"Azərbaycan Polisi Birinci Qarabağ döyüşlərində ön sıralarda olub"-RƏY

"Azərbaycan Polisi Birinci Qarabağ döyüşlərində ön sıralarda olub"-RƏYİyulun 2-də Azərbaycan Polisi yaranmasının 102-ci ildönümünü qeyd edir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Bu tarixi gün ilə bağlı deputat Azər Badamov Sonxeber.az-a danışıb.
Deputat bildirib ki, Azərbaycan polisinin yaranma tarixinə nəzər saldığımız zaman 102 il əvvələ qayıtmalı oluruq:

"1918-ci ildə Azərbaycan Xalq Cümuhuriyyəti yarananda Daxili İşlər Nazirliyi tərkibində polis yaradılıb. Müstəqilliyimiz 70 il əlimizdən alınsa da yenidən qurulmuş müstəqil Azərbaycan Respublikası AXC-ni Azərbaycan Respublikasının siyasi varisi hesab etmiş və yaradılan yeni dövlət orqanlarının yaranma tarixlərini 1918-ci ildən hesablanmağa başlanıb. Belə bir yanaşma əslində dövlətimizin tarixini müəyyən edir və böyük dövlətçilik tarixinə malik bir ölkədə yaşamaqla hər bir vətəndaşa qürur hissi yaşadır. Azərbaycan Respublikasının ikinci müstəqillik tarixi 1991-ci ilə təsadüf olunmasına baxmayaraq polislərlə bağlı ən düzgün yanaşmanı Heydər Əliyev edib. 24 may 1998-ci il 710 nömrəli Fərmanı ilə Azərbaycan Polisi Gününün tarixi dəyişdirilmiş, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilmişdir. Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.
Azərbaycan Polisi Birinci Qarabağ döyüşlərində ölkəmizin ərazi bütövlüyü uğrunda ön sıralarda dayanmış, 500-dən çox polis əməkdaşı şəhid olmuş, 1710-dən çox adam yaralanmışdır. Ölkədə siyasi sabitliyin təmin olunmasında müxtəlif hərbi birləşmələrə, cinayətkar ünsürlərə qarşı inamla mübarizə aparmış, dövlət quruluşunun möhkəmlənməsində yaxından iştirak edərək fədakarcasına çalışmışdır. Azərbaycan Polisi dövrün çağırışlarına cavab verən fəaliyyəti təqdim edə bilən xalqın rəğbətini qazanmış bir dövlət orqanına çevrilmişdir. Fevral ayından elan olunmuş qlobal pandemiya şəraitində koronavirusa qarşı effektiv mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş karantin rejimində Azərbaycan polisi 24 saat iş başındadır. Karantin rejiminin tələblərinin yerinə yetirilməsində gecə - gündüz xidmətdə dayanaraq ölkədə ictimai asayişin təmin edilməsində polisimiz əsl qəhrəmanlıq göstərir. Xüsusilə cəmiyyətin infeksiya təhlükəsi ilə üzləşdiyi bir dövrdə ailələrindən uzaq düşərək öz həyatlarını risk altına ataraq polisimiz xalqımıza sədaqətlə xidmət edir. Bu gün Azərbaycan Polisi günüdür. Bu bayram günü münasibətilə Daxili İşlər naziri cənab Vilayət Eyvazov başda olmaqla bütün polis əməkdaşlarını təbrik edir, can sağlığı və fəaliyyətlərində uğurlar arzulayıram".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1433   Tarix: 02 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021