"Dünyanı narahat edən digər mühüm məsələ urbanizasiyanın sürətlənməsidir" - AÇIQLAMA

"Dünyanı narahat edən digər mühüm məsələ urbanizasiyanın sürətlənməsidir" - AÇIQLAMA"Azərbaycan iqtisadiyyatında aqrar sektor dövlət dəstəyi ilə əhatə olunan prioritet sahələrdən biridir. Dövlət başçısının sərəncamları ilə 2004-cü ildən başlayaraq icra olunan regionların sosial-iqtisadi inkişaf proqramları kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar açmışdır. Son 20 il ərzində regionlarla mərkəz arasında fərqin aradan qaldırılması istiqamətində mühüm layihələr həyata keçirilmiş, avtomobil yolları müasirləşdirilmiş, elektrik, qaz və su təminatı ilə bağlı problemlər əsasən həllini tapmışdır. Eyni zamanda fındıqçılıq, baramaçılıq, pambıqçılıq, sitrus meyvəçiliyi və üzümçülüyün inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları bu sahələrin yenidən dirçəldilməsinə ciddi təkan vermişdir. Xüsusilə baramaçılıq bir vaxtlar unudulmaq üzrə olan sahəyə çevrilsə də, proqramların icrasından sonra yüksək nəticələr əldə olunmuş və bu gün ipəkçilik sənayesi yenidən inkişaf etməyə başlamışdır. Fındıqçılığın inkişafı ilə bağlı proqramların uğurlu icrası nəticəsində Azərbaycan dünyada fındıq istehsalına görə ön sıralarda yer almaqdadır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov damışıb.

O, açıqlamasında qeyd edib ki, bu gün ərzaq təhlükəsizliyinin təmin olunması qlobal problemə çevrilmişdir. Dünyada müharibələrin və siyasi gərginliklərin artması təchizat zəncirlərində qırılmalara səbəb olmuş, nəticədə enerji və gübrələrin qiymətləri kəskin şəkildə bahalaşmışdır:

"Bundan əlavə, iqlim dəyişikliklərinin sürətlənməsi kənd təsərrüfatı məhsullarının məhsuldarlığının azalmasına gətirib çıxarmışdır. BMT-nin hesabatlarına əsasən, iqlim dəyişiklikləri aqrar sektorda təxminən 20 faiz azalmaya səbəb olmuşdur. Həmçinin temperaturun 1 dərəcə artması buğda və qarğıdalı məhsuldarlığının 5-8 faiz azalmasına təsir göstərmişdir.

Dünyanı narahat edən digər mühüm məsələ urbanizasiyanın sürətlənməsidir. BMT-nin proqnozlarına görə, 2050-ci ildə dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayacaqdır. Bu isə kənd təsərrüfatı məhsullarına olan tələbatın daha da artması deməkdir. Təbii ki, bütün bu qlobal çağırışlar Azərbaycandan da yan keçmir.

Məhz buna görə də 2026-2030-cu illəri əhatə edən Kənd Təsərrüfatının İnkişafına dair Dövlət Proqramı qəbul olunmuşdur. Proqramın əsas məqsədi ölkənin ərzaq təhlükəsizliyini tam təmin etmək, idxaldan asılılığı azaltmaq və ixrac potensialını artırmaqdır.

Proqramda qarşıya qoyulan əsas hədəflərdən biri torpaqların pasportlaşdırılmasıdır. Bu çərçivədə torpaqların keyfiyyət göstəriciləri analiz edilməli, peyk müşahidələri aparılmalı və əkin sahələri düzgün rayonlaşdırılmalıdır. Digər mühüm istiqamət isə istehsal və ixrac strategiyasının hazırlanmasıdır. Azərbaycan məhsulları əsasən ənənəvi bazarlara ixrac olunur. Lakin bir çox ölkələr öz ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə yerli istehsalı artırmağa çalışırlar. Buna görə də yeni ixrac bazarlarının tapılması və məhsullarımızın rəqabət qabiliyyətinin artırılması xüsusi əhəmiyyət daşıyır.

