Azərbaycanda dərslər sentyabrda başlayacaq?- AÇIQLAMA

Azərbaycanda dərslər sentyabrda başlayacaq?- AÇIQLAMAXəbər verdiyimiz kimi iyulun 5-də 523 nəfər koronavirusa yoluxub, 451-i isə sağalaraq evə buraxılıb. Son iki gündə yoluxanların sayında azalma müşahidə olunur. Rusiyada dərslər sentyabrın 1-də, Türkiyədə avqustun 31-dən başlayacaq. Son iki gündə yoluxanların sayında müşahidə olunan azalma dinamikası davam etsə, Azərbaycanda dərslər sentyabrın 1-də başlaya bilərmi?

Məsələ ilə əlaqədar Sonxeber.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bununla bağlı qərarı Operativ Qərargah verəcək.

Deputat Ceyhun Məmmədov qeyd edib ki, məlum olduğu kimi heç bir ölkə belə bir vəziyyətin yaranacağını proqnozlaşdırmırdı. Anidən belə bir vəziyyətin yaranması təhsil sistemində ciddi çətinliklər yaratdı. Bir sıra ölkələr onlayn təhsillə bağlı müəyyən addımlar atsalar da ümumilikdə prosesı tam hazır deyildilər. Sizin də qeyd etdiyiniz kimi, bu məsələ ilə bağlı ayrı-ayrı ölkələr müxtəlif qərarlar qəbul ediblər. Məsələn, Türkiyədə artıq dərslərin avqustun 31-dən başlanılması ilə bağlı qərar qəbul olunub. Əsas məqsəd təhsilin yüksək səviyyədə davam etdirilməsi və bu istiqamətdə fasilənin yaranmasına imkan veilməməsidir. Azərbaycan hökuməti də ilk gündən pandemiyanın təhsil sisteminə mənfi təsirlərinin aradan qaldırılması istiqamətində tədbirlərə başladı. Tədrisin "Microsoft teams", "Zoom" və digər proqramlar vasitəsilə davam etdirilməsinə çalışdı. Ümumilikdə tədris ili normal başa vuruldu. Təbii ki, müəyyən çətinliklər də oldu. Azərbaycanda tədris ilinin nə zaman başlayacağı ilə bağlı indidən nəsə demək çətindir. Bu gün qarşıda duran əsas vəzifə virusa yoluxanların sayının azalmasıdır. Bu gün əsas güc bu istiqamətə verilib. Vəziyyətin təhlili göstərir ki, hələ də vəziyyət stabilləşmir. Ənənəvi qaydada tədrisə başlamaq üçün vəziyyət tam dəyişməlidir. Əgər vəziyyət düzəlsə tədris ənənəvi qaydada davam etdiriləcək. Əgər düzəlməsə, virusa yoluxanların sayı artsa tədris onlayn qaydada davam edə bilər. İnsanların sağlamlığı, milli təhlükəsizliyin təmin olunması hər şeydən öncə gəlir. Buradan bir daha vətəndaşlara müraciət edirik ki, özlərini və yaxınlarını qorusunlar".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 11934   Tarix: 06 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyalarla bağlı İLK DƏFƏ AÇIQLANDI - Dəyişiklik edilir?

Azərbaycanda yaşlı, ağır xəstə və əlilliyi olan şəxslər üçün baxım sosial sığorta sisteminin yaradılması məqsədəuyğun olardı. Bunu -a açıqlamasında iqtisadçı Vahid Əhmədov deyib. Onun sözlərinə görə, belə sistem uzun illərdir Avropa ölkələri və ABŞ-da tətbiq olunur və insanların uzunmüddətli gündəli

9 avqust
.

Azyaşlı şəkər xəstəsi olduğu üçün "Barama" uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)

Azyaşlının şəkərli diabet xəstəsi olduğu üçün Bakıdakı uşaq bağçasından kənarlaşdırıldığı iddia edilir. Uşağın anası Hədiyyə Qurbanəliyeva "Barama" uşaq bağçasından şikayətçidir. Dediyinə görə, ona xəbərdarlıq edilmədən övladı bağçanın "Əcəmi" filialından uzaqlaşdırılıb. Valideyni

8 avqust
.

Bu şəxslər ad və soyadını DƏYİŞƏ BİLMƏZ - RƏSMİ

Ədliyyə Nazirliyi Azərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı hüquqi proseduru və vətəndaşların bilməli olduğu əsas qaydaları bir daha xatırladıb. "Bakupost" xəbər verir ki, nazirliyin məlumatına əsasən, Azərbaycan vətəndaşları 18 yaşına çatdıqdan sonra adını, ata adın

8 avqust
.

Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 23-27 isti, gündüz 29-33 isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşki

9 avqust
.

Avqustun 13-dən sonra TOY EDƏCƏKLƏRİN NƏZƏRİNƏ

Məhərrəm ayının başa çatması ilə toy mövsümü yenidən gündəmə gəlib. Hazırda davam edən Səfər ayı da avqustun 13-14-də yekunlaşacaq. Bu səbəbdən avqustun ikinci yarısından etibarən ölkədə toy mərasimlərinin sayında ciddi artım olacağı proqnozlaşdırılır. Bəs qarşıdakı dövrdə həqiqətən də "toy bumu"

9 avqust
.

Sabah 40 dərəcə isti olacaq

Avqustun 9-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 isti, gündüz 34-39 isti olacaq. Atmosfer təzyiqi 756 m

8 avqust
.

Uitkoff: Cənubi Qafqaz daha təhlükəsiz, daha firavan və daha sabitdir

Bir il əvvəl bu gün ABŞ Prezidenti Donald Tramp 35 illik amansız münaqişəyə son qoyan tarixi sülh müqaviləsini imzalamaq üçün Azərbaycan və Ermənistanı bir araya gətirdi. "Report" xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff "X" sosial şəbəkə hesabındakı paylaşımd

9 avqust
.

Böyük Britaniya Cənubi Qafqazda uzunmüddətli sülhə dəstəyini təsdiqləyib

Böyük Britaniya Cənubi Qafqazda möhkəm sülhün əldə edilməsi istiqamətində səylərə dəstəyini təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin avqustun 8-də Vaşinqton sammitinin birinci ildönümü münasibətilə yaydığı bəyanatda bildirilib. "Vaşinqto

9 avqust
.

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

Avqust ayı üzrə Bakı, Sumqayıt və Abşeronda pensiyaların veriləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar avqustun 14-də ödəniləcək. Xatırladaq ki, ötən ay da eyni tarixdə pensiyalar ödənilmişdi. Respublikanın digər bölgələri üzrə

8 avqust