Koronavirus bəlası nə zaman bitəcək? - 4 SSENARİ

Koronavirus bəlası nə zaman bitəcək? - 4 SSENARİDünyanın bir sıra ölkələri kimi, Azərbaycanda da karantin və sosial təcrid rejimi tətbiq olunub. "Evdə qal!" çağırışı günün şüarıdır indi.

Bəs COVİD-19 koronavirus pandemiyasına bəşər övladı nə zaman tam qalib gələcək? Virusa yoluxma qorxusu və riski olmadan nə zaman evdən çıxa biləcəyik? Konsertlər, futbol matçları nə zaman bərpa olunacaq?

The Atlantic-in məşhur yazarı Co Pinsker hesab edir ki, COVİD-19 koronavirus pandemiyası bir-iki il davam edə bilrə, amma normal həyat şərtləri daha tez bərpa olunacaq. O, alimlər arasında sorğu keçirib və bəlli olub ki, indiki fəlakətli durumdan çıxışın 4 variasiyası var.

Fəqət, alimlərin tam əksəriyyəti hesab edirlər ki, koronavirus pandemiyası daha tez başa çatacaq. Bu isə dövlətlərdən, hakimiyyətlərdən, rəsmi qurumlardan və bizdən yox, koronavirusdan asılıdır.

Beləliklə, normal həyat nə zaman bərpa olunacaq? Cavab sadədir: dünya əhalisinin 60 və ya 80 faizi COVİD-19 koronavirusuna dayanıqlı olanda, virusun insandan insana keçməsinin qarşısı alınanda.

Bu, bəşəriyyət qarşısında duran əsas məqsəddir.

Koronavirusun zərərsiz hala düşəcəyi kütləvi immunitetə çatmağın iki yolu var.

İlk yol, təbii ki, peyvəndin hazırlanması, ikinci yol isə virusun azad yayılmasına imkan vermək və bu minvalla viuksdan sağalaraq ona qarşı immunitet formalaşdıran insanların sayının artırılmasıdır.

"Həmin adamlar "teflon" rolunu oynayacaqlar", – İrvayndakı Kaliforniya Universitetinin ictimai səhiyyə kafedrasının professoru Endryu Noymer deyib. Onun sözlərinə görə, koronavirus pandemiyasına yoluxaraq sağalan adamlar bir daha bu virusa yoluxmayacaqlar, xəstəliyə də kimsəni yoluxdurmayacaqlar.

Lakin biz hələ də bilmirik ki, COVİD-19-dan sağalma insanda tam immunitet yaradır, ya yox.

ABŞ deyəsən, ikinci yolu tutub və artıq yay aylarında Birləşmiş Ştatlarda normal həyatın bəzi elementləri bərpa olunacaq. Məsələn, ofislər və restoranlar açılacaq, amma çimərlikdə istirahət və ya musiqi festivalları olmayacaq.

Əsas problem odur ki, kimin yoluxduğu, kimin yoluxmaya məruz qaldığını, kimin də artıq sağaldığını və immunitet qazandığını dəqiq təyin edə bilsinlər. Bunun üçün genişmiqyaslı testləmə prosedurları aparılmalıdır.

Belə prosedur isə, əfsuslar olsun ki, hələ də yoxdur.

Çin koronavirusa faktiki qalib gəldiyini və genişmiqyaslı testləmə əməliyyatının aparıldığını deyir. Avropalılar isə şikayət edirlər ki, Çində istehsal olunmuş koronavirus testləri keyfiyyətli deyil.

Ona görə də koronavirusu tam, dəqiq təyin edən test hələ də ərsəyə gətirilməyib.

Ümumiyyətlə isə, alimlər hesab edirlər ki, təcrid və ya karantin rejimi 8-12 həftə davam etməlidir.

ABŞ prezidenti Donald Tramp "yaxın müddədə karantin rejimi bitəcək" deyir, lakin bu, Birləşmiş Ştatlar üçün fəlakətli nəticələr verə bilər.

Belədirsə, normal həyata qayıdışın 4 ehtimal qrafikinə nəzər salaq.

1-ci qrafik. 1-2 ay…

T.Çan adına Harvard İctimai Səhiyyə Məktəbinin əməkdaşı, epidemiologiya professoru Uilyam Heneyc hesab edir ki, bü müddət yalnız koronavirusun ciddi, çox təhlükəli patogen olmadığı aşkarlanarsa mümkündür.

COVİD-19 koronavirusuna yoluxanların tam əksəriyyəti xəstəliyin müalicəsini asan keçirirlər və bu, insanlarda koronavirusa qarşı immunitetin yaranmağa başladığına dəlalət edir.

Sosial təcrid və karantin rejimindən imtina olunarsa, yaxın aylar ərzində koronavirusun genişmiqyaslı, qısamüddətli və kəskin "partlayış"ı istisna deyil.

Belədə həddən artıq çox insan vəfat edəcək, səhiyyə sistemləri çökəcək. Amma sağalanların sayı o qədər artacaq ki, bəşəriyyət total immunitetə doğru iri addım atacaq.

2-ci qrafik. 3-4 ay

Üç-dörd ay ərzində COVİD-19 koronavirusu ilə bağlı çox bilgilər əldə edə bilərik. Bunun üçün iki tipdə testlər keçirlməlidir. İlk test sistemində insanın koronavirusa yoluxub-yoluxmaması yoxlanmalı, ikinci test sistemində isə koronavirusa immuniteti olan insanların orqanizmindəki antihüceyrələrin varlığı yoxlanmalıdır.

Gərəkli informasiya bazası yaradılanlan sonra əhalinin koronavirus pandemiyasına daha həssas qrupları təcrid olunur, yerdə qalanlar isə normal yaşam ritminə qayıdırlar.