Qarşıda duran əsas məqsədlərdən biri də kənd təsərrüfatı texnikalarının istehsalını genişləndirmək və gübrə çeşidlərini artırmaqdır. Bu sahədə idxaldan asılılığın minimuma endirilməsi istehsal proseslərinin daha dayanıqlı olmasına şərait yaradacaqdır. Bununla yanaşı, aqrar sahədə maarifləndirmə işlərinin və sığorta mexanizmlərinin təkmilləşdirilməsi də vacib istiqamətlərdəndir. Aqrar sektor riskli fəaliyyət sahəsi olduğundan məhsul və istehsal proseslərinin sığortalanması böyük əhəmiyyət kəsb edir.

Dövlət proqramına əsasən yeni su anbarlarının tikilməsi, Qarabağ və Şirvan su kanallarının imkanlarından istifadə etməklə suvarılan torpaq sahələrinin həcminin 300 min hektara çatdırılması nəzərdə tutulur. Eyni zamanda istixana komplekslərinin sahəsinin 1500 hektardan 2000 hektara, soyuducu anbarların tutumunun isə 400 min tondan 500 min tona çatdırılması planlaşdırılır.

Proqramda özəl sektorun aqrar sahəyə investisiya yatırımlarının artırılması da əsas prioritet kimi müəyyən edilmişdir. Dövlət başçısı müşavirədə hansı sahələrdə çatışmazlıqların olduğunu statistik göstəricilərlə açıqlayaraq həm yerli, həm də xarici investorlar üçün mühüm mesajlar vermişdir. Dövlət proqramı çərçivəsində 2,2 milyard manat dövlət, 3,7 milyard manat isə özəl olmaqla ümumilikdə 5,9 milyard manat investisiyanın cəlb olunması nəzərdə tutulur. Bu investisiyalar kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan yaradacaqdır.

Proqramın əsas məqsədi ət, süd, quş əti və digər əsas ərzaq məhsulları üzrə ölkənin özünütəminetmə səviyyəsini 100 faizə çatdırmaq və ixrac imkanlarını genişləndirməkdir. Hesab edirəm ki, qəbul olunmuş dövlət proqramının uğurlu icrası qarşıya qoyulan bütün hədəflərin reallaşmasına, ölkədə ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə və kənd təsərrüfatı məhsullarının ixracının artmasına mühüm töhfə verəcəkdir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 698   Tarix: 26 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mütəmadi əsasda təşkili məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəs

7 avqust
.

Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamında dəyişikliklər edilib. -a istinadən xəbər verir ki, bununla bağlı İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan İnvestisiya Holdinqinin bu sərəncamd

6 avqust
.

Naxçıvanda binalar belə görünəcək - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də "Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı" ilə tanış olublar. "Qafqazinfo"nun məlumatına görə, Baş Plan "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafın

12 avqust
.

Prezident yeni elektrik avtobuslarına mindi - Fotolar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, Rəqəmsal inkişa

11 avqust
.

Prezident və xanımı Naxçıvandadır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvana səfərə gediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

11 avqust
.

Ceyhun Bayramov Kiyevdə

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" hesabında paylaşılıb. Naziri paytaxt Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa qarşılayıb

6 avqust
.

İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana təşəkkür edib. xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı "X" hesabında paylaşım edib. Paylaşımda deyilir:. "Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə sizə təşəkkü

10 avqust
.

"Müharibənin indiki mərhələsində hava hücumundan müdafiə sistemləri Ukraynanın ən vacib ehtiyaclarından biridir" - BƏHRUZ QULİYEV

"Ukrayna Prezidenti Volodimir Zelenskinin Qərb ölkələrinin ballistik raketlər və hava hücumundan müdafiə sistemlərinin tədarükündə gecikmələrin yaşandığı barədə açıqlaması müharibənin yeni mərhələsinin nə qədər həssas olduğunu göstərir. Bu bəyanat təkcə hərbi çatışmazlıqdan deyil, həm də Qərbi

6 avqust
.

ABŞ-İran danışıqları niyə nəticəsiz qaldı? - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ və İran arasında diplomatik təmasların bərpası istiqamətində səylər hələlik nəticə verməyib. Reuters-in 12 avqust tarixli məlumatına görə, tərəflər iyunda əldə edilmiş müvəqqəti razılaşmanı yenidən işə salmaq məsələsində ortaq mövqeyə gələ bilməyiblər. Tehran Vaşinqtonun əvvəlki razılaşma üzrə öhdəliklərin

12 avqust