General Məhəmməd Sadıq bəy Ağazadənin Azərbaycan polisinin təşkilatlanmasında ROLU

General Məhəmməd Sadıq bəy Ağazadənin Azərbaycan polisinin təşkilatlanmasında ROLUBu gün Azərbaycan polisi günü münasibətilə dövlətimizin bu mühüm güc institutunun yaradılmasında böyük rol oynamış şəxsiyyətlərimizin xalqımız qarşısında xidmətlərini də yada salmalıyıq. Belə parlaq şəxsiyyətlərdən biri bu il anadan olmasının 155-ci ildönümünü qeyd etdiyimiz Məhəmməd Sadıq bəy Ağabəyzadədir.

Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər nazirinin müavini vəzifəsində çalışmış general-mayor M.S.Ağabəyzadənin müstəqil Azərbaycanın daxili işlər orqanları strukturunun formalaşdırılmasında, milli polisimizin yaradılması və inkişafında böyük xidmətləri vardır. Onun gərgin əməyi nəticəsində Azərbaycan polisinin təşəkkülünə dair hüquqi baza - "Polis idarələrinin təşkili haqqında", "Polis departamenti haqqında", "Ümumi, qəza və şəhər polisi haqqında" və başqa normativ sənədlər hazırlanmışdır. Həmçinin general-mayor M.S.Ağabəyzadənin təşkilatçılığı ilə Bakıda polis məmurları hazırlayan məktəb açılmışdır.

Sadıq bəy Ağabəyzadə AXC dövründə Azərbaycanın 21 döyüş generallarından biri olaraq daxili işlər nazirinin müavini vəzifəsini icra edib. İşlədiyi müddətdə o, polis işçi rütbələrinin təsnifat sistemini işləyib hazırlayıb.

Məhəmməd Sadıq bəy Ağabəyzadə 1865-ci ildə Göyçayda anadan olub. Ota təhsilini Bakıda realnı məktəbdə alıb. 1882-ci ildə realnı məktəbi bitirən M.S.Ağabəyzadə təhsilini daha sonra Peterburq Hərbi-Piyada və Artilleriya məktəbində davam etdirir. 1886- cı ildə Hərbi Nazirliyin Baş qərargahının Şərq dilləri üzrə kursunu qiyabi oxuyaraq bitirib. M.S.Ağabəyzadə həmin ildə Mixaylovski artileriyya məktəbinin üçüncü kursuna dinləyici kimi daxil ola bilir.

Elmə, biliyə, savadlanmağa böyük marağı olan M.S.Ağabəyzadə təhsillə bərabər təcrübə keçməyin vacib olduğunu anlayır. O, bir zabit kimi Rusiya ordusunun Qafqazdakı artilleriya bölmələrində, sonra isə Türkistan və Zakaspi vilayətinin hərbi hissələrində xidmət etməyə başlayır.

S.Ağabəyzadə Sankt Peterburqda Şərq dilləri İnstitutunu bitirir. Hər tərəfli biliyə, intellektual səviyyəyə və təhsilə malik olan Məhəmməd Sadıq bəy Ağabəyzadə sonralar Şərq dillərindən dərs də deyir. Yəni, fars, ərəb, türk dilləri (müasir və qədim osmanlı dilləri), ərəb qrammatikası, islamşünaslıq üzrə fənlərdən, müsəlman paleqrafiyası və epiqrafiyası fənlərini də tədris edib.

Ağabəyzadə "Türkmenskiy dialekt" kitabının müəllifi olub. Bu kitaba görə Buxara əmiri onu xüsusi mükafatla təltif edibdir.

1913-cü ildə M.S.Ağabəyzadəyə general-mayor rütbəsi verilib. General- mayor rutbəsini alan Sadıq bəy təqaüdə çıxaraq Göyçaya valideynlərinin yanına gəlir və orada yaşamağa başlayır. O, bir müddət Göyçayda yaşadıqdan sonra orada məktəb açmaq fikrinə düşür. Hazırlıq ərəfəsində qəflətən rus-alman müharibəsinin başlanması Sadıq bəyin arzusunu yarımçıq qoyur. Sadıq bəy 1914-cü ildə təkrar orduya çağrılır.

Sadıq bəy Ağağbəyzadə hərbi andına sadiq qalaraq müharibəyə gedir və Qafqaz döyüşlərində iştirak edir.

M.S.Ağabəyzadə böyük alim-şərqşünas idi. Cümhuriyyətin süqutundan sonra mühacirətdə yaşayıb fəaliyyət göstərmiş Məhəmməd Sadıq bəy Krakov, Poznan, Lvov universitetlərində, eləcə də Lvov ali ticarət məktəbində müəllimlik etmişdir. O, polyak dilində türk dili dərsliyinin, fars dili qrammatikasına və elementar ərəb dili qrammatikasına dair kitabların müəllifidir. M.S. Ağabəyzadə şərqşünaslıq elmində Lvov-Peterburq məktəbinin banilərindən biri kimi şöhrət qazanmışdır.

