Ekspert: "İzolyasiya tədbirləri ilə ictimai nəqliyyatda sıxlıq tamamilə aradan qalxıb"

Ekspert: "İzolyasiya tədbirləri ilə ictimai nəqliyyatda sıxlıq tamamilə aradan qalxıb"Koronavirus pandemiyası ilə bağlı həyata keçirilən izolyasiya tədbirləri zamanla daha da sərtləşdirilir. Belə ki, zəruri fəaliyyət növləri ilə məşğul olmayan şəxslər yaşayış yerini tərk etmək üçün artıq icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidir.

Bəs sosial təcridetmə ilə bağlı görülən işlər ictimai nəqliyyatda sıxlığa necə təsir edib?

Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən nəqliyyat üzrə ekspert Yasin Mustafayev bildirdi ki, virusa qalib gəlmək üçün bu tədbirləri mütləq həyata keçirməliyik:

"İzolyasiya tədbirləri çərçivəsində metro tamamilə bağlandı, hazırda əsasən avtobuslar fəaliyyət göstərir. İctimai nəqliyyatın fəaliyyətini tamamilə dayandırmaq isə mümkün deyil. Çünki elə peşə sahibləri var ki, onlar mütləq işə getməli, fəaliyyət göstərməlidirlər. Fəaliyyəti zəruri olan peşə sahiblərinin hərəkətinə dövlət tərəfindən də icazə verilir. Bu mühüm sahələrə ərzaq məhsullarının istehsalı, kommunal sahədə fəaliyyət göstərən qurumlar, xəstəxanalar, marketlər və s. daxildir. Bu şəxslərin işə getməsi üçün ictimai nəqliyyatın fəaliyyəti zəruridir".

Ekspertin sözlərinə görə, son zamanlar tətbiq olunan izolyasiya tədbirləri sayəsində ictimai nəqliyyatda sıxlığın tamamilə aradan qalxdığının şahidi oluruq:

"Həmçinin nəinki ictimai nəqliyyatda, iri küçə və prospektlərdə də ümumiyyətlə, nəqliyyatın tək-tək hərəkət etdiyi görünür. Virusun hava-damcı yolu ilə yoluxduğunu nəzərə alaraq yoluxmanın qarşısını almaq üçün bu tədbirlərin həyata keçirilməsinin vacib olduğunu qeyd edə bilərik. Eyni zamanda, insanların sıx yerlərdə, ictimai nəqliyyatda az sayda olması, virusa yoluxmasının qarşısını ciddi şəkildə alacaq. Buna görə də, avtobuslarda insanların sayının barmaqla sayılacaq qədər olması, müsbət hadisə kimi qiymətləndirilməlidir. Bu, müvəqqəti çətinlikdir və izolyasiya tədbirləri ilə biz bu bəladan birlikdə qurtulacağıq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 914   Tarix: 06 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

2024-cü ilin may ayında bir sıra maqnit qasırğaları gözlənilir. -a istinadən xəbər verir ki, ayın əvvəlində orta, sonunda isə daha güclü tufanlar gözlənilir. Geomaqnit qasırğaları rifahınıza, əhvalınıza və ümumi sağlamlığınıza təsir edə bilər. Buna görə də, hava şəraitindən asılı insanlar üçün hans

1 may
.

Nazir oliqarxın oğlunu yüksək vəzifəyə gətirmək istəyir - İddia (Foto)

Elm və Təhsil nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri indiki vəzifəsini trampilin kimi görür. Keçən ilin son ayında Elm və Təhsil nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat alan, keçmiş məmur oğlu Coşqun Əliyevlə bağlı xəbər var. -un əldə etdiyi məlumat

1 may
.

Bakıda DƏHŞƏT! - Sərnişin avtobusu azyaşlını vuraraq öldürdü - VİDEO

Ötən gecə Qaradağ rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. -in məlumatına görə, hadisə zamanı 114 B saylı marşrut xətti üzrə hərəkət edən avtobus 12 yaşlı azyaşlını vurub. Nəticədə uşaq hadisə yerindəcə ölüb. Qəza ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Medi

1 may
.

Bakı sakini dayanacaqda qarət olundu

Bakıda dayanacaqda oğurluq hadisəsi olub. Daxili İşlər Nazirliyindən -a verilən xəbərə görə hadisə Nizami rayonu ərazisində baş verib. Dayanacaqda bir nəfər şəxsin içərisində 400 manat dəyərində noutbuku və idman geyimi olan çantasının oturacağın üzərindən oğurlanması barədə polisə məlumat daxil olub

1 may
.

İnsanlar ölüm anlarında nələr görür? - Həkim AÇIQLADI

Buffaloda palliativ baxım həkimi olan Dr.Kristopher Kerr, 100-dən çox xəstənin problemini öyrəndiyi bir araşdırmaya əsaslanaraq, insanların həyatlarının son anlarında gördükləri və söylədikləri ilə bağlı təəccüblü açıqlamalar paylaşıb. xarici KİV-ə istinadən xəbər verir ki, onun müşahidələrinə görə

30 aprel
.

Şəxsiyyəti müəyyənləşən şəhidin qızı: "Artıq gedə biləcəyimiz bir məzar var" - VİDEO

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş 73 nəfərin şəxsiyyətini, basdırıldığı yerləri müəyyənləşdirib. Onlardan biri də Seyfəddin Nəcəfov olub. O, 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə əsir düşüb. Onun qızı Aytəkin Nəcəfova isə 30 il ata həsrət

30 aprel
.

Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü

Azərbaycanda məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İmran Ələkbər oğlu Quliyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, İmran Quliyev ləğv edilmiş Milli Təhlükəsizli

1 may
.

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

1 may
.

İllər sonra "Arşın mal alan" filminin çəkilişindən olan NADİR FOTOLAR üzə çıxdı - VİDEO

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti kino-rejissor Rza Təhmasibin 130 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı Azərbaycan kinosu tarixinə aid unikal arxiv materialı müəyyən olunub. AzTV-də yayımlanan "Telesəhər" verilişindəki süjetdə aşkar olunan fotosənədi

30 aprel