Hər gün 2 fincan içsəniz... - Arıqlamaqın ən asan yolu

Hər gün 2 fincan içsəniz... - Arıqlamaqın ən asan yoluYay gələr-gəlməz hər kəs qısa zamanda bədənindəki artıq yağlarından xilas olmaq istəyir. Bədən tarazlığını pozmadan maddələr mübadiləsini sürətləndirən və yağ yandırılmasını artıran qidalar yeməklə buna nail ola bilərsiniz. Beləliklə də, həm sağlam, həm də fit görünüşə sahib olarsınız. Yağları yandıran qidaları təqdim edirik.
Çiyələk

İlk növbədə kalorisi aşağı, lakin təsir qüvvəsi yüksək olan meyvədir. Çiyələk bədəndə yağ yandırmasını sürətləndirən qidalardan biridir. Lif və antioksidan təsirinin yüksək olması səbəbindən hər gün 1-2 ovuc qədər yeyə bilərsiniz. Çiyələk rahatlıqla yeyə biləcəyiniz qədər az kaloriyə malikdir.

Ananas

Maddələr mübadiləsini sürətləndirən ananas hüceyrələri yeniləyir. Tərkibində bir çox vitamin olan ananas C vitamini və yağ yandıran təsiriylə maddələr mübadiləsini sürətləndirir. Ananası qızardaraq salat və yeməklərin içərisində də yeyə bilərsiniz. Həm ləzzətli, həm sağlıqlı, həm də təsirlidir. Gündə 2 dilim ananas yemək maddələr mübadiləsinin sürətləndirir. Eyni zamanda bu miqdar yağ yandırılması üçün kifayətdir. Yüksək lif təsiri və antioksidan xüsusiyyətiylə də hüceyrə yenilənməsinə kömək olur.

Yaşıl çay

Yaşıl çay piylənmə və artıq çəkinin düşmənidir. Yüksək antioksidan təsiri olan yaşıl çayı gündə 2 fincana qədər şəkərsiz içdikdə həm yağları yandırarsınız, həm də maddələr mübadiləsini sürətləndirirsiniz. Xüsusilə tərkibindəki vitamin və minerallar səbəbindən xərçəng əleyhinə təsirə sahibdir.

Limon

Sağlam arıqlamaq üçün limon meyvələrin baş tacıdır. C vitamini yüksək olan limon bütün yeməklərdə və salatlarda istifadə edilə bilər. Gündəlik içdiyiniz suya bir neçə dilim limon atmaq yağ yandırılmasını sürətləndirər. Gündə 1 ədəd limon yemək sağlam arıqlamağınıza kömək olar.

Qəhvə

1 fincan qəhvə maddələr mübadiləsini sürətləndirər. Gündə 1 fincan şəkərsiz qəhvə eyni zamanda yağ yandırılmasını da artırır. İdmandan əvvəl və ya sonra 1 ədəd bananla birlikdə qəhvə için. Bu üsul yağ yandırılmasını sürətləndirməkdə olduqca təsirlidir.

Cəfəri

Cəfəri köpdən xilas olmağa kömək edir. Bədəndəki çox suyun xaric edilməsində cəfəri əvəzsiz göyərtidir. Köpün qarşısını alma xüsusiyyətinə sahib olan cəfəri, yağ yandırlıması üçün də idel vasitədir. Fəsildən asılı olmayaraq yeyilən cəfəri xüsusilə artıq çəkidən xilas olma üçün və pəhriz siyahılarında yer alır. Cəfərini yemək və salatlara əlavə edərək, qatıqla yeyə və ya suyunu içə bilərsiniz.

Badam

Gündə 1 ovuc badam göbək bölgəsi yağlarına təsir etmə gücünə malikdir. Badam ehtiva etdiyi minerallar və vitaminlərlə balanslı arıqlamağa və verilən çəkilərin geri qaytarılmamasına kömək olur. Gündə bir ovuc qədər qatıqla və ya salatların üzərinə əlavə edərək yeyə bilərsiniz. Bu, göbək bölgəsindəki yağları yandırmanızı dəstəkləyər.

Alma

Bir yemək payında alma sirkəsinə yer verin. Tərəvəz və meyvələrin təmizlənməsi üçün təsirli olan alma sirkəsi, eyni zamanda maddələr mübadiləsinin sürətlənməsinə kömək edir. Alma sirkəsini salatlarınıza istədiyiniz qədər əlavə edə bilərsiniz. Hər gün ən az 1 yemək payınızda alma sirkəsinə yer verməklə bel ətrafı yağlardan xilas ola bilərsiniz.

Pul bibər

Çəki qorumada pul bibərin təsiri danılmazdır. Acı təsiri ilə maddələr mübadiləsini sürətləndirən pul bibəri bütün yeməklərdə istifadə etməklə həm ləzzət əldə edərsiniz, həm də sağlamlığınıza qatqı qatmış olarsınız. Gün ərzində yeyəcəyiniz qatığın içinə 1 çay qaşığı qədər pul bibər qatsanız, yağ yandırmasını sürətləndirərsiniz. Bu, həm də çəkinizi qorumaqda faydalı olacaq. Çox yeməməyə diqqət edin. Çünki mədə və bağırsaq problemlərinə səbəb ola bilər.

Zəncəfil

Zəncəfil artıq çəkinin qarşısını alır. Limonla birlikdə çay kimi içə, yeməklərə qataraq və ya qatıqla birlikdə yeyə bilərsiniz. Bununla maddələr mübadiləsini sürətləndirər və yağ yandırılmasını dəstəkləmiş olarsınız. Yüksək xolesterolu salmağa təsirli olan zəncəfil, eyni zamanda, qan şəkərini tarazlayır və artıq çəki almağa mane olur. (lent.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 6866   Tarix: 10 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021
.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021