Sadıq bəy həqiqətən yüksək intellektə malik idi. O, Sankt Peterburqda hərbi məktəbi oxumaqla yanaşı, eyni zamanda Şərq dilləri institutunu da bitirmişdir.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti süqut etdikdən və bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra Ağabəyzadə Turkiyəyə mühacirət edir və bir müddət İstanbulda yaşayır. O, İstanbulda əmisi oğlu Əlibəy Hüseynzadə ilə görüşür. Sadıq bəy 1921-ci ildə Fransaya köçərək orada yaşayır. İki il Sorbon şəhərində fars və türk dillərindən (Şərq dilləri) dərs deməyə başlayır. O 1927-ci ilin fevralında Ziqmunt Smoqjevskinin dəvəti ilə Ukraynanın Lvov universitetinə Şərq dilləri fakultəsinə professor kimi dəvər edilir. Lvov şəhərinə köcən M.S.Ağabəyzadə Lvov universitetində 17 il işləyir. Sadıq bəy Ağabəyzadənin Ukraynada şərqşünaslıq elminin inkişafında xüsusi xidməti olub.

Böyük elmi yaradıcılığı olan Sadıq bəy Ağabəyzadə polyak dilində özünün bir türk dili dərsliyini, 1932-ci ildə elementar ərəb dili qramatikasını (fonetika və morfologiya) dərsliyini nəşr etdirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1679   Tarix: 02 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

AZAL-dan daha bir yenilik - Yan oturacağı "bloklaya" bilərsiniz

Azərbaycanın milli aviadaşıyıcısı AZAL ekonom sinifdə səyahət edən sərnişinlər üçün şəxsi məkanı və komfortu artıran yeni xidməti istifadəyə verib. xəbər verir ki, artıq sərnişinlər yan oturacağı və ya bütün sıranı əvvəlcədən "bloklaya" bilərlər. Yeni xidmət uçuş zamanı daha rahat hərəkət imkan

18 dekabr
.

Məktəblilər arasında "snus" təhlükəsi - "Köşklərdə satılır" - Video

Məktəblilər arasında "snus" adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb. Uşaqlar isə onun tərkibi və təsirləri barədə məlumatlı olmadan istifadə edir. "Qafqazinfo"nun məlumatına görə, İTV-yə danışan şagirdlər bildirirlər ki, bu məhsulu alıb məktəbdə çeynəyirlər. "Bizi

17 dekabr
.

DİN şagirdlərə satılan o məhsulu araşdırır - Açıqlama

Xəbər verdiyimiz kimi, məktəblilər arasında "snus" adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov "Qafqazinfo"ya bildirib ki, "Snus" adlandırılan məhsulun tərkibi və hüquqi statusu ilə araşdırmalar aparılır:. "Hazırd

17 dekabr
.

"Həkimin etdiyi əməliyyatda 3-cü ölən mənim övladımdır..." - Video

Kürdəmirdə cərrahi əməliyyatdan beş gün sonra vəfat edən 22 yaşlı Məleykə Nurməmmədovanın yaxınları həkimi ittiham edirlər. "Qafqazinfo" xəbər verir ki, onlar bununla bağlı "Baku TV"yə danışıblar. Mərhumun atası Müsəllim Məmmədov hadisənin qan köçürüldükdən sonra baş verdiyini iddi

17 dekabr
.

Yadigar Muradovun yerinə direktor əvəzi təyin edildi (FOTO)

Şuşa Dövlət Dram Musiqili Komediya Teatrına yeni direktor əvəzi təyin olunub. Qaynarinfo xəbər verir ki, direktor səlahiyyətlərini Əməkdar artist, mərhum Yadigar Muradovun müavini Azad Məmmədov icra edəcək. Əməkdar artist Azad Məmmədov məlumatı Qaynarinfo-ya təsdiqləyib. Xatırladaq ki, Şuşa Dövlət Dra

18 dekabr
.

Bu Mərkəzin operatoru dələduzluğa görə həbs edildi

Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzinin kompüter operatoru Z.Sevdimalıyeva dələduzluq cinayətinə görə həbs edilib. Qaynarinfo-nun məlumatına görə, Hacıqabul Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 178.2.3-cü (Dələduzluq - şəxs tərəfindən ö

17 dekabr
.

"Amnistiya aktı ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir" - Deputat

Xəbər verdiyimiz kimi bu il Prezident İlham Əliyevin sərəncamı ilə 200-dən artıq məhkum edilmiş şəxs əfv edilib. İlin sonunadək amnistiya aktının da qəbul ediləcəyi də gözlənilir. Bele ki, Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Bununla bağlı -a danışan deputa

17 dekabr
.

Nadir Hüseynovun öldüyü hadisənin təfərrüatı - Yaralanan qadın dayanacaqda dayanıbmış

Tanınmış bədii qiraətçi, Əməkdar müəllim​ Nadir Hüseynovun ölümü ilə nəticələnən hadisənin təfərrüatı məlum olub. "Qafqazinfo" xəbər verir ki, hadisə dekabrın 17-si saat 11 radələrində paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, N. Hüseynov sürdüyü avtomobillə hərəkətdə olarkə

18 dekabr
.

Nazir Nicat Məmmədliyə yüksək vəzifə verdi

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Təhsilin İnkişafı Fonduna direktor təyin edilib. Qaynarinfo xəbər verir ki, bu barədə nazir Emin Əmrullayev əmr imzalayıb. Qeyd edək ki, Nicat Məmmədli 1997-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisasını

18 dekabr