"Dəyər ver - dəstək ol" qrupu ehtiyacı olan insanlara yardım edir - VİDEO
Bütün dünyanın koronavirus səbəbindən çaşqın qaldığı dövrdə ölkəmizdə evdə köməyə ehtiyacı olanlara, işsizlərə və s. insanlara bir qrup şəxslər tərəfindən yardım edilir.
Bu çətin zamanlarda "facebook"da "Dəyər ver - dəstək ol" adlı qrupda toplaşan komanda da bu məqsəd üçün çalışır.
Komandanın üzvü Zəhra Bədəlbəyli "Report"a xeyriyyə qrupunun yaranması və fəaliyyəti barədə danışıb.
O bildirib ki, komanda hələ 2020-ci il Milli Məclisə keçirilən seçkilər zamanından formalaşıb:
"Bir qrup dost seçkilərə namizədliyini irəli sürmüş Zaur Darabzadəyə könüllü şəkildə dəstək olurduq. Apardığımız seçki kampaniyası zamanı uğurlu komanda olduğumuzun, birgə yaxşı işlədiyimizin fərqində olduq. Qərara gəldik ki, bu komanda itməməlidir və sosial layihələr etməliyik. Əvvəlcə istədik birlik yaradaq, amma koronavirus infeksiyasına görə bu təşəbbüsümüzü müəyyən müddətə təxirə salmalı olduq. Təsadüf belə gətirdi ki, "Dəyər ver - dəstək ol" qrupu daxilində "Dəstək qutusu"nu yaratmağı və ehtiyacı olan ailələrə göndərməyi qərarlaşdırdıq. Komandamız 15 nəfərdən ibarətdir. Biz nəinki təqaüdçülər, yaşlı nəsil, həmçinin çoxuşaqlı, işsiz ailələrə ərzaq yardımı edirik".
Z.Bədəlbəyli martın 30-da "facebook"da qrup açdıqlarını bildirib:
"Həmin qrupa müxtəlif insanlar çətin vəziyyətdə olan insanların adlarını, ünvanlarını və əlaqə nömrələrini göndərirlər. Daha sonra onlarla əlaqə saxlayıb, dəstək qutusu göndəririk. Bir qrup insan isə həmin qrupa ianə olaraq pul göndərir. Həmin pulu da ərzaqların alınmasına sərf edirik. Ümumilikdə 4 gün ərzində 15 min manatdan çox ianə toplanılıb. 340-dan çox dəstək qutusu isə paylanılıb. Hədəfimiz 1000 ailəyə yardım etməkdir. Bizə həm sadə insanlar, həm də müxtəlif şirkətlər yardım üçün müraciət edirlər. Həmçinin pulsuz ərzaq yardımı edənlər, çatdırılmaya kömək edənlər də var".
Komanda üzvü ehtiyacı olan insanlarla bağlı çox müraciət olduğunu söyləyib: "Biz çalışırıq ki, yardımları ünvanına vaxtında çatdıraq. Amma bəzən biz həmin gün yox, ondan sonrakı gün ərzaq payını ünvana apara bilirik. Çünki bütün evlərə ərzaq yardımını özümüz aparırıq".
Z.Bədəlbəyli komandanın gələcəkdə "Dəyər ver" adlı birlik yaratmaq istəyində olduğunu qeyd edib:
"Düşünürük ki, bu birlik vasitəsi ilə təkcə xeyriyyəçiliklə deyil, başqa sosial layihələrlə də məşğul olacağıq. Ümid edirik ki, bu aksiyamız daha geniş şəkildə davam edəcək. Çünki bütün dostlarımız, tanıdığımız və hətta tanımadığımız xeyirxah insanlar da bizə qoşulurlar. Biz bu addımımızla ölkə rəhbərliyinin etdiyi yardımlara kiçik töhfə verdiyimizi düşünürük və buna görə çox şadıq".



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Son zəng"də bunlar qadağandır (RƏSMİ)
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
Niyə dəniz və okeanlarda yaşayan canlılar bu qədər nəhəng olur?
Uşaqlarına bu adları qoyan ailələrə qızıl hədiyyə ediləcək
Ramil Şeydayevin yeni klubu bəlli oldu
Bu institut ləğv edilir
Səfurə Rəhimovaya hökm oxundu
Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
Vəkilin oğlu faciəvi şəkildə vəfat etdi
Hacıqabulda açıq ərazidə yanğın baş verib
30°C-də yuma mifi: paltar soyuq rejimdən sonra təmiz olurmu?
"Soyuq ləkə" Avropaya, oradan Asiyaya gəlir: Kanada tipli sərt qışlar yaşana bilər
Xaçmazda eşşəyin dişlədiyi kişi öldü
Yol polisi əməkdaşı həyat yoldaşının aldığı yol cəriməsini görəndə şok oldu
Bir dəqiqəlik qəzəbin bədənə verdiyi zərər: İmmun sistemi 5 saat zəifləyir