Maşın almaq istəyənlərə XƏBƏR

Maşın almaq istəyənlərə XƏBƏRAzərbaycanda avtomobillərin kreditlə satışının dayanması sürücüləri və avtomobil satıcılarını müxtəlif üsullara əl atmağa vadar edib.

Sonxeber.az milli.az-a istinadən bildirir ki, avtomobil bazarının əsas hərəkətverici mexanizmi avtomobil kreditləri idi. Kreditlərin dayanması ilə avtomobil bazarında böhran yaradıb. Belə olan halda, satıcılar da müxtəlif yollarla satışları artırmağa can atırlar. Nəticədə, avtomobil sahibləri və bazarlarda olan salonlarda işlənmiş avtomobillərin kreditlə, etibarnamə və ehtiyat hissəsi kimi satışı halları artıb.

Qeyri-rəsmi kreditlə avtomobil satışı 2 dəfə artıb

Ekspertlər hesab edirlər ki, bank kreditlərinin avtomobil bazarından çıxması etibarnamə ilə satış hallarını ilin əvvəlindən 2 dəfə artırıb. Avtomobil eksperti Fərid Məlikov sayta bildirib ki, son dövrdə avtomobil bazarının canlanması üçün avtomobil sahibləri, alverçi və salonlar müxtəlif qaydada satış üsullarına əl atırlar. Bunlardan biri avtomobil bazarlarındakı salonlardır. Bu tipli satış yerləri avtomobilləri qeyri-rəsmi qaydada kreditlə satırlar. Bu qaydada satışları salonlar sadəcə müştərinin görünüşünə baxaraq şəxsiyyət vəsiqəsilə verirlər.

Ekspertin sözlərinə görə, satıcılar əvvəlcə avtomobili alan şəxsin evinə baxış keçirirlər, yəni harada yaşadığını müəyyən edirlər. Daha sonra müştəri ilə salon arasında notariusda təsdiqlənmiş müqavilə bağlanır.

Salonlar müştərinin görünüşünə baxıb maşını kreditə verirlər

Avtomobilin dəyərinin bir hissəsi əvvəlcədən ödənilir. Qalan hissə isə aylara bölünərək ödəniş həyata keçirilir. Bu şərt hər iki tərəf üçün uyğundur. Belə ki, salonlar bir neçə ayda satılmayan avtomobilləri kreditlə daha baha və tez sata bilirlər. Məsələn, nağd şəkildə 15 min manata satılan 2012-ci il model "Hyundai Sonata" kreditlə 20 min manata təklif edilir. Digər tərəfdən, bəzi vətəndaşlar avtomobil almaq istəsələr də nağd ödəniş etmək imkanları yoxdur. Üstəlik rəsmi maaşı olmadığı və rayon qeydiyyatında olduğuna görə kredit götürə bilmirlər. Belə alıcılar üçün sadə şəkildə heç bir sənəd tələb olunmadan avtomobil almaq göydəndüşmə fürsətə çevrilir. Ona görə də qeyri-rəsmi kreditlə alışa razılaşırlar.

Kreditə maşın aldığına peşman olanlar onu eyni qayda ilə satırlar

Ekspertin sözlərinə görə, bundan əlavə, avtomobili əvvəl bank krediti ilə alanlar isə borcu ödəyə bilmədikləri üçün satmağa başlayıblar. Onlar kreditdən qurtulmaq üçün maşını satırlar. Ödədikləri məbləğə daha ucuz qiymətə köhnə "Mercedes" və az xərc aparan Rusiya avtmobilləri alırlar. Belə avtomobil sahibləri isə sürücülük etibarnaməsi ilə satış həyata keçirirlər. Məsələn, avtomobili 15 manata alan sürücü 20-30 min kilometr sürdükdən sonra, ilkin olaraq ödədiyi 5 min manatın nağd verilməsini, qalan hissənin isə banka aylıq ödənilməsi şərtilə satdı. Əvəzində sürmək üçün 1997-ci ilin "Mercedes" avtomobilini 4500 manata aldı. Köhnə olsa da, həm avtomobili var, həm də kredit ödəməkdən xilas olub.

