"Tehran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağı da Azərbaycanın bir parçası sayır"-RƏY

"Tehran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağı da Azərbaycanın bir parçası sayır"-RƏYErmənistan İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin açıqlamalarından narahatdır. Ermənistanın İctimai Televiziyası İranın Ermənistandakı səfiri Abbas Bədaxşandan müsahibə götürüb. Erməni jurnalisti iranlı diplomata belə bir sual verib: "İranın Azərbaycandakı səfirinin Tehranın siyasəti ilə üst-üstə düşməyən açıqlamalarını necə qiymətləndirrisiniz?"
Bu suala cavabında İranın Ermənistandakı səfiri konkret həmkarının adını çəkməsə də, deyib ki, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində balanslaşdırılmış mövqeyi dəyişməyib. Səfir bu sözlərinə belə bir cümləni də əlavə edib: "Əgər fərqli fikir söyləyənlər varsa, onların mövqeyi İran hökumətinin baxışını əks etdirmir, rəsmi mövqe İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi vasitəsilə təqdim edilir, onun açıqlamalarında isə fərqli heç nə yoxdur".

İranın Ermənistandakı səfiri bu açıqlamalarla nə demək istəyir?

O, Dağlıq Qarabağ münaqişəsinin həllində Tehranın hansı balanslaşdırılmış mövqeyindən danışır?

Bu barədə politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, Tehran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağı da Azərbaycanın bir parçası sayır. Bunu həm İran rəsmiləri, həm də qonşu ölkənin Ali Dini Lideri bildirir:

"Əslində İranın Ermənistandakı səfiri İrəvanda Tehranın mövqeyini təhrif edir. Doğru olanı isə məhz İranın Azərbaycandakı səfiri deyir.
İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini bildirib. "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmalıdır" - bu iranlı diplomatın hər dəfə təkrarladığı cümlədir. Bundan başqa Cavad Cahangirzadə hər il iyun ayında qeyd edilən "Qüds günü" münasibətilə bu fikri də səsləndirir: "İran Azərbaycan və Fələstin torpaqlarının işğaldan azad olunmasını istəyir".

Bu arada, Cavad Cahangirzadə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevlə görüşündə Ermənistan tərəfindən işğal edilmiş torpaqların sülh yolu ilə geri qaytarılmasının, regionda stabilliyi qoruyub saxlamağ üçün ən yaxşı yol olduğunu bildirib.

Aydındır ki, səfirin bu açıqlamaları və onun Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri ilə görüşü Ermənistan hakimiyyətinin və separatçıların xoşuna gəlmir.

Ancaq Cavad Cahangirzadədən əvvəl İranın Azərbaycandakı səfirləri də eyni sözləri deyiblər. İranın Azərbaycanda Cavad Cahangirzadədən əvvəlki səfiri Möhsün Pak Ayin də deyirdi ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməlidir. İranın Azərbaycandakı səfiri Bakıda fərqli açıqlama verə bilməz. O başqa məsələ ki, İranın Ermənistandakı səfirləri "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir" fikrini səsləndirməkdən çəkinirlər.

Cavad Cahangirzadənin Azərbaycanda fəaliyyət müddəti başa çatmaq üzrədir. Tehran onun yerinə yaxın müddətdə Bakıya başqa diplomatını səfir göndərəcək. Gələn səfir də Dağlıq Qarabağla bağlı fərqli bir açıqlama verməyəcək. Ermənistandakılar şükür etsinlər ki, İranda yaşayan on milyonlarla azərbaycanlı bir ağızdan "Ermənistan işğal altındakı torpaqları boşaltmalıdır" tələbini səsləndirmirlər. Ancaq həmin gün də uzaqda deyil. Həmin gün yetişəndə "balanslaşdırılmış yanaşmadan" danışan İranın Ermənistandakı səfirləri belə İrəvanın imdadına çata bilməyəcəklər".

F.Ağayeva


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1886   Tarix: 10 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vitse-prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi - Foto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 dekabr
.

Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı - Paylaşım

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 dekabr
.

İlham Əliyev "John Deere" şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da "John Deere" şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin baş icraçı direktoru Ksaba Leykonu qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycand

10 dekabr
.

"Slovakiyanın təsdiqlədiyi siyasi etimad Azərbaycanın balanslı və praqmatik xarici siyasətinin nəticəsidir" - AÇIQLAMA

"Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Eyni zamanda, bu gün Şərq ilə Qərb arasındakı müəyyən bir körpü rolunu oynayırıq". Bu fikirləri Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pellegrini ilə mətbuata bəyanatında söyləyib. Dövlətimizin başçısı qeyd edib

9 dekabr
.

Müdafiə çıxışları bitdi - Arayikgil son söz deyəcəklər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorl

4 dekabr
.

"Zamanla siyasi çəkisini itirmiş simaların yenidən iddia ilə çıxış etməsi praktiki nəticə doğurmur" - DEPUTAT

"Azərbaycan siyasi mühitində müxtəlif dövrlərdə fərqli təsir mərkəzlərinin formalaşması və onların ictimai fikrə yön verməsi haqqında müzakirələr heç vaxt dayanmayıb", - bunu -a açıqlama verən deputat Şahin Seyidzadə deyib:. "Bu müzakirələr həm hakimiyyət dairələrinə, həm də müxalif bloklar

15 dekabr
.

"Aİ Venesuela dosyesini bağlamır, sadəcə dondurulmuş vəziyyətdə saxlayır" - AÇIQLAMA

Avropa İttifaqı (Aİ) Şurası Venesuelaya qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 10 yanvar 2027-ci ilə qədər uzatmaq qərarına gəlib. Sənəddə qeyd edilib ki, hazırda siyahıda aktivləri dondurulmalı olan 69 nəfər var. Onlara birbaşa və ya dolayı yolla vəsait, eləcə də, iqtisadi resurslar təqdim etmə

15 dekabr
.

Azərbaycanda 21 yeni peşə təhsili müəssisəsi tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncamla 2026-2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsasl

5 dekabr
.

"Heydər Əliyev Azərbaycançılıq ideyasını siyasi konsepsiyaya çevirərək xalqın kimliyini modern dövrə daşıdı" - AÇIQLAMA

"12 dekabr Azərbaycan tarixində Ulu Öndər Heydər Əliyevin anım günü kimi həm ehtiram, həm də dərin düşüncə ilə xatırlanan bir gündür. Bu gün yalnız bir lideri deyil, bütöv bir dövlətçilik fəlsəfəsini formalaşdırmış böyük bir şəxsiyyəti yad edirik". Bunu -a politoloq Tural İsmayılov danışıb

12 dekabr