"İlanlar erkən yay aylarında gündüzlər də aktiv olurlar"- Alimdən vacib XƏBƏRDARLIQ
Son günlər ölkənin müxtəlif regionlarında ilanların insanlara, evlərə hücumları ilə bağlı xəbərlərin sayı artıb. Adətən havaların istiləşməsi ilə bu cür xəbərlərin də sayı artır. Lakin indi əvəvlki illərlə müqayisədə xəbərlərin sayı daha çoxdur. Xüsusən də yaşayış məskənlərinə zəhərli ilanların girməsi ilə bağlı son 15 gün ərzində çoxlu sayda xəbərlər yayılıb.Sürünənlərin bu şəkildə fəallaşması son illərdə ölkəmizdə müşahidə olunan quraqlıqla əlaqələndirilir. İlan və digər sürünənlərə qarşı hansı addımlar atılmalıdır?
Bununla bağlı Sonxeber.az-a danışan AMEA Zoologiya institutu, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov bildirib ki, ilanlar isti aylarda fəal olurlar: "Onların yüksək fəallığı aprel ayından iyul ayının ortalarına kimi davam edir. Bu fəallıq nədir? İlanlar yemləmək və yumurta qoymaq üçün özlərinə yer axtarırlar. Yumurta qoymaq üçün gizlənmə yerləri olur. Təbii ki, bu yerlər təkcə təbii olan ərazilər deyil, həm də insanların yaşadığı evlər, təsəsrrüfatla məşğul olduqları bostan və bağlar da olur. İlanlara insan yaşadığı yerlərdə rast gəlməmək üçün həmin ərazilərdə onların gizlənməsi üçün az sığınma yerləri qoymaq lazımdır. Yerə atılmış tullantılar, ağac qırıqları, biçilmiş kol qırıqları qoymaq lazım deyil. Çünki belə yerlərdə ilanlar isti havadan sərinləmək üçün, yumurta qoymaq və mövcud təhlükədən qorunmaq üçün istifadə edirlər. İnsanlar bu cür yerlərə girəndə də ilanlarla rastlaşırlar. Təbii ki, ilanlarda qorxu hissi olduğu üçün özünü qorumaq üçün insanları sancırlar. Ona görə belə yerlərdə yaşayan və işləyən insanlarımız daha çox diqqətli olmalıdır. Çünki ilanlar erkən yay aylarında gündüzlər də aktiv olurlar. Ona görə dəibu aylarda ilanları cəlb edən şəraitin yaradılmamasına çalışmaq lazımdır. Sığınacaqlar olmaması üçün təmizliyə riyaət etmək lazımdır, otlar biçilmiş olmalıdır, hasarın, darvazanın və evin qırağında boşluqların olmamasına çalışmaq lazımdır. Əgər həyətdə ilanların yemləndiyi heyvanlar çoxdursa təbii ki, onlar o əraziyə girə bilərlər. Ona görə də insanlarımız ilanları cəlb edəcək səbəbləri bilməli və ortadan qaldırmalıdırlar. Təəssüf ki, insanlarımız çox vaxt həyətlərində səliqəliyə fikir vermir, ilanlar üçün münbit şərait yaradırlar".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Pensiyalar bu tarixdə tam ödəniləcək
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO
Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO
Vəzifəli şəxs qəzada HƏLAK OLDU
Ağzını, əlini və ayaqlarını "skoç"la bağladı - Qusarda dəhşətli qətlin TƏFƏRRÜATLARI - VİDEO
Bu toyuqları almayın - AÇIQLAMA
Ac qalmadan 23 kilo verdi: "Sadəcə hər yeməyin yanında bunu yeyirdim" - FOTO