Avqustun 13-dən sonra TOY EDƏCƏKLƏRİN NƏZƏRİNƏ
Məhərrəm ayının başa çatması ilə toy mövsümü yenidən gündəmə gəlib. Hazırda davam edən Səfər ayı da avqustun 13-14-də yekunlaşacaq. Bu səbəbdən avqustun ikinci yarısından etibarən ölkədə toy mərasimlərinin sayında ciddi artım olacağı proqnozlaşdırılır.
Bəs qarşıdakı dövrdə həqiqətən də "toy bumu" yaşanacaqmı? Tələbatın artması şadlıq sarayları, foto-video xidmətləri, musiqi qrupları və digər toy xidmətlərinin qiymətlərinə necə təsir göstərəcək?
Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova böyük ehtimalla avqustun ikinci yarısından etibarən Azərbaycanda toy mövsümü nəzərəçarpacaq dərəcədə canlanacağını bildirib:
"Ümumiyyətlə statistik olaraq avqustun sonu, sentyabr və oktyabr ayları Azərbaycanda ən çox toy keçirilən dövr hesab edilir. Bazar qanunlarına əsaslansaq tələbin artması bəzi xidmətlərin bahalaşmasına səbəb ola bilər. Lakin qiymət artımının bütün bazarda eyni səviyyədə olacağını demək olmaz. Bu gün Bakıda müxtəlif iqtisadi seqmentlərdə fəaliyyət göstərən şadlıq evləri mövcuddur. Adambaşına qiymətləri təxminən 50-70 manat olan aşağı seqment şadlıq sarayları da var, 70-150 manat olan orta seqment olanlar da. Premium məkanlarda isə qiymətlər 150-200 manat arasında dəyişir. Xüsusi VIP paketlərdə qiymətlər 300-500 manata qədər yüksələ bilir. Bu səbəbdən, kəskin qiymət bahalaşması gözlənməsə də, orta hesabla 5-10 faiz artım ehtimalı var. Amma bu bahalaşmanın əlavə xidmətlərdən qaynaqlana biləcəyini düşünürəm".
İqtisadçı deyib ki, xüsusilə, artım aparıcı, DJ, foto-video çəkilişi, dekorasiya və canlı musiqi xidmətlərində müşahidə oluna bilər:
"Bu xidmətlərdə təklif bir qədər məhduddur və eyni tarixlərə çoxsaylı sifariş daxil ola bilər. Qiymət artımının menyudan asılı olacağını isə düşünmürəm. Çünki bazarda tələb çox olduğu qədər təklif də çoxdur. Şadlıq evlərinin sayı və bazardakı rəqabət genişdir. Toy mövsümünün pik dövründə ən böyük problem qiymətdən çox boş tarix tapmaq olur. Buna görə də, avqustun ikinci yarısı, sentyabr və oktyabr aylarında toy planlaşdıranlar rezervasiyanı mümkün qədər tez etməlidirlər".
V.Əhmədova onu da qeyd edib ki, Azərbaycanda Məhərrəm və Səfər aylarında toy etməmək hüquqi və ya dini baxımdan məcburi qadağa deyil:
"Bu, əsasən illər ərzində formalaşmış ictimai ənənədir. Son illərdə isə bu ənənənin təsiri əvvəlki illərlə müqayisədə zəifləyib. Xüsusilə böyük şəhərlərdə və yüksək gəlir qrupuna aid ailələr arasında artıq Məhərrəm və Səfər aylarında, hətda Ramazan ayında da toy məclisləri təşkil olunur. Üst seqment şadlıq evləri və premium məkanlar son bir neçə ildə bu aylarda da fəaliyyətini tam dayandırmır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib