Qlobal çöküş: Yer əhalisi 2064-cü ilə qədər iki dəfə azala bilər

Qlobal çöküş: Yer əhalisi 2064-cü ilə qədər iki dəfə azala bilərHazırda Yer əhalisi 8,3 milyard nəfər təşkil edir. Lakin ekspertlərin xəbərdarlığına görə, növbəti 40 il ərzində bu göstərici kəskin şəkildə azala bilər. Alimlər bildirirlər ki, ən pis ssenaridə əhalinij sayı 2064-cü ilə qədər iki dəfə azala bilər.

Qaynarinfo xəbər verir ki, "Daily Mail" nəşrinin yazdığına görə, bu vəziyyət iqlim böhranı, pandemiya, qlobal münaqişə və ya resurs çatışmazlığı nəticəsində yarana bilər. Milan Universitetinin tədqiqatçıları qeyd ediblər: "Araşdırmamızın ən diqqətçəkən hissəsi gələcəyin hipotetik ssenarilərini araşdırır".

Onların sözlərinə görə, modeldə böyük ekoloji böhranların Yer kürəsinin daşıma qabiliyyətinə qəfil və sərt məhdudiyyətlər tətbiq etdiyi vəziyyət təhlil olunub. Ən pis ssenari üzrə konservativ ehtimala əsasən, planetin davamlı ekoloji tutumu qəfil şəkildə təxminən iki milyard nəfərə düşərsə, model dünya əhalisinin sürətlə azalacağını göstərir. Bu halda bəşəriyyətin sayı 2064-cü ilə qədər yarıya enə bilər.

Tədqiqatçılar vurğulayırlar ki, bu nəticə proqnoz deyil, əhalinin dinamikasının kəskin dəyişikliklərə nə dərəcədə həssas olduğunu göstərən "illüstrativ riyazi ssenari"dir.

Bununla belə, qlobal istiləşmə, COVID-19 kimi pandemiyalar və doğum səviyyəsinin azalması fonunda bu ssenari tamamilə qeyri-real hesab edilmir.

"Chaos, Solitons & Fractals" jurnalında dərc olunan araşdırma çərçivəsində alimlər son 12 min ildə insan əhalisinin artımını təhlil ediblər. Bunun əsasında onlar neolit dövründən bu günə qədər əhali artımının əsas qanunauyğunluqlarını dəqiq əks etdirən riyazi tənlik hazırlayıblar.

Model göstərir ki, bəzi dövrlərdə bəşəriyyət yavaş və sabit şəkildə artıb, digər dövrlərdə isə artım partlayış xarakteri alıb. Ümumilikdə alimlər hesab edirlər ki, hazırkı trayektoriya nisbətən sabitdir və qaçılmaz çöküşə işarə etmir.

Lakin "ən pis ssenari"yə əsasən, Yer kürəsinin daşıma qabiliyyəti cəmi iki milyard nəfərə qədər azala bilər. Bu isə planetin uzunmüddətli dövrdə dəstəkləyə biləcəyi maksimum əhali sayının hazırkı göstəricinin təxminən dörddə birinə enməsi deməkdir.

Belə vəziyyət isə qlobal böhran yaradaraq Yer əhalisinin iki dəfə azalmasına səbəb ola bilər. Tədqiqat müəllifləri yazıblar: "Ekoloji tutum məhdudiyyətləri qəfil və sərt şəkildə aktivləşərsə, modelimiz əhalinin sürətli azalmasını proqnozlaşdırır".

"Qiyamət günü" ssenarisi

Model həmçinin əhali elminin ən məşhur nəzəriyyələrindən biri olan və 1960-cı ildə irəli sürülmüş "Qiyamət günü" ssenarisinə də istinad edir.

Həmin nəzəriyyəyə görə, dünya əhalisi riyazi sonsuzluğa yaxınlaşacaq və bu, 13 noyabr 2026-cı il cümə günü kütləvi məhvə gətirib çıxaracaqdı.

Yeni araşdırmanın müəllifləri bildiriblər: "Doğum göstəricilərinin qlobal miqyasda azalması səbəbindən bəşəriyyət həmin trayektoriyadan yayına bildi. Lakin yeni tədqiqat göstərir ki, nəzarətsiz artımın arxasında duran riyazi mexanizmlər müəyyən şərtlərdə yenidən ortaya çıxa bilər. Əsas analizimizdə mövcud qlobal trend belə bir fəlakətli singularlığa gətirib çıxarmır".

