"Azərbaycan Şirvanşahlar dövlətinin dünya tarixində xüsusi yeri vardır"-Tarixçi-alim

"Azərbaycan Şirvanşahlar dövlətinin dünya tarixində xüsusi yeri vardır"-Tarixçi-alimDüz 900 il bundan əvvəl, 1120-ci ildə, Şirvanşahlar dövlətinin ən görkəmli hökmdarlarından biri III Mənuçöhr və ya Böyük Mənuçöhrün qırxillik hakimiyyəti başlandı.
Böyük Mənuçöhrün hakimiyyəti dövründə Şirvanda böyük tikinti işləri aparılmış, şəhərlər möhkəmləndirilmiş, yeni şəhərlər salınmışdır. Bakı qala divarları məhz Böyük Mənuçöhrün hakimiyyəti illərində tikilmişdir. Onun adı Bakı qalasındakı Cümə məscidinin bünövrəsinə qoyulmuş kufi kitabədə çəkilir.

Böyük Mənuçöhr həmçinin dövrün məşhur Azərbaycan şairləri (Xaqani Şirvani, Fələki Şirvani, Mücirəddin Beyləqani, Əbül-Ula Gəncəvi və b.) və incəsənət xadimlərinin himayədarı olmuşdur. Onun hakimiyyəti illərində Şamaxının Məlhəm kəndində tibb akademiyasının əsası da qoyuldu.

Mövzu ilə bağlı tarixçi-alim Dilavər Əzmli Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, Azərbaycan tarixində ən uzunömürlü dövləti olan Azərbaycan Şirvanşahlar dövlətinin dünya tarixində xüsusi yeri vardır:

"Allah rəhmət eləsin, Sara xanım Aşurbəyliyə ki, ölkə tarix elmində bu dövlətin tarixi ilə bağlı fundamental əsər ortaya qoyub və bundan sonra da ayrı əsərlər ortaya çıxıb. Bir fikir deyim ki, dünyada elə bir ərazi yoxdur ki, mədəniyyətlərin bir-biri ilə çulğalaşması, dini dözümlülük baxımından Şirvan ilə müqayisəyə gəlsin. Bu ərazinin yerləşdiyi coğrafi mövqe buraya fərqli mədəniyyətlərin, dini münasibətlərin gəlib yerləşməsinə səbəb olub.

Şirvanda sanki bir dini mozaika mövcuddur. Dünya dinlərinin tarixini izləmək istəyirsinizsə, Şirvana gəlin. İndi də ora səyahət etsəniz, bunun şahidi olacaqsınız. Tanrıçılıqdan tutmuş islama qədər dini münasibətlər orada əksini tapıb. Təbii ki, bütün bunlar Şirvanşahlarda da mədəniyyətə yüksək münasibət yaratmışdır. Şirvan övliyalar, böyük şairlər, yazıçılar yurdudur. Şirvanın Nizamisi, Nəsimisi, Seyid Əzimi kifayətdir ki, dünya mədəniyyətində söz sahibi olsun. Minlərlə övliyalar yatır bu yurdda... Övliyalar nəyə görə burada məskən salırdılar? Təbii ki, buna böyük imkanlar vardı. Dünyaya buradan yayılan xəlvətilik təriqəti Osmanlı dövlətçiliyinin ana xətlərindən biri olmuşdur. Bunu yaradan Ömər Xəlvəti və onu dünyada məşhur edən xəlifəsi piri-sani Seyid Yəhya Bakuvi Şirvanda yaşamışlar və türbələri də bu gün Şirvandadır.

Bir məsələni xüsusi olaraq diqqətə çatdırmaq istərdim. VII əsrdə Ərəb dünyasında İslam dini inkişafa başlanadan bir qədər sonra, təxminən VIII əsrdə islam mütəfəkkirləri içərisində 300-ə qədər əslən Şirvandan çıxmış insanların adına rast gəlinir. Bu gün Azərbaycan mədəniyyətini ən qədim dövrlərdən indiyə qədər izləmək istəyirsinizsə, məhz Şirvana gəlin. Bircə İçərişəhəri gəzmək kifayətdir ki, bunun şahidi olasınız. Burada qədim, orta əsrlər, müasir dövrə aid mədəniyyət əsərləri vardır. Dünyada analoqu olmayan tarixi abidədir. Sizi burada sonradan tikilmiş binalarda olan müxtəlif balkonlar heyrətə salacaqdır. Təəssüf ki, biz bunlara qiymət verə bilmirik, bunları dağıdırıq. O cümlədən Şirvanın İçərişəhər kimi məşhur mədəniyyət abidəsini, restoranlar, otellər, kafelər əvəzləyir. Onları gələcək nəsillərə saxlamaq əvəzinə, özümüz üçün özlləşdiririk. Məgər, Şirvanşahlar bunları bizim şəxsi malımız üçün tikdirmişdi? Baxın, biz Şirvanşahların məzarlarını tapa bilmirik. İçərişəhərdə olanlarını çıxmaq şərtilə...

