XIX əsrdə yox olan qədim göl, 130 il sonra yenidən ortaya çıxdı
Kaliforniyanın San-Xoakin vadisində yerləşən Tulare gölü XIX əsrin sonlarında insan fəaliyyəti və kənd təsərrüfatı maraqları səbəbindən yox olmuşdu. Lakin 130 ildən sonra göl yenidən meydana çıxıb və hazırda yenidən quruma təhlükəsi ilə üz-üzədir.
Qaynarinfo xəbər verir ki, "WioNews"un yazdığına görə, vaxtilə Tulare ABŞ-ın ən böyük şirin su göllərindən biri olub. XIX əsrdə gölün uzunluğu 160 kilometrdən çox, eni isə təxminən 50 kilometr idi.
Həmin dövrdə göl ətrafında yerləşən ərazilərdə kənd təsərrüfatının inkişafı üçün mühüm su mənbəyi rolunu oynayırdı. Ancaq əkin sahələrinin genişləndirilməsi məqsədilə kolonistlər gölün sularını qurutmağa başlayıblar və nəticədə su hövzəsi tamamilə yox olub.
Tulare gölü yerli Taçi Yokut tayfası tərəfindən Paashi adlandırılırdı. Göl əsasən Sierra-Nevada dağlarından gələn ərimiş qar suları ilə qidalanırdı. Onun quruması 1850-ci illərin sonu və 1860-cı illərin əvvəllərində başlayıb. Tədqiqatçılar bildirirlər ki, bu proses Kaliforniya ştatının tarixən yerli xalqlara məxsus torpaqları özəlləşdirmək siyasəti ilə bağlı idi. Həmin dövrdə torpağı qurudan şəxslər ərazi üzərində mülkiyyət hüququ əldə edirdilər.
130 ildən sonra göl yenidən qayıdıb
Tulare gölü 1890-cı ilə qədər tamamilə yox olmuşdu. Lakin 2023-cü ildə gözlənilmədən yenidən formalaşmağa başlayıb. Şimal-şərq Universitetinin nümayəndəsi Vivian Anderhill bildirib ki, buna qışda yağan güclü qar və yaz yağışları səbəb olub. Qarın sürətlə əriməsi nəticəsində su əvvəllər gölün yerləşdiyi hövzəyə dolub.
Gölün yenidən yaranması bölgəyə müxtəlif quş növlərinin - qutanların, şahinlərin və su quşlarının qayıtmasına səbəb olub. Güclü yağışlar və daşqınlar eyni zamanda balıq və suda-quruda yaşayan canlıları da əraziyə gətirib. Taçi Yokut tayfası üçün isə gölün geri dönüşü güclü mənəvi və simvolik hadisə hesab olunur.
Bununla belə, göl hazırda yenidən kiçilməyə başlayıb və sahəsi cəmi 2625 akra qədər azalıb. Ərazinin yenidən qurudulması işləri aparılır və mütəxəssislər gölün yenidən yox olmasının qaçılmaz olduğunu bildirirlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi