Polkovnik: "Gecə təlimləri ordu üçün xüsusi əhəmiyyət daşıyır"

Polkovnik: "Gecə təlimləri ordu üçün xüsusi əhəmiyyət daşıyır""Artilleriya bölmələri ilə gecə vaxtı döyüş atışlı taktiki təlimlərinin keçirilməsi hərbi qulluqçularımızın hər an döyüşə hazırlığını təmin etmək məqsədi daşıyır".

Bunu "Report"a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O bildirib ki, Naxçıvanda baş tutan təlimlər "Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı"na əsasən keçirilib: "Hər təlim şəxsi heyətin döyüş hazırlığınıın səviyyəsini, təlim tapşırıqlarının necə icra olunduğunu təyin edən məsələdir. Ona görə də belə təlimlər yüksək peşəkarlıq tələb edir".

Ehtiyatda olan polkovnik qeyd edib ki, adətən müasir dövrün tələblərinə cavab verən ordular belə təlimlər keçirirlər. Onun fikrincə, Azərbaycan Ordusunun hazırlığı yüksək səviyyədədir, dövrün tələblərinə uyğun olaraq silahlanıb, döyüş bacarıqlarını mənimsəyib və dünyanın güclü orduları sırasındıdır: "Bildiyimiz ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti həmişə diqqət mərkəzindədir. Onlara bütün təlim proqramları keçilir ki, real döyüş qabiliyyəti faktiki öyrədilsin. Demək olar ki, bütün təlimlər torpaqlarımızın işğaldan azad olunmasına, dövlətimizin ərazi bütövlüyünün təmin olunmasına hesablanıb. Təlimlər zamanı bütün hədəflər göstərilir və verilən tapşırıqlar plana əsasən həyata keçirilir".

Polkovnik Şair Ramaldanov:
"Təlimlərdə şərti düşmənin fəaliyyəti kəşfiyyat vasitələri ilə müşahidə edilib, hədəflərə döyüş atışları icra olunub".

Ş.Ramaldanov deyib ki, Naxçıvan Qarnizonu Qoşunlarının keçirdiyi təlimlərin əsas özəlliyi ordunun gecə şəraitində döyüş qabiliyyətini yoxlamaqdır: "Təlimlərdə şərti düşmənin fəaliyyəti kəşfiyyat vasitələri ilə müşahidə edilib, hədəflərə döyüş atışları icra olunub.
Mən döyüş hazırlığını yüksək qiymətləndirirəm. Belə təlimlərin mütəmadi keçirilməsi ordumuzun yüksək hazırlığından xəbər verir. Çünki hər bir təlim döyüş təcrübəsi deməkdir".
Qeyd edək ki, "Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı"na əsasən artilleriya bölmələri ilə gecə şəraitində döyüş atışlı taktiki təlim keçirilib.
Artilleriya bölmələri daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına hərəkət edərkən verilən müdaxiləyə uyğun olaraq hərəkətdən birbaşa döyüş düzülüşünə açılıb, atəş mövqelərini və müşahidə məntəqələrini tutaraq döyüş tətbiqinə hazırlanıb.
Təlimdə şərti düşmənin fəaliyyəti gecəgörmə imkanlarına malik kəşfiyyat vasitələri ilə izlənilib.
Atəş mövqeyi rayonlarından işıq təminatı ilə bərabər planlı və plandankənar hədəflərə döyüş atışları icra edilib.
Məhdudgörmə şəraitində keçirilən təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1061   Tarix: 07 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26 aprel
.

Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə "Azərbaycan Avtomobil Yolları Dövlə

26 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel