Xalq artisti Emin boşanmasından danışdı: "Evli olanda sevgi romanı yaşamamışam" - VİDEO

Xalq artisti Emin boşanmasından danışdı: "Evli olanda sevgi romanı yaşamamışam" - VİDEO"Bilirdim ki, koronavirusa yoluxan şəxs dad və qoxu hissini itirir. Səhər işə gedirdim. Duş qəbul etdim, geyindim, üzərimə ətir püskürdüm. Ətirin qoxusunu hiss etmədim. Özümü yaxşı hiss edirdim. Hətta bir anlıq zənn etdim ki, vurduğum ətir zaydır, yeni deyil.

Qoxu hissini itirdiyimi anladım. Səhər yeməyini yedim. Anladım ki, dad hissimi də itirmişəm. Həkim çağırdım. Koronavirus testindən keçdim. Testin nəticəsi müsbət oldu.

Hərarətim olmadı. Kürəyim və bədənim ağrıyırdı. Antibiotik içdim, sağaldım. Əsas məsələ başqalarına bu virusu yoluxdurmamaqdır. Hamıdan təcrid olunmuşdum. Evdə uşaqlar yox idi. Mənimlə yaşayanların hamısını ətrafımdan uzaqlaşdırdım. İki həftə tək qaldım.

Bu, mənim üçün yeni təcrübə idi. İki həftə ərzində özümlə yenidən tanış oldum. Bu zaman ərzində anladım ki, uşaqlarımla daha çox vaxt keçirib, daha az turnelərə çıxmalıyam.

İldə 100-ə qədər konsert verirəm. Bu, kifayət qədər sıx cədvəldir. Turnelərin sayını azaltmağın zəruriliyini başa düşdüm. "Jara" beynəlxalq musiqi festivalı 10 ölkədə keçiriləcək. Şənliklərin əksəriyyəti 2021-ci ildə baş tutacaq. Festivalla bağlı böyük planlarımız var".

Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti və iş adamı Emin Ağalarov "YouTube"da yayımlanan "Alyona blin!" şousunun qonağı olarkən deyib.

Bir müddət öncə ikinci həyat yoldaşı Alyona Qavrilovadan ayrıldığını sosial media hesabında bildirən sənətçi saysız-hesabsız müzakirələrə səbəb olan boşanma mövzusuna aydınlıq gətirib:

"Həyat yoldaşım Alyona Qavrilova ilə özünütəcriddən əvvəl ayrılmışdım. "Instagram"da həmin paylaşımı etdiyim vaxt artıq Alyona ilə birlikdə yaşamırdım. Ayrılmağımızın səbəbləri barədə danışmaq istəmirəm. Çünki çox özəldir. Biz pozitiv notlarda ayrıldıq. Övladımızın olduğunu tam dərk edirik. Uşağımız üçün yaxşı valideyn olmaq istəyirik. Qızımızın hər hansı münaqişə və ya anlaşılmazlıq olduğunu hiss etməməsi üçün bir növ təmasda qalmaq istəyirik. Ayrılmaq qərarının kim tərəfindən irəli sürüldüyünü demək istəmirəm. Qəbul edildi və həyata keçirildi".

Aparıcının "Alyona ilə ayrıldığınızdan sonra adınız bir çox məşhur xanımlarla - müğənni Polina Qaqarina, Zivert və teleaparıcı Yuliya Baranovskaya ilə çəkildi" sözlərinə Xalq artisti "Bir çox həmkarım zəng edib dedi ki, indi müğənni Polina Qaqarina ilə bir yerdəsən (gülür)" cavabını verib və fikirlərini belə davam etdirib:

"Cavab olaraq dedim ki, bir həftədə iki ulduz cütlüyün ailəsi dağılırsa (müğənni Polina Qaqarinanın həyat yoldaşı, fotoqraf Dmitri İshakovdan ayrıldığı barədə xəbərlər yayılıb - red.), bu, o demək deyil ki, onlar birlikdə olmalıdırlar. Polina ilə bir yerdə deyilik. Sosial şəbəkədə televiziya aparıcısı Yuliya Baranovskaya ilə evli olduğumu oxudum. Yuliya ilə yalnız dostam. Zivert əla müğənnidir. Onunla həyatda iki dəfə görmüşük.