Kreditdəki maşını alanların borcu qaytarmamaq şansı yoxdu

Avtomobili alan müştərinin krediti ödəməsi isə bir neçə aylıq sürücülük etibarnaməsi ilə sığortalanır. Yəni, avtomobili kreditlə alan müştəri borcunu tam ödəməyənə kimi onun sahibi olmur. Yalnız etibarnaməyə uyğun olaraq sürücülük hüququ olur. Krediti tam ödədikdən sonra isə avtomobilin texniki pasportunu əldə edə bilir.

Satılmayan maşınlar ehtiyat hissəsi kimi 3-4 min baha satılır

Yeni satış üsulları bununla da bitmir. Bəzi avtomobil sahibləri avtomobili satışa çıxardıqları halda uzun müddət sata bilmədikləri üçün onu ehtiyat hissəsi kimi satışa çıxarırlar. Ekspert hesab edir ki, belə satış bir neçə ay vaxt aparsa da, avtmobilin hər bir vinti belə pul gətirir. Səbrli satıcılar bütöv halda maşını ucuz sata bilərdilərsə, bu qayda ilə 2-3 min manat daha çox gəlir əldə edə bilirlər.

Məsələn, ötən ay avtomobil sahiblərindən biri 6-7 min manata sata bilmədiyi 2000-ci il model "Mercedes C Class" avtomobilini 2-3 ay ərzində ehtiyat hissəsi kimi 10 min manata satmışdı. Amma bu tipli satışı da hər sürücü həyata keçirə bilmir. Ehtiyat hissəsi kimi satışları daha çox boksda və ya profilaktoriyada tanışı olan və bu sahədə təcrübəsi olanlar həyata keçirir.

Kreditlə satılan maşın elanları 50 % artıb

Avtomobil bazarı ilə yanaşı avtomobil elan saytlarında da kreditlə aldığı avtomobili satışa çıxaranlarla bağlı təkliflər artıb. Alsat.az saytının rəhbəri Vaqif Hüseynov bildirib ki, ötən ildən etibarən bu tipli elanlar 50 % artıb. Məsələn, ötən il hər 10 elandan 2-si kreditlə satışla bağlı idisə, indi hər elandan 5-I belə satış təklifidir.

Onun sözlərinə görə, qiyməti 50 min dollara kimi olan avtomobillərin kreditlə satışı təklif edilir. Belə ki, satıcılar avtomobilin real bazaar qiymətini ilkin ödəniş olaraq tələb edirlər. Qalan hissənin isə aylıq ödənişini təklif edirlər. Məsələn, 2012-ci il model "Toyota Land Cruiser" avtomobilinin qiyməti 50 min dollardır. Satıcı 40 min manatın əvvəlcə, qalan hissəsinin isə aylıq ödənişini təklif edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 8787   Tarix: 27 may 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d

21 dekabr
.

Qoşqar Təhməzlinin təsis etdiyi şirkətə 865 min manatlıq sifariş

İnnovasiya və Təchizat Mərkəzi "Medeks" şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Qaynarinfo-nun məlumatına görə, müqavilədə tibbi sərf mallarının satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 865 346,51 manatdır. İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyest

20 dekabr
.

Beyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı

Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy

20 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Toy mərasimlərində ənənə ilə israfçılıq arasında balans necə qurulmalıdır? - AÇIQLAMA

Toy mərasimləri Azərbaycan cəmiyyətində ailə dəyərlərinin, qohumluq bağlarının və ictimai münasibətlərin mühüm ifadə formasıdır. Lakin son illər toyların miqyası, xərclərin artması və sosial təzyiqin güclənməsi bu mərasimlərin mahiyyəti ətrafında müzakirələri də artırıb. Bəziləri üçün toy - milli kimliyi

19 dekabr
.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr