Həftəsonu müşahidə ediləcək HAVA ŞƏRAİTİ AÇIQLANDI
Avqustun 8-i və 9-u ölkə ərazisində əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır.
Bu barədə XQ-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O deyib ki, qeyd edilən günlərdə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 31-36 dərəcə isti olacağı gözlənilir.
Bölgələrdə də növbəti 2 gün ərzində hava əsasən yağmursuz keçəcək. Lakin dağlıq ərazilərdə qısa müddətdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 34-39, dağlıq ərazilərdə isə 23-28 dərəcə isti olacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1205 Tarix: 08 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 4-də keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib. Bu barədə -a DİM-dən məlumat verilib. Abituriyentlər DİM-in saytında imtahan nəticələri il
7 avqustAzərbaycanda işçi axtarılır - Əməkhaqqı 10 min manatdır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur. xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb. Qeyd olunan vakansiyalar üzrə ən yüksək əməkhaqqı 10
7 avqustBu universitetlər BAĞLANA BİLƏR - XƏBƏRDARLIQ
Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ali təhsil müəssisələrinin fəaliyyəti məsələsini yenidən gündəmə gətirib. Bu qərar universitetlərin keyfiyyət standartlarına uyğunluğu, tədris və idarəetmə prosesləri, maddi-texniki baza və digər tələblərin nə dərəcədə vacib olduğunu göstərir
7 avqust41 dərəcə isti: Nazirlikdən ƏHALİYƏ XƏBƏRDARLIQ!
Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti hava müşahidə olunur. Belə havanın bazar günü də davam edəcəyi gözlənilir. Bu hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tutur. Lakin təəssüflə qeyd olunmalıdır ki
8 avqustHikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqton sülh sammitinin birinci ildönümü ilə bağlı video paylaşıb. "Report" xəbər verir ki, H.Hacıyev bu barədə "X" hesabınd
8 avqust