"Soyuq ləkə" Avropaya, oradan Asiyaya gəlir: Kanada tipli sərt qışlar yaşana bilər

"Soyuq ləkə" Avropaya, oradan Asiyaya gəlir: Kanada tipli sərt qışlar yaşana bilərİndiyə qədər elmi dairələrdə tam izah olunmayan "soyuq ləkə" hadisəsinin qlobal hava temperaturuna ciddi təsir göstərə biləcəyi bildirilir. Mütəxəssislər xüsusilə Avropada "Kanada tipli sərt qış şərtləri"nin müşahidə oluna biləcəyini qeyd edir.

Qaynarinfo xəbər verir ki, qlobal iqlim dəyişikliyi fonunda dünyanın böyük hissəsi istiləşsə də, Qrenlandiyanın cənub-şərqində yerləşən və elmi ədəbiyyatda "soyuq ləkə" və ya "istiləşmə boşluğu" kimi tanınan bölgə diqqət çəkir.

Son araşdırmalar göstərir ki, Şimali Atlantikdəki bu geniş ərazi son onilliklərdə qlobal istiləşmə tendensiyasının əksinə olaraq təxminən 1°C soyuyub.

Britaniya mərkəzli "Metro"nun məlumatına görə, alimlər bu vəziyyətin Atlantik Meridional Dövriyyə Axını (AMOC) adlanan böyük okean cərəyan sisteminin zəifləməsi ilə bağlı olduğunu düşünür.
"Soyuq ləkə" Avropaya, oradan Asiyaya gəlir: Kanada tipli sərt qışlar yaşana bilərBu sistem tropik bölgələrdən gələn isti və duzlu suları Şimali Atlantikə daşıyır, burada soyuyan sular daha dərin qatlara enərək qlobal istilik balansında mühüm rol oynayan "okean daşıma kəməri" yaradır.

Mütəxəssislərin fikrincə, bu sistemdə baş verəcək ciddi dəyişikliklər dünyanın müxtəlif bölgələrində iqlim və hava şəraitinə təsir göstərə bilər.

Kaliforniya Universitetindən iqlim alimi Wei Liu bildirir ki, "soyuq ləkənin" əsas səbəbi atmosferdən çox okean dinamikaları və AMOC sisteminin zəifləməsidir.

Araşdırmalara görə, bu proses Qrenlandiya buzlaqlarının əriməsi nəticəsində okeana qarışan şirin suyun artması ilə daha da güclənə bilər. Bu isə isti Körfəz axınını zəiflədərək ümumi dövranı poza bilər.
"Soyuq ləkə" Avropaya, oradan Asiyaya gəlir: Kanada tipli sərt qışlar yaşana bilərAlimlər AMOC sisteminin əsrin sonuna qədər ən az 20 faiz zəifləyə biləcəyini, uzunmüddətli perspektivdə isə tam dayanma riskinin belə istisna olunmadığını bildirir.

İngilis meteoroloq Cim Dalein sözlərinə görə, belə bir ssenari reallaşarsa, Şimali Qərbi Avropada Kanada tipli sərt qışlar, uzun sürən şaxtalar və güclü qar yağışları müşahidə oluna bilər.

Mütəxəssislər həmçinin qeyd edir ki, AMOC-un zəifləməsi təkcə Avropanı deyil, Şimali Amerikanın şərq sahillərində dəniz səviyyəsinin yüksəlməsi, Afrikanın Sahel bölgəsində yağıntıların azalması və Asiyada musson sistemlərinin zəifləməsi kimi qlobal təsirlər də yarada bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1017   Tarix: 10 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord

Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın

16 sentyabr
.

Tramp İranın onunla razılaşmaq istədiyini düşünür

ABŞ prezidenti Donald Tramp bir daha İranla münaqişəyə tezliklə son qoya biləcəyini bildirib. xəbər verir ki, o, Şimali Karolinada jurnalistlərə bildirib:. "Ümid edirəm ki, müharibənin sonuna yaxınlaşırıq. İran razılaşma əldə etmək istəyir, görək işlər necə gedəcək". Daha əvvəl Tramp Tehranl

17 sentyabr
.

El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq

Qışa hələ xeyli vaxt qalmasına baxmayaraq, 2026/2027-ci illərin qış mövsümü ilə bağlı ilk uzunmüddətli proqnozlar açıqlanıb. Mövcud hesablamalara görə, Avropanın bir çox bölgəsində qarın əvvəlki illərlə müqayisədə daha az yağacağı ehtimal olunur. Lakin bu, qar yağmasının tamamilə olmayacağı demək deyil

17 sentyabr
.

Lukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. "Cəmiyyət sizin səfərlərinizi böyük maraqla qarşılayır. Qonşular və digər dövlə

15 sentyabr
.

NATO qırıcıları ilk dəfə Litva üzərində pilotsuz təyyarəni vurub

Litva prezidenti Gitanas Nauseda NATO qırıcı təyyarələrinin Litva səmasında bir pilotsuz təyyarəni vurduğunu bildirib. xəbər verir ki, X sosial şəbəkəsində təfərrüatları açıqlamadan "Müttəfiqlərə tez reaksiyalarına görə təşəkkür edirəm" yazıb. LRT qəzetinin məlumatına görə, pilotsuz təyyar

15 sentyabr
.

Gələn il Tokioda pilotsuz taksilərin işə salınması planlaşdırılır

ABŞ-nin "Waymo" şirkəti, "GO" taksi çağırış tətbiqi operatoru və "Nihon Kotsu" taksi şirkəti Tokioda 2027-ci ildə tam avtonom taksi xidmətlərini işə salmağı planlaşdırdıqlarını açıqlayıb. Bu barədə "Report" "Kyodo"ya istinadən xəbər verir. Xidmətin tədricə

15 sentyabr
.

ABŞ Federal Ehtiyat Sistemi son üç ildə ilk dəfə faiz dərəcələrini artırıb

ABŞ Federal Ehtiyat Sistemi (FED) federal fondlar üzrə faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 3,75-4% diapazonuna çatdırıb. xəbər verir ki, bu barədə qərar ABŞ-da inflyasiyanın qarşısını almaq zərurəti ilə əsaslandırılıb. Federal Ehtiyat Sisteminin (FERS) faiz dərəcəsinin artırılması, 2024-c

17 sentyabr
.

Almaniyada benzinin qiyməti rekord həddə çatıb

Almaniyada "Super E10" benzinin qiyməti rekord həddə çatıb. xəbər verir ki, bu barədə Almaniyanın Avtomobil Klubu məlumat yayıb. Hazırda ölkədə "E10" benzininin litrinin orta qiyməti 2404 avrodur. Bundan əlavə, mütəxəssislər dizel yanacağının qiymətinin çox yaxın gələcəkdə rekor

14 sentyabr
.

Vance İranla münaqişənin birinci mərhələsinin başa çatdığını elan etdi

ABŞ-ın vitse-prezidenti J.D. Vance "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, ABŞ və İran arasındakı münaqişə bir neçə ay ərzində "tamamilə yeni bir mərhələyə" qədəm qoyacaq. xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton münaqişənin birinci mərhələsinin bitdiyini düşünü

16 sentyabr