"İndiki şəraitdə bu münasibətlərin yeni çağırışlara uyğunlaşdırılması aktuallaşır"- Deputat

"İndiki şəraitdə bu münasibətlərin yeni çağırışlara uyğunlaşdırılması aktuallaşır"- DeputatBir sıra beynəlxalq ekspertlər COVID-19 pandemiyasının müddətinin uzanmasını nəzərə alaraq sənaye, ticarət və digər biznes sahələrinin fəaliyyəti üçün daha effektiv mexanizmlərin işlənib hazırlanması və tətbiq olunması zəruriliyi barədə fikirlərini bildiriblər. Bu ehtiyac, bir gün əvvəl ÜST-ün baş direktoru Tedros Adan Gebreyesus tərəfindən koronavirusun yayılma sürətinin artmaqda davam etdiyi və pandemiyanın hələ pik həddə çatmadığı barədə verdiyi açıqlamalarla izah olunur.
Karantinin uzanması şəraitində Azərbaycanda biznes fəaliyyətinin təşkili necə aparılmalıdır?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, COVID-19 yeni növ koronavirus infeksiyası pandemiyası bəşər tarixində ölkələrin iqtisadiyyatlarına ən çox mənfi təsir göstərən pandemiyadır: "Bu pandemiya ölkələr arası əlaqələri dayandırıb, istehsal sahələrinə məhdudiyyətlər tətbiq olunub, kütləvi işsizlik məsləsini gündəmə gətirib. Dünya ölkələri öz iqtisadiyyatlarını yeni şəraitə uyğunlaşdırmaq istiqamətində düşünür, iqtisadiyyatın bərpasının yeni yolları axtarılır. Dünya iqtisadiyyatında baş verən proseslərdən ölkəmiz kənarda qalmayıb. Ölkədə tətbiq olunmuş karantin tədbirləri turizm sektorunub iqtisadi fəallığı sıfıra endirib, istehsal və satış sahələrin iş ahəngi pozulub. Ölkə həyatı üçün belə xüsusi şəraitdə iqtisadiyyatın yenidən dirçəldilməsi məsələsi gündəmə gəlib. İndiki şəraitdə bu münasibətlərin yeni çağırışlara uyğunlaşdırılması aktuallaşır. Bu gün internetin imkanları iqtisadiyyatın yeni çağırışlara uyğundurulmasına geniş imkanlar yaradır. Bu , iqtisadiyyatın daha da elektronlaşdırılması, məsafədən idarə edilməsi və rəqəmsal ticarətin inkişaf etdirilməsindən ibarətdir. Pandemiyanın nə vaxt bitəcəyi və koronavirusa qarşı peyvəndin nə vaxt tətbiq olunacağı heç kimə məlum deyil. Ona görə də ölkələr, o cümlədən ölkəmiz iqtisadi fəallığın bərpasında qeyd etdiyim istiqamətlər əsas tutulmalıdır. Düşünürəm ki, həm pandemiya, həm də postpandemiya dövründə iqtisadiyyatın idarə edilməsində yeni baxışların ortaya qoyulması böyük itkilərin qarşısı alınmasına imkan verəcəkdir".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3730   Tarix: 08 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

2 may
.

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin rəisi Elnar İmanovla Dövlət Əmək Müfəttəişliyi Xidməti arasında qalmaqal yaranıb. Qaynarinfo-ya daxil olan məlumata görə, buna səbəb dövlətə xidmətinin Elnar İmanovu cərimələməsidir. Bildirilir ki, idarə rəisinə İnzibati Xətalar Məcəlləsini

2 may
.

"Qanun dəyişikliyi problemli ipoteka kreditlərinin qarşısını alacaq" - Ekspert

İpotekaya xitam verilən hallar genişlənib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İpoteka haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliye

2 may
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

2 may
.

Ailə üzvlərinə işgəncə verdi, atasını döyərək öldürdü – AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində əzab vermədə və qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Namiq Səfərovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın əldə etdiyi məlumata görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökm

2 may
.

Bu qurumlarda da korrupsiya əməliyyatı keçiriləcək -AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublik

2 may
.

Kəlbəcərin Baş planı təsdiqləndi

"Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiqlənib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarda göstərilib ki, Baş planın hazırlanmasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınıb

2 may
.

Bu şirkətin kapitalı öz ölkəsinin iqtisadiyyatından böyükdür - Vətəndaşlar narahatdır

Bu şirkətin kapitalı öz ölkəsinin iqtisadiyyatından böyükdür - Vətəndaşlar narahatdır. Diabet və piylənmənin müalicəsi üçün ən populyar dərmanları "Ozempic" və "Wegovy"nin yaradıcısı "Novo Nordisk" (Danimarka) Avropada ən bahalı şirkətdir və onun böyük uğuru öz ölkəsini

2 may
.

Magistr imtahanında ən yüksək balı o topladı

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi magistraturaya qəbulda birinci oldu. BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Qəhrəman Kazımlı magistraturaya qəbul imtahanlarında (essesiz) 86 bal toplayaraq rus bölməsi üzrə ən yüksək nəticəni göstərib. Qəhrəma

2 may