"Bəzi insanların çağırışlara əməl etməmələri inzibati və sərt tədbirləri zəruri edir"- Deputat
Martın 30-da Operativ Qərərgahın verdiyi qərara əsasən karantin rejim daha da sərtləşdirilərək insanların çölə çıxmasına qadağa qoyuldu.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycan ilk günlərdən pandemiyanın zərərlərini minimum endirmək istiqamətində tədbirlərə başladı: "Hökumətin həyata keçirdiyi tədbirlərdə əhalinin iqtisadi durumu da nəzərə alındı. Birdən-birə ciddi məhdudiyyət və qadağaların tətbiqi müəyyən problemlər yarada bilərdi. Ona görə proses mərhələli şəkildə həyata keçirildi. Lakin Operativ Qərargahın dəfələrlə etdiyi çağırışlara baxmayaraq, bəzi insanlar bu çağırışlara əməl etmədilər. Bu səbəbdən virusa tutulanların sayında artım müşahidə olunmağa başladı. Ancaq bütün bunlara baxmayaraq, sərt tədbirlər həyata keçirilmədi. Zaman-zaman biz televiziyalarda xaricdə bu qaydalara əməl etməyən insanlara qarşı ciddi inzibati tədbirlərin görüldüyünün, yüksək məbləğdə cərimələrin tətbiq olunduğunun şahidi oluruq. Azərbaycanda isə hüquq-mühafizə orqanları insanları zor tətbiq etmədən evdən çıxmamağa dəvət edir, xəstəliyin ağır fəsadları barədə məlumatlandırırlar. Ancaq qeyd etdiyimiz kimi bəzi insanların bu çağırışlara əməl etməmələri inzibati və sərt tədbirləri zəruri edir. Odur ki, hər bir vətəndaş bu qaydalara əməl etməli, evdən çıxmamalıdır. Əks halda dövlət daha sərt qərarlar qəbul edə və fövqəladə vəziyyət elan edə bilər".
Aysel Yusifqızı
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1394 Tarix: 31 mart 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO
İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili
25 aprelÖvladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?
Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə
26 aprel11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü
Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi
26 aprelEvlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA
Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd
26 aprelHərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib
Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada
26 aprel