Eyni zamanda, üç-dörd ay ərzində alimlər COVİD-19 koronavirusuna qarşı effektiv müalicə kursunu ərsəyə gətirə biləcəklər. Yəni xəstəliyin simptopmlarını tez və etibarlı şəkildə aşkarlayaraq ölüm riskini azalda biləcəklər.

Bəhs olunan prosedurlar koronavirusun yayılmasının qarşısını tam almasa da, səhiyyə sisteminə düşən yükü xeyli azaldacaq.

3-cü qrafik. 4 aydan 1 ilədək

COVİD-19 koronavirusunun qrip virusu təki yay aylarında zəifləyib-zəifləməyəcəyi hələ məlum deyil. İstənilən halda, mayın sonlarında-iyun ayının əvvəllərində ya koronavirus zəifləyəcək, ya da karantin rejimini davam etdirməli olacağıq.

İdman yarışları və turnirlər də bərpa oluna bilər – amma tribunalarda tamaşaçılarsız. Teleşoular tamaşaçılarsız olacaq, dükanlar eyni vaxtda satış zallarında olacaq müştərilərin sayını məhdudlaşdıracaqlar. İstənilən halda, böyük kütlənin bir araya gəldiyi tədbirlərin sayı minimuma endiriləcək.

Bütün bunların müqabilində turizm dirilməyə başlayacaq. Çünki hər yerdə virus varsa, dükanda koronavirusa yoluxma riski istənilən başqa yerdəki ehtimal səviyyəsindədirsə, səfərlərə məhdudiyyətlərin mənası yoxdur. Amma istənilən halda aeroportlarda sıxlıq olmayacaq.

Problemsə ondadır ki, alimlər sentyabr və ya oktyabr aylarında koronavirusun dönüşünü istisna etmirlər. Amma bu ehtimalın reallaşma səviyyəsi həddən ziyadə azdır, hətta mikroskopikdir.

Koronavirusun yayda geri çəkiləcəyi təqdirdə bəşəriyyət yeni viruslara daha yaxşı hazırlaşacaq. Daha çox süni ağciyər ventilyasiyası apartaları, maskalar, əlcəklər istehsal olunacaq, yeni xəstəxanalar tikiləcək və s.

Həm də anlayacağıq ki, koronavirusla necə effektiv mübarizə aparmaq olar.

4-cü qrafik. 1 il-18 ay

COVİD-19 koronavirusuna qarşı peyvənd 2021-ci ilin baharınadək hazır olacaq. Lakin həmin peyvəndin tam sınanması üçün daha 6 ay gərəkdir. Çünki peyvəndin insan sağlamlığına ziyan verməməsi, orqanizmdə gərəkli antihüceyrələrin yaranmasına təkan verməsi, həmin antihüceyrələrin insanı koronavirusdan qorumasına tam əminlik olmalıdır. Yəni peyvənddən geniş miqyasda istifadə gələn ilin ilk yarısında başlana bilər.

Peyvənd hazır olandan sonra normal həyat bərqərar olmağa başlanacaq.

Eyni zamanda, dünyada "teflon kütlə"nin, yəni koronavirusa yoluxaraq sağalan və immuniteti olan insanların sayının artacağı labüddür.

COVİD-19 koronavirusu beləcə, bitəcək.

Koronavirusune yeni "partlayış"ları isə indiki ilə müqayisədə dəfələrlə, qat-qat zəif olacaq. Ən pis halda o, mövsüm qrip virusu və ya zökəm kimi olacaq. //milli.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5237   Tarix: 07 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

18 yaşadək işçilərlə bağlı yenilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib. "Qafqazinfo" xəbər verir ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmə

16 dekabr
.

Bakıda tələbə faciəvi şəkildə öldü

Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yasamal rayonu Şərifzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb. Həmin binada kirayə yaşadığı bildirilən 2004-cü il təvəllüdlü Şirvan sakin

16 dekabr
.

Azərbaycan Universitetində bədbəxt hadisə

Azərbaycan Universitetində birinci kurs tələbəsi təhsil müəssisəsinin zirzəmisində yüngül konstruksiya ilə örtülmüş döşəmənin üzərinə çıxaraq mənfi ikinci mərtəbəyə (zirzəmi) yıxılıb. Universitetdən -ın sorğusuna cavab olaraq bildirilib ki, tələbə dərhal Travmatologiya və Ortopediya İnstitutuna aparılı

15 dekabr
.

"Diş müalicəsinin qiymətləri avtomobil qiymətini ötüb" - VİDEO

Özəl klinikalardan birində diş müalicəsi etdirən vətəndaş ödədiyi məbləğin illər əvvəl aldığı avtomobilin qiymətinə bərabər olduğunu bildirib. türk mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, çənə açıqlığının dar olması səbəbindən dövlət xəstəxanasında müalicə ala bilməyib və məcbur qalara

17 dekabr
.

Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi - Foto

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşıb. "Dəyərli xalq şairimiz Ramiz Rövşəni ad günü münasibətilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmi

15 dekabr
.

Xalq artisti yeni doğulan nəvəsi ilə foto paylaşdı

Xalq artisti Simarə İmanova ilk dəfə nəvəsi ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni yeni doğulan nəvəsinin fotosuna "Bəzən elə anlar olur ki, onu sözlə ifadə etmək olmur. Bax, bu, o anların ən gözəlidir" sözlərini yazıb. Qeyd edək ki, ifaçının oğlu Məhəmməd Fatimə adlı xanımla ail

15 dekabr
.

Qış Azərbaycana bu tarixdə daxil olacaq

Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsi məlumat yayıb. Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti il

15 dekabr
.

Ölkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi

Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki

16 dekabr
.

DTX Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yaydı (VİDEO)

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən -a verilən məlumata görə, DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzaye

15 dekabr