"Əgər İrandan atılan raketlər Səudiyyə Ərəbistanına çatmırsa, Yəməndən atılan raketlər ora çatır"-RƏY

"Əgər İrandan atılan raketlər Səudiyyə Ərəbistanına çatmırsa, Yəməndən atılan raketlər ora çatır"-RƏYÖtən gün Yəməndə hakimiyyəti ələ keçirmiş husilər Səudiyyə Ərəbistanı paytaxtı ər-Riyad şəhərinə iki ballistik raket atıb. Krallıq raketlərin "Patriot" HHM sistemləri tərəfindən vurulub salındığını bəyan edib.
Husilər isə ər-Riyada "Zülfüqar" raketləri və "Samad-3" adlı pilotsuz aparatlarla hücum edildiyini açıqlayıblar. Həmçinin Krallığın digər şəhərlərinə də raket və drom hücumlarının olduğunu bəyan ediblər. Xatırlatmaq lazımdır ki, ötən il sentyabrın 14-də Səudiyyə Ərəbistanının "Aramco" şirkətinin terminallarına raket və dronlarla hücum edən husilər krallığın neft istehsalını yarıya endirməsinə səbəb olmuşdular.

Hücumlar yenə də davam edərsə, böyük ehtimalla növbəti dəfə "Aramco"nun terminalları hədəfə alına bilər. Bu isə neft bazarına ciddi təsir göstərə bilər. Çünki martın əvvəlində Rusiya və Səudiyyə Ərəbistanı arasında anlaşmazlıqdan sonra Səudiyyə Ərəbistanı neft istehsalını kəskin şəkildə artırmaqla dünya bazarında neft qiymətlərinin kəskin şəkildə ucuzlaşmasına səbəb olub.

Bununla bağlı Sonxeber.az-a danışan politoloq Mübariz Əhmədoğlu Husilərin dünənki hucumunu Səudiyyə Ərəbistanının neft istehsalının artırmaqla bağlı qərarına cavab və reaksiya kimi dəyərləndirməyin düzgün olmadığını bildirib:

"Husilərin Səudiyyə Ərəbistanına raket zərbələrinin hesab edirəm ki, axırı da olacaq. Ümumiyyətlə, Yəməndə husi deyilən parametr olmayıb. Yəmən kasıb bir dövlət olub. Bütün vətəndaşları, qruplaşmaları da kasıb olublar. Buna baxmayaraq Yəmən Səudiyyə Ərəbistanının qonşuluğundadır. Əgər İrandan atılan raketlər Səudiyyə Ərəbistanına çatmırsa, Yəməndən atılan raketlər Səudiyyə Ərəbistanına çatır".

Politoloq hesab edir ki, Səudiyyə Ərəbistanını vuran İrandır. Bunun səbəbi isə ABŞ- la əlaqəlidir:

"ABŞ təkcə Səudiyyə Ərəbistanını vurdurmur, həm də İrana qarşı sanksyalarla bağlı mövqeyini dəyişssin deyə mesaj verir. Dünya bazarında neftin qiymətinin aşağı-yuxarı olması, İran üçün də, Husilər üçün də, Yəmən üçün də əlaqəsizdir".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1454   Tarix: 30 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

4 may
.

Bu halda torpaqlara "kupça" verilməyəcək - RƏSMİ

2024-cü ilin yanvar-mart ayları ərzində daşınmaz əmlak üzərində 88.013 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat daxil olub. Bildirilir ki, bu göstəricinin 13.540-ı (15,3%) ilkin, 74.473-ü isə (84,7%) isə təkrar qeydiyyatı

3 may
.

Gömrük idarəsində ƏMƏLİYYAT: Cinayət işi açıldı - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib. -in komitəyə istinadən verdiyi məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq strukturları tərəfindən Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməs

3 may
.

Azərbaycanda vəzifəli şəxs vəfat edib

"Suraxanı" gəmi-muzeyinin ilk kapitanı vəfat edib. -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Qasım Alacov bu gün vəfat edib. Qasım Alacov 18 iyul 1959-cu ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub. O, 1980-ci ildən üzən heyətin sıraların

3 may
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

3 may
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

3 may
.

Bu şəxslər işə düzələrkən dövlətdən 4712 AZN ala bilər - RƏSMİ

Azərbaycanda yeni tətbiq edilən birdəfəlik ödənişlərdən biri də xüsusi kateqoriya şəxslərə işə düzələn zaman ödənilən vəsaitdir. xəbər verir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər ilk dəfə işə düzələn zaman birdəfəlik 4712 manat müavinət ala bilər. Valideynlərini itirmi

3 may
.

"Survivor"da qalmaqal: "Evliliyini qorumaq üçün..." - VİDEO

"Survivor All star 2024" yarışmasında daha bir qalmaqal yaşanıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, iştirakçılardan biri Nagehan digər iştirakçı Yunus Emre haqqında sərt sözlər söyləyib. O bildirib ki, Yunus Emre yarışa gələndə onu başqa bir iştirakçı Aleynadan qorumasını istəyib:. "Yunu

3 may
.

DİQQƏT! - Bu tarixlərdə "İçərişəhər"ə giriş məhdudlaşdırılacaq

İçərişəhərdə 4-5 mayda keçiriləcək Milli Xalça Festivali ilə əlaqədar İçərişəhərin Qoşa Qala girişi və ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Qeyd olunub ki, məhdudlaşdırm

3 may