaliyyətini dayandırmışdı. Ailəni saxlamaq lazım idi. Ona görə mən Dövlət Gömrük Komitəsinin mətbuat xidmətində işləməyə başladım. İstər kinoda, istərsə də hökumət işində mən tanınmışlarla işləmişəm.

"Mənim sonunci filmim "Qara Volqa" oldu"-Nadir Əzməmmədovla SƏMİMİ SÖHBƏT-Hərbi xidmətinizi başa vurduqdan sonra kinostudiyaya gəlib və burada "Od içində" (1978) filmində rejissor köməkçisi kimi çalışmağa başlamısınız. "Şeytan göz qabağında" filmində "KAMAZ" sürücüsü, "Qara Volqa" filmində müstəntiq obrazlarını canlandırmısınız. O dövrdə yaddınızda qalan xatirələrinizi bizimlə bölməyinizi istərdik.

-Əgər aktyor kamera qarşısında həyəcanlanmırsa, o, rolunu yalandan oynamış olmur. Əvvəllər filmlər bir kamera ilə çəkilərdi. Bu gün texnika o qədər inkişaf edib ki, demək olar ki, hamının kamerası var. O dövrdə insanlar həyəcanlanırdısa, bu gün hər kəs rahat şəkildə kamera qarşısında danışa bilir. "Od içində" filmində ilk dəfə çəkilən zaman mən köməkçi işləyirdim. Mənim o filmdə Yaşar Nuri ilə bir səhnəm var idi. Yaşar Nuri o filmdə Əjdər rolunu oynayırdı. Ssenariyə əsasən, mən ona deyirəm ki, "Əjdər, komandir öldü, tapşırıldı ki, əsgərləri sən aparasan". Çəkiliş zamanı kamera Yaşar bəyi çəkirdi. Məni çəkəndə kino lenti bitdi. O, filmdə mənim sifətimin yarısı düşdü. Düzdür, üzüldüm ki, kamera məni niyə yarımı çəkib. Amma önəmli olan o filmdə oynamağım idi.

"Mənim sonunci filmim "Qara Volqa" oldu"-Nadir Əzməmmədovla SƏMİMİ SÖHBƏT-Nadir bəy, bugünki filmlərin effektliyi və ya aktyorların rolunun öhdəsindən gəlməsi barəsində fikirlərinizi öyrənmək istərdik.

-Əvvəllər filmlər bir kamera ilə kino lentinə çəkilirdi. O zaman aktyordan çox böyük məsuliyyət tələb olunurdu. Lentdə də canlılıq hiss olunurdu. Amma bu gün çəkilən videolarla o dövrdə kinolar arasında çox fərq var. Film bitəndən sonra onu səsləndirirdilər. Ola bilər ki, mənim səsim müsbət olsa da oynadığım rol isə mənfidir. Artıq o rolu maraqlı etmək üçün başqa bir aktyor onu səsləndirirdi. "Axırıncı aşırım" filmində Kərbəlayi obrazı aktyorun öz səsi deyil. Yusif Vəliyevin səsidir. Görürsünüz, necə gözəl səsləndirib. Ola bilər ki, aktyor rolu zəif oynayır. Digər bir aktyor da onu elə səslənidirir ki, o zəiflik hiss olunmur.

"Mənim sonunci filmim "Qara Volqa" oldu"-Nadir Əzməmmədovla SƏMİMİ SÖHBƏT-Nadir bəy, mətbuata gəlişiniz necə oldu?

-Mənim sonunci filmim "Qara Volqa" oldu. Çox təəssüf ki, kinostudiyaya fəaliyyətini dayandırdı. Ailəni dolandırmaq üçün digər işlərlə məşğul olmağa məcbur oldum. Kinoya yaxın olan mətbuat olduğuna Dövlət Gömrük Komitəsinin mətbuat xidmətində işləməyə başladım.

-Nadir bəy, ilk olaraq Dövlət Gömrük Komitəsinin və Dəmir Yolunun mətbuat xidmətində çalışmısınız. 2003-cü ildən isə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi vəzifəsində çalışırsınız. Sizcə, mətbuat xidmətinin rəhbəri təmsil etdiyi qurumun qarşısında, yoxsa ictimaiyyətin qarşısında daha çox məsuliyyət daşıyır?

-Mətbuat xidmətinin rəhbəri təmsil etdiyi qurumun danışan dili, görən gözüdür. Sən işlədiyin qurumun müdafiəçisi olmalısan. Rəhbərlik sənin qarşına vəzifələr qoysa da, əslində sərbəst insansan. Dəmiryolu çox ağır sahədir. Bu sahədə mətbuat xidmətinin rəhbəri işləmək çox çətindir. Mətbuat xidmətinin rəhbəri olmaq mətn yazmaq deyil. Dəmiyolunun mətbuat xidmətinin rəhbəri çoğrafiyanı, dövlətlərarası əlaqələri, bir yerdə gedən prosesləri yaxşı bilməlidir. Bu gün dəmiryolu inkişaf rolunu keçir. Azərbaycan şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizinin mərkəzində yerləşir. Yəni, Azərbaycan ötürücü rolunu oynayır.

