Saç ağarmasının qarşısını necə almaq olar ?

Saç ağarmasının qarşısını necə almaq olar ?Saçlarınızın arasında ağ tüklər var? Saçlarınız tam ağ görünməsə belə, arasında bircə ağ telin olması sizi çox narahat edə bilər.

İlk olaraq onu deyək ki, ağaran saçların həlli üçün möcüzəvi bir üsul, ya dərman yoxdur. Saçların ağarmasının ən böyük səbəbi genetik amillərdir. Yerdə qalan 5% isə insanın uzun müddət stressə məruz qalması, yaşanan bəzi vitamin əskikləri və fərqli xəstəliklər nəticəsində yaranır.

Saçlarınız bədəninizdə hər hansı bir əlamət olmadan ağarırsa, bunun səbəbi 99% genetik mirasınız və qocalmanızdır.

Erkən yaşda saç ağarmasının səbəbləri nələrdir?

- Saç ağarmasının ən mühüm səbəbi gendir. Yəni ana, ya atanız da sizin yaşınızdaykən saç ağarması problemi yaşayıbsa, sizin də eyni problemi yaşamanız normaldır.
Gizli şəkər və ya qan şəkəri olaraq bilinən şəkər xəstəlikləri də saçlarınızın erkən ağarmasına səbəb olur.

- Saça rəngini verən melonin maddəsinin bu maddəni ifraz edən melanosuit hüceyrələrinin ölməsi nəticəsində azalması.

- Stress tam olaraq saçı ağartmasa da, saçı ağardan amilləri irəlilədir.

- Gənc yaşda çox tez-tez saçı rənglətmək, kimyəvi saç məhsullarından istifadə də saç ağarmasına səbəb olur.

Ağaran saçlar və qidalanma

Əgər saçlarınız çox tez ağarmağa başlayıbsa, bu, orqanizminizdə bəzi vitamin və mineral çatışmazlığından xəbər verir. Məsələn, B12 vitamin əskikliyi uşaqlarda belə saç ağarmasına səbəb ola bilər. Fol turşusu isə proteinin bədən tərəfindən istifadəsində problemlərə yol açaraq, saçları tez ağardar. Erkən saç ağarmasını əngəlləmək üçün istifadə edilə biləcək digər vitamin və minerallar isə biotin, sink və inositodur. Bunları gündəlik qidalanma proqramınıza əlavə edə bilərsiniz.

Aile.lent.az ağarma müddətini yavaşlada və saçlarınızın daha sağlam olmasını təmin edə biləcək təbii yollar təqdim edir.

Adaçayı

Adaçayı ilə hazırlayacağınız durulama suyundan istifadə edərək, saçların ağarması prosesini yavaşlada bilərsiniz. Eyniylə çay dəmlədiyiniz kimi, 2 stəkan qaynamış suya 2-3 çay qaşığı adaçayı töküb, 10-15 dəqiqə dəmləyin. Daha sonra süzüb soyudun. Bu qarışımla saçlarınızı isladın. Tamamilə quruduqdan sonra ilıq suyla təkrar durulaya bilərsiniz.

Şor və qarabibər

Bu üsul tünd qara və qəhvərəngi saçlarda daha yaxşı effekt verir. 10 qram şora 1-2 qr istiot əlavə edib yaxşı qarışdırın. Saç dərinizdə daha çox ağaran bölgəyə sürtün. 1 saat gözlədikdən sonra yuyun. Həftədə bir dəfə edin.

Soğan əzməsi

Soğanın gözlərinizi yandırmamasına diqqət edərək, soğanı saçlarınızdakı ağları yox etmək üçün istifadə edə bilərsiniz. Tək etməli olduğunuz soğan əzməsini saçlarınızın diblərinə ovalayaraq sürtmək və qurumasını gözləməkdir. Soğanın qabığını soyduqdan sonra yaxşıca əzin. Saç diblərinə sürtüb 30 dəqiqə gözləyin, sonra şampunla yuyun.
Bu prosesdən bir neçə gün sonra ağarmış saçlarınız yenidən tündləşməyə başlayacaq. Gündəlik olaraq istifadə etsəniz, daha yaxşı nəticə əldə etmiş olarsınız.

Xına

- Xına istifadə edə biləcəyiniz ən möhtəşəm təbii saç rəngləndiricidir. Sadəcə saçlarınızın rənglərini tündləşdirməz, həm də qüvvətləndirər.

Xınanı hindqozu yağı, ya da xardal yağının içində qaynadıb süzün və bunu saç diblərinə çəkin. Həftədə bir dəfə edin.

- Türk qəhvəsi ilə toz halındakı xınanı qarışdırın. Bunu bir qaba qoyun və bir-iki saat ağzını yaxşıca bağlı saxlayın. Daha sonra saç diblərinə masaj edərək bu maskanı çəkin. 1 saat sonra şampunla yuyun. Bu üsulu həftədə 1, ya 2 dəfə edin.