Ötən il yayımlanan başqa bir araşdırma isə göstərib ki, uzunmüddətli yox olmanın qarşısını almaq üçün doğum səviyyəsi hər qadına düşən 2,7 uşaq olmalıdır.

Bu göstərici əhalinin sadə təkrar istehsalı üçün əvvəlki hesablamalarda göstərilən 2,1 uşaq səviyyəsindən yüksəkdir. Böyük Britaniyada hər qadına orta hesabla 1,41 uşaq düşür, ABŞ-də isə bu göstərici 1,62-dir.

Mütəxəssislər hesab edirlər ki, doğum səviyyəsi dünya üzrə azalmaqda davam edərsə, ölkələr işləyən, vergi ödəyən və yaşlı əhaliyə qayğı göstərən gənclərin çatışmazlığı ilə üzləşə bilər.

Texnologiya milyarderi İlon Mask da uzun illərdir ABŞ və Qərbdə doğum səviyyəsinin azalmasının yaratdığı demoqrafik çöküş təhlükəsi barədə xəbərdarlıq edir.

Dörd fərqli qadından 14 övladı olan Mask "doğum səviyyəsi məsələsini daim gündəmdə saxladığını" bildirib. O, aşağı doğum göstəricilərinin işçi qüvvəsi çatışmazlığına, dövlət borclarının artmasına, səhiyyə və pensiya sistemlərinin yüklənməsinə, eləcə də sosial xaosa səbəb olduğunu deyib.

Mask bunu "sivilizasiyanın gələcəyi üçün ən böyük risk" adlandırıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1644   Tarix: 29 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Putin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə

19 noyabr
.

Yaponiya və Çin arasında Tayvan gərginliyi: Tokio mövqeyini dəyişmədiyini açıqlayıb

Yaponiya ilə Çin arasında Tayvan məsələsi ətrafında yaranan diplomatik gərginlik davam edir. Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib. O, bu açıqlamanı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC

19 noyabr
.

Danimarka Qrenlandiyanın təhlükəsizliyini gücləndirmək üçün ABŞ-la razılaşmanı təsdiqləyib

Danimarka parlamenti Qrenlandiya və ABŞ ilə Arktika və Şimali Atlantikada təhlükəsizliyin gücləndirilməsini nəzərdə tutan razılaşmanı təsdiqləyib. Reuters-ə istinadən xəbər verir ki, sənəd regionda müdafiə əməkdaşlığının genişləndirilməsini və strateji əhəmiyyətli ərazilərin təhlükəsizliyinin möhkəmləndirilməsin

19 noyabr
.

ABŞ və Venesuela hərbi əməkdaşlığı bərpa edir: Birgə təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi nəzərdə tutulur

ABŞ və Venesuela uzun müddət davam edən gərginlikdən sonra hərbi əlaqələri bərpa etmək barədə razılığa gəlib. Yeni razılaşma çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında birgə təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərd

19 noyabr
.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin raket hücumunun qarşısını alıb

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya husilər tərəfindən ölkənin cənub istiqamətinə buraxılan raketin qarşısının alındığını açıqlayıb. Koalisiyanın məlumatına görə, raket hədəfə çatmamış zərərsizləşdirilib. Reuters-ə istinadən xəbər verir ki, hadisə Yəməndə husilərlə regional qüvvələ

20 noyabr
.

ABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq

ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd

20 noyabr
.

Tramp Rubio və Vensin yanında aparat rəhbərinə prezident olmağı təklif etdi

ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Stiven Milleri dünyanın ən güclü adamı adlandıraraq, zarafatla ondan prezidentliyə namizəd olmaq istəyib-istəmədiyini soruşub. Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu bəyanatla Ağ Evdəki brifinq zamanı çıxış edib. "Hazırda b

21 noyabr
.

İndoneziyada Semeru vulkanı iki dəfə püskürüb

İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı iki dəfə püskürüb. xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin bəyanatında bildirilib. Kül vulkanın zirvəsindən 700 m, dəniz səviyyəsindən isə 4 376 m hündürlüyə çatıb. Qurum ətra

19 noyabr
.

Böyük Britaniya Ukraynaya 260 milyon funt sterlinq ayıracaq

Böyük Britaniya Ukraynaya 260 milyon funt sterlinq (təxminən 341 milyon dollar) dəyərində yeni hərbi yardım paketi təqdim edəcək. APA xəbər verir ki, bu barədə Böyük Britaniya höküməti məlumat yayıb. Bildirilib ki, yardım paketinə 100-dən çox uzaqmənzilli zərbə PUA-sı daxil olacaq. Onların bəziləri 10

19 noyabr