Hazırda heç kimlə münasibətim yoxdur. Evli olduğum müddətdə heç kimlə sevgi romanı yaşamamışam.

Alyona ilə evləndiyimə görə peşman deyiləm. Onunla uzun müddət yaşadım. Əminliklə deyə bilərəm ki, bu, xoşbəxt illər idi. Bir uşağımız var. Alyona ilə aramda hörmət və isti münasibət var. Münasibətlərdə nə Alyona, nə də mən bir-birimizi incitmədik və xəyanət etmədik. Bu, ikinci evlilik və böyük təcrübədir. Nə birinci, nə də ikinci evliliyimdən peşman deyiləm.

Aparıcının "Deyirsiniz ki, pozitiv notlarda ayrıldıq. Lakin Alyona sosial media hesabında bu ayrılığı ağrılı keçirdiyini yazdı" sözlərinə E.Ağalarov belə reaksiya verib:

"Bir qadının əri ilə ayrılıq mövzusunu müzakirə etməsi ağrılıdır. Bu mövzuda xoşagələn bir şey yoxdur. Nikbin insanam. Uğurlu seçim olsa, hər şey yaxşı olacaq. Bir şey düzəlmirsə, evlilik naminə birlikdə yaşamağa hazır deyiləm. İnanıram ki, sevgi və qarşılıqlı anlaşma olmazsa, xoşbəxtlik olmaz. Bir dəfə yaşayırıq... Əgər xoşbəxtlik yoxdursa, normal insanlar kimi bu əlaqəni bitirmək lazımdır.

Uşaq hələ kiçik olduğu üçün Alyona ilə yaşayır. Bu məsələni müzakirə etdik. Yalnız təcrid dövründə uşağı görmədim. Mən qızımla hər gün görüşürəm. Zamanımın çox hissəsini onunla keçirirəm. Bütün övladlarımı sevirəm. Boş vaxtlarımı onlarla keçirmək istəyirəm.

Qızım Afinanın siması mənə çox bənzəyir, xüsusilə qaşları. Lakin o, anasına və böyük oğluma oxşayır. Afina suyu çox sevir. Daim onunla hovuzda oluram. Ona yaşına uyğun uşaqlar üçün zehni inkişaf etdirən oyuncaqlar alırıq. Hər şeyi başa düşür və reaksiya verir".

"Afina böyüyəndə anası Alyona ilə niyə ayrıldığınızı soruşsa, ona bu məsələni necə izah edəcəksiniz?" sualına Emin belə cavab verib:

"Bu mövzu haqqında düşünməmişəm. Fikirləşirəm ki, bu an gələndə cavab səmimi olacaq. Hər şeyi olduğu kimi söyləyəcəyəm. Çünki anası ona həqiqəti danışacaq. Şüurlu yaşda bir uşaq hər şeyi başa düşəcək".

"Sosial mediada Alyona ilə ayrılmağınıza səbəb kimi ailənizin onu qəbul etmədiyi söylənildi. Bu həqiqətdir?" sualına Xalq artisti belə münasibət bildirib:

"Bu, tamamilə səhv fikirdir. Ailəm Alyonanı qəbul etməsəydi, o zaman bu evlilik də olmayacaqdı. Anam tərəfdən heç bir problem yox idi. Atam tərəfdən ola bilər. Lakin Alyona ilə evli olduğum zaman hər şey qaydasında idi".

Söhbət əsnasında "Deyirlər ki, aranızda rəsmi nikah olmayıb" replikasına iş adamı E.Ağalarov "Düşünürəm ki, bütün bu məqamlar pərdə arxasında qalmalıdır" sözləri ilə şəxsi həyatı ilə bağlı sorğu-suala nöqtə qoyub.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 5210   Tarix: 18 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Heç nə edə bilmədilər ki, bu yola əl atdılar, kaş özlərinə inanardılar"

Xalq artisti Röya Ayxan bayağı mahnı ifaçılarından danışıb. xəbər verir ki, pop ulduz qonaq olduğu "Tarixin bir günü" verilişində Kəmalə Günəşli və bənzər ifaçılar barədə diqqət çəkən açıqlamalar verib:. "Efirdə Kəmalə Günəşlini efirdə görmüşəm, muğam oxuyurdu. Necə muğam oxuduğunu gördünüz

9 dekabr
.