Hindqozu yağı və limon suyu

Eyni miqdarda hindqozu yağı və limon suyunu götürüb qarışdırın. Əgər ölçüdə tərəddüd edirsinizsə, hərəsindən 3 çay qaşığı götürə bilərsiniz. Bu qarışımla saç diblərinizə 3-5 dəqiqə masaj edin. Bir saat saxladıqdan sonra şampunla yuyun. Hər gün bu üsulu təkrarlayın.

Kök suyu

Kök suyu həm sağlamlıq baxımından faydalıdır, həm də ləzzətlidir. Hər gün kök suyu için. Həm də saçları gücləndirib tökülməsini əngəlləyəcək.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 10760   Tarix: 22 may 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqda həyati təhlükə yarada bilər. Həkimlərin sözlərinə görə, bu infeksiya dərialt

25 aprel
.

Saat 3 fenomeni: Niyə gecəyarısı qəfil oyanırıq?

Bir çox insan gecə yuxudan oyanaraq, xüsusilə saat 3 radələrində, sonra isə yenidən yuxuya getməkdə çətinlik çəkdiyini müşahidə edir. Uorik Universitetinin psixi sağlamlıq üzrə ekspertləri bildirib ki, bu halın özü hələ pozuntu hesab edilmir. Qaynarinfo xəbər verir ki, yuxu fasiləsiz bir vəziyyət deyil

5 may
.

Yorğunluq bu xəstəliyin əlaməti ola bilər - XƏBƏRDARLIQ

Xroniki yorğunluq, halsızlıq və səbəbsiz çəki artımı çox vaxt gündəlik stress və iş yükü ilə əlaqələndirilsə də, mütəxəssislər bu əlamətlərin daha ciddi sağlamlıq probleminin göstəricisi ola biləcəyini bildirir. xəbər verir ki, bu simptomlar xüsusilə qalxanabənzər vəzi zədələyən Haşimoto xəstəliyini

2 may
.

Saç yuyarkən etdiyiniz bu səhvlər saçları məhv edir

Dermatoloq Leyre Barrutia bildirib ki, bir çox insan saçlarını yuyarkən iki ümumi səhv edir. Ölkə.az xəbər verir ki, həkim bu barədə "El Confidencial" ilə söhbətində danışıb. Birinci səhv şampun və kondisionerin düzgün tətbiq olunmamasıdır. Dermatoloq qeyd edib ki, bəzi insanlar şampunu yalnı

8 may
.

Alimlər yuxunu yaxşılaşdıra bilən məşhur meyvənin adını açıqladı

Kremli teksturası və neytral dadı ilə tanınan avokado həm yuxuya, həm də ürək sağlamlığına müsbət təsir göstərə biləcək bir neçə faydalı maddəni eyni anda ehtiva edir. Qaynarinfo xəbər verir ki, "Nok Lapja"nın yazdığına görə, bu meyvə ürək üçün faydalı yağlar, kalium, həll olunan liflər v

11 may
.

Hər gün niyə çay içməliyik? - Diyetoloqlar 5 səbəb açıqladı

Hər gün içilən bir fincan çay yalnız sakitləşdirici bir ritualla məhdudlaşmır, həm də bədəni nəmləndirməklə yanaşı, sağlamlığa daha geniş təsir göstərə bilər. Qaynarinfo "Real Simple" nəşrinə istinadən xəbər verir ki, diyetoloqlar çayın gündəlik istifadəsinin sağlamlığa 5 əsas faydasını açıqlayıb

27 aprel
.

Asqırarkən etdiyi səhv ona baha başa gəldi

Rusiyada qeyri-adi tibbi hadisə baş verib. Bir kişi asqırarkən burnunu tutduğu üçün boğaz nahiyəsində ciddi zədələnmə alıb. xəbər verir ki, həkimlərin məlumatına görə, bu zaman yaranan güclü təzyiq qırtlaq bölgəsindəki toxumaların zədələnməsinə səbəb olub və hava yumşaq toxumalara yayılıb. Nəticədə onu

3 may
.

50 yaşdan yuxarı insanlar üçün yuxu: Mütəxəssislərdən 6 faydalı məsləhət

Yaş artdıqca insanın daha çox yuxuya ehtiyacı olur. Mütəxəssislər bildirirlər ki, cəmiyyət olaraq yuxunun sağlamlığa faydasına kifayət qədər diqqət yetirilmir və son araşdırmalar yuxusuzluğun gələcəkdə ciddi ictimai sağlamlıq böhranına çevrilə biləcəyini göstərir. Əsas problem isə ondadır ki, biz istirahəti

6 may
.

100 il yaşamaq istəyənlər üçün vacib qida açıqlandı

Lobya 100 il yaşamaq istəyənlər üçün vacib qida maddəsi adlandırılıb. " "ya istinadən xəbər verir ki, məşhur qida mütəxəssisi Den Büttner uzun ömür üçün lobya yeməyi məsləhət görüb. "Daily Mirror" qəzetinin yazdığına görə, lobya və digər paxlalı bitkilər əksər yüzilliklərin pəhrizind

28 aprel