"Mənim sonunci filmim "Qara Volqa" oldu"-Nadir Əzməmmədovla SƏMİMİ SÖHBƏT- Sizin və yaxud da sizdən inciyən jurnalistlər olubmu?

-Xeyir, olmayıb. Çünki mən rejissor, aktyor olduğuma görə qarşı tərəfi yaxşı anlayıram. Jurnalistlər arasında heç vaxt fərq qoymamışam. Ona görə də mənim işim yaxşı gedib.

- Son dövrlər dövlət qurumlarına mətbuat xidməti təyin olunanların bir çoxu məşhur aprıcılardır. Bu sizcə təsadüfdür?

-Bizim dövrümüzdə mətbuat xidmətinin rəhbəri bugünkü kimi seçilmirdi. Bu gün hər kəs tanıdığı insanla işləmək istəyir. Hansı mətbuat orqanında işləməyindən asılı olmayaraq dəmiryolu barədə heç bir məlumatı olmadan informasiya verirsə, o şəxs peşəkar hesab oluna bilməz. Dəmiryolunda bütün texnikanı bilmək lazımdır. Hadisə baş verən zaman jurnalistlər gələnə kimi hər şeydən məlumatlı olmalısan. Texnikanı bilmədən qəzanın nədən baş verdiyini bilməzsən. Müasir dəmiryolunun təməlini mən qurmuşam. Hətta orada bir çox sənədli filmlər də çəkmişəm.

"Mənim sonunci filmim "Qara Volqa" oldu"-Nadir Əzməmmədovla SƏMİMİ SÖHBƏT-Həyat yoldaşınızla tanışlığınız necə olub?

-Ailəmdən heç vaxt danışmamışam. Valdeynlərimin seçimi ilə ailə qurmuşam.

-Xanımınıza aldığınız ən bahalı hədiyyə nə olub?

-Biz evlənən zaman mən tələbə idim. Moskvadan tez-tez gəlib-gedirdim. Oradan imkan daxili hədiyyələr alıb gətirirdim.

"Mənim sonunci filmim "Qara Volqa" oldu"-Nadir Əzməmmədovla SƏMİMİ SÖHBƏT- Təbiətən necə insansınız?

- İctimaiyyət və ailə içində fərqli insan oluram. Tez ünsiyyət quran və insanlara tez inananam. Bəzən olub ki, inanıb işə götürdüyüm insan sonra da dəyişir.

-Cəzalandırdığınız işçi olubmu?

-Mən heç kimi cəzalandırmamışam. Hər kəsə görəcəyi qədər iş tapşırmışam.

- Bəs Sirr saxlamağı?

-Bəli, bacarıram.

-Üzr istəməyi bacarırsınızmı?

-Əgər mənim səhvim varsa, insan qəlbinə dəymişəmsə, çalışıram ki, küslüyü aradan götürüm.

- İşlərinizin çoxluğundan övladlarınızın incidiyi olubmu?

-Xeyir, olmayıb. Çünki mən çalışdığım qədər övladlarıma zaman ayırıram. Çünki bilirəm ki, bu dünya müvəqətidir. Səni ata, qardaş, kimi gözləyənlərin var.

- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

-Boş vaxtlarımdan filmlərə, senarilərə baxıram. Gərək insan boş qalmasın. İnsan boş qalırsa, heç kimə lazım olmur.

Aysel Yusifqızı

FOTO: Leyla Mustafazadə
"Mənim sonunci filmim "Qara Volqa" oldu"-Nadir Əzməmmədovla SƏMİMİ SÖHBƏT"Mənim sonunci filmim "Qara Volqa" oldu"-Nadir Əzməmmədovla SƏMİMİ SÖHBƏT"Mənim sonunci filmim "Qara Volqa" oldu"-Nadir Əzməmmədovla SƏMİMİ SÖHBƏT"Mənim sonunci filmim "Qara Volqa" oldu"-Nadir Əzməmmədovla SƏMİMİ SÖHBƏT"Mənim sonunci filmim "Qara Volqa" oldu"-Nadir Əzməmmədovla SƏMİMİ SÖHBƏT"Mənim sonunci filmim "Qara Volqa" oldu"-Nadir Əzməmmədovla SƏMİMİ SÖHBƏT


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2737   Tarix: 19 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d

21 dekabr
.

Qoşqar Təhməzlinin təsis etdiyi şirkətə 865 min manatlıq sifariş

İnnovasiya və Təchizat Mərkəzi "Medeks" şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Qaynarinfo-nun məlumatına görə, müqavilədə tibbi sərf mallarının satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 865 346,51 manatdır. İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyest

20 dekabr
.

Beyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı

Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy

20 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Toy mərasimlərində ənənə ilə israfçılıq arasında balans necə qurulmalıdır? - AÇIQLAMA

Toy mərasimləri Azərbaycan cəmiyyətində ailə dəyərlərinin, qohumluq bağlarının və ictimai münasibətlərin mühüm ifadə formasıdır. Lakin son illər toyların miqyası, xərclərin artması və sosial təzyiqin güclənməsi bu mərasimlərin mahiyyəti ətrafında müzakirələri də artırıb. Bəziləri üçün toy - milli kimliyi

19 dekabr
.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr