Bakı metrosunda təhlükəli qadın - Foto

Bakı metrosunda təhlükəli qadın - FotoTanınmış jurnalist Aynur Elgünəş sosial şəbəkədə metroda əqli çatışmazlığı olan bir qadınla yaşadığı problemdən yazıb.

Bu kimi halların tez-tez yaşandığını vurğulayan jurnalist əqli çatışmazlığı olan insanların sərnişinlərin təhlükəsizlik baxımından ictimai nəqliyyata buraxılmamalı olduğunu bildirib:

"Bu qadın icazə vermir yanında kimsə otursun. Qatara minəndə biımədim, boş yer görüb oturmaq istədim. Necə itələdisə, az qala yıxılmışdım. Məndən sonra oturmaq istəyən başqa bir kişinin də boynunun arxasından yapışıb durğuzdu. Diktor danışdıqca möhkəmdən söyür, qapı açılanda "ört qapını" deyib qışqırır.

Qadın sərnişinlərdən biri dedi ki, onunla tez-tez rastlaşır. Hətta bir dəfə metroda telefonunda oyun oynayan bir qıza qəflətın necə şillə vurubsa, ürəyi gedib. Metro polislərinin də hamısı onu tanıyırmış. Bəs o zaman bu cür aqressiv xəstəni niyə ictimai nəqliyyata buraxırlar?"

Sonxeber.az bildirir ki, qafqazinfo məsələylə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxlayıb. Katib bildirib ki, əqli çatışmazlığı olan insanların metrodan istifadəsinə hər hansı bir qadağa qoyulmayıb. Ancaq onlar asayişi pozduqları təqdirdə, sərnişinlər yaxınlıqdakı mühafizəni həyata keçirən polislərə müraciət edə bilər:

"Biz sərnişin daşıma ilə məşğuluq, hüquq mühafizə orqanı deyilik. Sərnişin ictimai asayışı pozduğu təqdirdə cərimə və ya cəzayla bağlı mühafizə orqanları bir iş görə bilər. Ancaq yenə də belə bir hal baş verdikdə, sərnişinlər mertoda mühafizəni həyata keçirən polis əməkdaşlarına yaxınlaşa bilər. Metropolitendən istifadə etmə qaydaları var ki, orada əqli çatışmazlığı olan insanların metrodan istifadəsinə hər hansı bir qadağa qoyulmayıb. Sadəcə üstü həddindən artıq çirkli olanlara icazə yoxdur, bunun da səbəbi digər sərnişinlərin üstünü çirkləndirmə ehtimalıdır. Polislərin isə həmin qadını tanıdığı iddia olunur, biz bilmirik, onlar tanıyır, ya yox. Bir daha deyirəm, belə hallar yaşandıqda, sərnişinlərə polis əməkdaşlarına müraciət etməyi məsləhət görürük. Bu zaman lazimi tədbirlər görüləcək".

Qeyd edək ki, xeyli sayda sosial şəbəkə istifadəçisi bəhs edilən qadınlar bir neçə dəfə qarşılaşdığını bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4214   Tarix: 24 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

3 ildir axtarılan qadın həbs edilib

Üç ildir insan alverinə görə axtarışda olan 40 yaşlı Aygün Kərimova (ad-soyad şərti) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) maddəsi il

8 may
.

Bakıda gənclərin viskidən zəhərlənmələri ilə bağlı iddialara istehsalçı müəssisədən CAVAB

Ötən gün Bakının Səbail rayonunda yerləşən məşhur hotellərdən birində dörd nəfərin zəhərlənməsi və onlardan ikisinin spirtli içkidən ölməsi ilə bağlı xəbərlərə həmin içkini hazırlayan istehsalçı tərəfindən reaksiya verilib. İstehsalçı "Abşeron-Şərab" ASC-nin idarə heyətinin sədri Xəlil İsmayılo

8 may
.

DİM sədri: Kütləvi imtahanları da elektron formata keçirəcəyik

Dövlət İmtahan Mərkəzinin (DİM) yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər. report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər

8 may
.

Dönərdən kütləvi zəhərlənmə bu səbəbdən baş verib - Rəsmi açıqlama - Video

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov İTV-yə açıqlamasında hadisənin sanitar-gigiyenik normaların pozulması səbəbindən baş verdiyini bildirib

8 may
.

"Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetişdiyi ən böyük şəxsiyyətlərdən biridir" - Emil Əkbərov

"Ümummilli lider Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyi və bütövlüyü uğrunda düşünmədən canını fəda etməyə hazır olan dahi şəxsiyyət olub". Bu sözləri -a danışan "BİG Media" MMC-nin rəhbəri Emil Əkbərov deyib. Emil Əkbərov bildirib ki, müstəqil Azərbaycan dövlətini

8 may
.

"Səs yazısı yayılan bağça müdiri əmək qabiliyyətini itirib" - Rəsmi açıqlama

Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində araşdırma aparılan Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri ilə bağlı daha bir açıqlama yayıb. "Qafqazinfo" xəbər verir ki, açıqlamada sosial şəbəkələrdə səs yazısı yayılan bağça müdiri Fəranə Məhərrəmovanın əmək qabiliyyətin

8 may
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə leysan, şimşək, dolu...

Azərbaycanın rayonlarında mayın 10-11-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı

8 may
.

Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək

Dövlət İmtahan Mərkəzi mayın 12-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək. Mərkəzdən -a verilən məlumata görə, həmin gün ali və orta ixtisa

8 may
.

Telman İsmayılovun adı onun ölümündə hallanır - YENİ FAKTLAR

Rusiyadakı məşhur "Çerkizovski" bazarının sabiq sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun cinayət işində yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Daxili İşlər Nazirliyinin məlumatına görə, beynəlxalq axtarışa verilən biznesme

8 may