Meyxanaçı Samirəyə gələn sürpriz qutu onu göz yaşlarına boğdu - VİDEO

Meyxanaçı Samirəyə gələn sürpriz qutu onu göz yaşlarına boğdu - VİDEOMəşhur meyxanaçı Samirə Yusifqızıya canlı efirdə təqdim olunan sürpriz qutu onu göz yaşlarına boğub.

Oxu.Az xəbər verir ki, ATV telekanalında yayımlanan "7 canlı" axşam şousunda qonaq olan sənətçi qutunu açdıqdan sonra kövrələrək, ağlayıb.

Samirənin gərginlik keçirdiyini görən şounun aparıcısı Vüsalə Əlizadə rejissordan reklam fasiləsinə çıxmasını xahiş edib.

Reklamlardan sonra Samirə qutunun içində ona məxsus gəlinliyin olduğunu bildirib. Gəlinlik qutudan çıxarılaraq əyani surətdə tamaşaçılara nümayiş olunub.

Daha sonra meyxanaçı onu göz yaşlarına boğan gəlinliyinin kədərli, bir o qədər də xoşbəxt tarixçəsindən söhbət açıb:

"Uzun illər öncə öz gəlinliyimi atasız və anasız, yetim bir gəlinə hədiyyə etmişdim. O qızın toyu idi. Mən də öz gəlinliyimi ona hədiyyə etdim. Bu gəlinliyimin nə az, nə çox düz 34 yaşı var. Mən onu 1986-ci ildə geyinmişəm.1990-ci ilin əvvəlində bir toya dəvət olundum. Söylədilər ki, bəy və gəlin çox imkansızdır. Cütlüyün arzusudur ki, onların toyunda siz oxuyasız. Qərara gəldim ki, toya təmənnasız gedib, iştirak edim.

Bəylə telefonda danışanda söylədi ki, xanımım anasını itirib. Mənim də imkanım yoxdur ki, ona gəlinlik alım. Qərara gəldim ki, gəlinliyimi o xanıma hədiyyə edəcəyəm. Kağıza büküb, bəyə söylədim ki, sizə hədiyyəm var. Gəlin də toya mənim gəlinliyimdə daxil oldu".

Meyxanaçının sözlərinin təsiri ilə təəccübdən donub qalan aparıcı sənətçiyə daha bir sürpriz edib.

Vüsalə bildirib ki, həmin cütlük bu yaxınlarda oğullarına toy edirlər. Bu toyda da sizin iştirak etməyinizi xahiş edirlər.

Aparıcının xoş xəbərini eşidən Samirə Yusifqızı sevincdən göz yaşı axıdıb.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 820   Tarix: 28 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Heç nə edə bilmədilər ki, bu yola əl atdılar, kaş özlərinə inanardılar"

Xalq artisti Röya Ayxan bayağı mahnı ifaçılarından danışıb. xəbər verir ki, pop ulduz qonaq olduğu "Tarixin bir günü" verilişində Kəmalə Günəşli və bənzər ifaçılar barədə diqqət çəkən açıqlamalar verib:. "Efirdə Kəmalə Günəşlini efirdə görmüşəm, muğam oxuyurdu. Necə muğam oxuduğunu gördünüz

9 dekabr
.

Azərbaycan ilk dəfə Ermənistana xal verdi

"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycandan verilən xallar açıqlanıb. Axşam.az xəbər verir ki, ölkəmizin adından 12 xal İtaliyaya verilib. Müsabiqədə ilk dəfə Azərbaycan Ermənistana xal verib. Ermənistanın çıxışı Azərbaycan tərəfindən 3 xalla dəyərləndirilib. Xallar Leyla Adıgözəlzad

13 dekabr
.

Bülent Ərsoya baxışları gündəm oldu - VİDEO

Zərgərlik mağazasının açılışında iştirak edən məşhur sənətçi Bülent Ərsoyun görüntüləri sosial mediada böyük maraq doğurub. xəbər verir ki, mağazanın açılış lentini kəsən Ərsoyu görmək üçün əraziyə toplaşan insanların sayı kifayət qədər çox olub. Tədbir zamanı lentə alınan bir görüntü isə sosial şəbəkələrd

10 dekabr
.

Məşhur fenomenin sürət qatarında etdikləri narazılıq doğurub - VİDEO

Sosial media fenomeni Mükremin Gezgin sürət qatarı ilə etdiyi səfər zamanı sərgilədiyi davranışla ictimaiyyətin narazılığına səbəb olub. türk mediasına istinadən xəbər verir ki, fenomen qatar vaqonunun ortasında yer süfrəsi açaraq yemək yediyi anları videoya çəkib. Digər sərnişinləri narahat edən b

16 dekabr
.

Ayan ölümlə üz-üzə qaldı

Müğənni Ayan Babakişiyeva illər əvvəl yaşadığı ağır həyati təhlükə barədə danışıb. xəbər verir ki, o, "Afaqla 10lar" verilişində qonaq olarkən həmin qorxulu günləri xatırladığını bildirib. Ayanın sözlərinə görə, tanımadığı bir şəxs onun haqqında "bir həftə içində həyatdan köçəcək"

8 dekabr
.

Məşhur türk serialında "Tərəkəmə" rəqsi - VİDEO

Məşhur türk serialı "Veliaht"ın 13-cü bölümündə "Tərəkəmə" musiqisi səsləndirilib. xəbər verir ki, görüntülər həm Türkiyənin, həm də Azərbaycanın sosial şəbəkələrində böyük maraqla qarşılanıb. Həmin görüntülər sosial mediada sürətlə paylaşılaraq geniş reaksiyalar doğurub. Qeyd edə

13 dekabr
.

"Eurovision-2024" qalibi mükafatını geri qaytardı

"Eurovision-2024" müsabiqəsinin qalibi, İsveçrəli müğənni Nemo 2026-cı ildə İsrailin yarışda iştirakına icazə verilməsinə etiraz əlaməti olaraq qazandığı kuboku geri qaytarıb. xəbər verir ki, bu barədə o, Instagram hesabında paylaşım edib. "Keçən il Eurovision-u qazandım . Bu icmaya sonsu

12 dekabr
.

"Survivor 2026" iştirakçıları bəlli oldu - FOTO

"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi iştirakçıların adları bəlli olub. xəbər verir ki, bu barədə Acun Ilıcalı son paylaşımında qeyd edib. Könüllülər komandasında iştirak edən kişi iştirakçılar Engincan Tura, Eren Semerci, Erkan Bilben, Onur Alp Çam, Ramazan Sarıdır

14 dekabr
.

Xalq artisti: "2 aydan bir ev alıram, hobbimdir"

Xalq artisti Röya Ayxanı qonaq olduğu verilişlərin birində aldığı sualla məəttəl qalıb. xəbər verir ki, izləyicilərdən biri sənətçiyə "Hər 2-3 aydan bir ev alır" sözləri sənətçini təəccübləndirib. Gənc izləyici bu məlumatı onun makler dostundan aldığını bildirib. Sual qarşısında təəccüblənə

13 dekabr