Azərbaycan ilk dəfə Ermənistana xal verdi

"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycandan verilən xallar açıqlanıb. Axşam.az xəbər verir ki, ölkəmizin adından 12 xal İtaliyaya verilib. Müsabiqədə ilk dəfə Azərbaycan Ermənistana xal verib. Ermənistanın çıxışı Azərbaycan tərəfindən 3 xalla dəyərləndirilib. Xallar Leyla Adıgözəlzad

13 dekabr
.

Bülent Ərsoya baxışları gündəm oldu - VİDEO

Zərgərlik mağazasının açılışında iştirak edən məşhur sənətçi Bülent Ərsoyun görüntüləri sosial mediada böyük maraq doğurub. xəbər verir ki, mağazanın açılış lentini kəsən Ərsoyu görmək üçün əraziyə toplaşan insanların sayı kifayət qədər çox olub. Tədbir zamanı lentə alınan bir görüntü isə sosial şəbəkələrd

10 dekabr
.

Məşhur fenomenin sürət qatarında etdikləri narazılıq doğurub - VİDEO

Sosial media fenomeni Mükremin Gezgin sürət qatarı ilə etdiyi səfər zamanı sərgilədiyi davranışla ictimaiyyətin narazılığına səbəb olub. türk mediasına istinadən xəbər verir ki, fenomen qatar vaqonunun ortasında yer süfrəsi açaraq yemək yediyi anları videoya çəkib. Digər sərnişinləri narahat edən b

16 dekabr
.

Ayan ölümlə üz-üzə qaldı

Müğənni Ayan Babakişiyeva illər əvvəl yaşadığı ağır həyati təhlükə barədə danışıb. xəbər verir ki, o, "Afaqla 10lar" verilişində qonaq olarkən həmin qorxulu günləri xatırladığını bildirib. Ayanın sözlərinə görə, tanımadığı bir şəxs onun haqqında "bir həftə içində həyatdan köçəcək"

8 dekabr
.

Məşhur türk serialında "Tərəkəmə" rəqsi - VİDEO

Məşhur türk serialı "Veliaht"ın 13-cü bölümündə "Tərəkəmə" musiqisi səsləndirilib. xəbər verir ki, görüntülər həm Türkiyənin, həm də Azərbaycanın sosial şəbəkələrində böyük maraqla qarşılanıb. Həmin görüntülər sosial mediada sürətlə paylaşılaraq geniş reaksiyalar doğurub. Qeyd edə

13 dekabr
.

"Eurovision-2024" qalibi mükafatını geri qaytardı

"Eurovision-2024" müsabiqəsinin qalibi, İsveçrəli müğənni Nemo 2026-cı ildə İsrailin yarışda iştirakına icazə verilməsinə etiraz əlaməti olaraq qazandığı kuboku geri qaytarıb. xəbər verir ki, bu barədə o, Instagram hesabında paylaşım edib. "Keçən il Eurovision-u qazandım . Bu icmaya sonsu

12 dekabr
.

"Survivor 2026" iştirakçıları bəlli oldu - FOTO

"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi iştirakçıların adları bəlli olub. xəbər verir ki, bu barədə Acun Ilıcalı son paylaşımında qeyd edib. Könüllülər komandasında iştirak edən kişi iştirakçılar Engincan Tura, Eren Semerci, Erkan Bilben, Onur Alp Çam, Ramazan Sarıdır

14 dekabr
.

Xalq artisti: "2 aydan bir ev alıram, hobbimdir"

Xalq artisti Röya Ayxanı qonaq olduğu verilişlərin birində aldığı sualla məəttəl qalıb. xəbər verir ki, izləyicilərdən biri sənətçiyə "Hər 2-3 aydan bir ev alır" sözləri sənətçini təəccübləndirib. Gənc izləyici bu məlumatı onun makler dostundan aldığını bildirib. Sual qarşısında təəccüblənə

13 dekabr