Çünki dağıtmışıq bu abidələri... Ən çox da SSRİ dönəmində....Niyə bunlara toxundum? Sizcə, Şirvanşahlarda bu qədər sevgi olmasaydı, bu tarixi əsərlər yaradıla bilərdimi? Belə insanlardan biri də III Mənüçöhr, yaxud Böyük Mənüçöhr olmuşdur. Mənüçöhrün zamanında ölkədə böyük tikintilər vüsət almışdı. Şəhərlər möhkəmləndirilir, yeni şəhər tikintiləri aparılırdı. Biz bunları Fələki və Xəqani Şirvaninin əsərlərindən daha çox öyrənirik. O cümlədən o dövrə aid tarixi mənbələrdə əksini tapmışdır. Fələki və Xəqani Şirvanilərin əsərlərində o dövrün hakimlərinin adları çəkilmiş və yaxşı işləri tərənnüm edilmişdir. Məsələn, baş vəzir Seyid əl-Vüzəra Camal əd- Din Əbül Nəsr Məlik Misər ibn Abdullanın adı böyük fəxrlə çəkilmiş və fəaliyyəti yüksək qiymətləndirilmişdir. Bunların sırasına Mənuçöhrün digər vəziri Əmin əd-Din Məhəmməd ibn Əbd-əl Cəlil-i-Əxrasinin adını əlavə etmək olar. O, fılosof, həkim, astroloq, şair və digər sənət sahələrinin nümayəndələrinə hamilik edirdi. Belə insanlar sırasına Əmir sipəhsalar – Şirvan qoşunlarının baş komandanı – Hüsam əd-Dövlə və d-Din Əbu-Yəqub Yusifin də adını əlavə etməsək, ruhu bizdən inciyər.

Onun adı Bakı qalasındakı Cümə məscidinin bünövrəsinə qoyulmuş kufı xətlə yazılmış kitabədə çəkilir. O, dövrünün bütün filosof, şair və alimlərinə böyük hörmət edirdi. III Mənüçöhr Xəqaniyə elə saray yaratdırmışdı ki, şair orada çox gözəl həyat sürür və yazıb-yaradırdı. Bilirdi ki, Xəqani nəhəng şairdir. Yazdıqları tarixdə qalacaqdır. Elə buna görə də biz Şirvan həyatının tarixini işləyəndə daha çox Xəqaninin əsərlərinə müraciət edirik. Buna görə də Böyük Mənüçöhrə minnətdarlıq düşür. Xəqani bu cür şəraitdə yaşaması ilə bərabər ildə 30 min dirhəm məvacib də alırdı. Bu o dövrdə çox böyük gəlir sayılırdı. Xüsusi malikanəsi var idi. Ona mühüm bir vəzidə də həvalə etmişdi. O, Şirvanşahın xüsusi katibi vəzifəsində də çalışırdı. Böyük Mənüçöhr o qədər adil insan idi ki, o zaman Fələki və Xəqani Şirvanilərin saraydakı nüfuzunu qısqanan saray adamları onları xəyanətdə günahlandırdılar və həbsə atdırmağa nail oldular. Amma Böyük Mənüçöhr onları edam etdirmədi. Bilirdi ki, onlar Azərbaycana daha çox lazımdırlar və bir neçə aydan sonra əsl həqiqəti üzə çıxarıb onları azad etdi.

Sonda bir daha qeyd edək ki, Böyük Mənuçöhrün sarayında o dövrün bütün Yaxın Şərqdə şöhrət tapmış, Azərbaycan şeir məktəbini yaratmış görkəmli şairlər, məlik üş-şüəra – "şairlər şahı" adlandırılan Əbül-üla Gəncəvi, Xaqani, Fələki Şirvani, Mücirəddin Beyləqani toplaşmışdı. Onun zamanında Məlhəm kəndində Tibb Akademiyası var idi. Bunun nəticəsi idi ki, Şirvanda tibb elmi yüksək səviyyədə idi. Şirvanda elmə verilən qiymətin nəticəsi idi ki, XVII əsrdə Şamaxıya gələn avropalı səyyah Adam Oleari mədrəsədə tədris edilən elmin səviyyəsindən heyrətə gəlmişdi. Onu da bildirim ki, Şirvanda XI-XII əsrlədə mövcud olan elm mərkəzlərini bugünkü Harvard, Kembriclə müqayisə etmək mümkündür. Bütün bunların inkişafında uzun bir dövrdə hakimiyyətdə olmuş III Mənüçöhrün xüsusi əməyi vardır. Onun həyatı bugünkü rəhbərlərə örnək olmalıdır. Bu baxımdan sizin bu tarixi şəxsiyyətə müraciət edib və onu yada salmağınız özü də böyük işdir. Təşəkkür edirəm ki, bu cür tarixi şəxsiyyətləri millətə təqdim edib, onlara yaxından tanıdırsınız. Keçmişini unudan millət sonda sürüyə çevrilər. Bunun qabağını da sizin kimi mətbuat orqanları ala bilər".

F.Ağayeva


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1699   Tarix: 06 may 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

General Kənan Seyidovun qızı ailə qurdu

Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kənan Seyidovun qızı Aysun ailə həyatı qurub. "Qafqazinfo" xəbər verir ki, Aysunun Ceyhun adlı bəylə toyu ötən gün paytaxtın dəbdəbəli məkanlarından birində keçirilib. Məclisdə Xalq artistləri Aygün Kazımova, Röy

25 may
.

Ölkənin aqrar inkişafının istiqamətlərini müəyyənləşdirən müşavirə

Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibə, bu müharibənin nəticəsi olaraq ərazisinin 20 faizinin işğalı Azərbaycanda kənd təsərrüfatının inkişafını ləngitmişdi. İllər çəkən işğal müddətində min hektarlarla bağ sıradan çıxdı, neçə-neçə suvarma sistemi yararsız hala düşdü. Azərbaycan Ordusunu

26 may
.

"Biz elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlası" - DEPUTAT

"Prezident İlham Əliyevin dünən keçirdiyi kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı bir daha sübut etdi ki, ölkəmizdə kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir. Cənab prezident İlham Əliyev hələ ilk dəfə ölkə başçısı vəzifəsinə seçiləndən sonra 2004-cü ild

26 may
.

Makron İlham Əliyevə zəng etdi

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti "X" sosial şəbəkəsində məlumat paylaşıb. "Bu gün Prezident Emmanuel Makrondan telefon zəngi aldım. Telefon söhbəti zamanı biz Azərbaycan-Fransa ikitərəfl

21 may
.

"Dünyanı narahat edən digər mühüm məsələ urbanizasiyanın sürətlənməsidir" - AÇIQLAMA

"Azərbaycan iqtisadiyyatında aqrar sektor dövlət dəstəyi ilə əhatə olunan prioritet sahələrdən biridir. Dövlət başçısının sərəncamları ilə 2004-cü ildən başlayaraq icra olunan regionların sosial-iqtisadi inkişaf proqramları kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar açmışdır. Son 20 il ərzind

26 may
.

Pentaqon rəsmisi: "Biz Azərbaycanı geostrateji tərəfdaş hesab edirik"

"Azərbaycan dünyanın çox mürəkkəb bir hissəsində yerləşir. Maraqlıdır ki, ölkə həm Türkiyə, həm də İsrail ilə güclü münasibətlərə malikdir. Bütün bu səbəblərə görə biz Azərbaycanı geostrateji tərəfdaş hesab edirik". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Müharibə katibini

30 may
.

"Azərbaycan şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasıdir" - DEPUTAT

Azərbaycan şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasıdir. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 1918-ci il mayın 28-d

25 may
.

İslam Rzayev haqda - Yeni qərar

Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayev yenidən hakim qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatətinə Səbail Rayon Məhkəməsində baxılıb. Müstəntiq ağır cinayət işi üzrə ibtidai istintaqı

22 may
.

Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır

Azərbaycanda kənd təsərrüfatına hər zaman böyük diqqət göstərilib. Hələ Sovetlər dönəmində Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə aqrar respublika olan respublikamız kənd təsərrüfatı məhsullarının istehsalında SSRİ miqyasında aparıcı yerlərdən birini tuturdu. Ölkəni

26 may