"Azərbaycanda informasiya texnologiyalarının inkişafına dövlət səviyyəsində böyük diqqət və qayğı var"- Deputat

"Azərbaycanda informasiya texnologiyalarının inkişafına dövlət səviyyəsində böyük diqqət və qayğı var"- DeputatKoronavirus pandemiyası müxtəlif ölkələrin hökumətlərini əhalini qorumaq və biznesi təşviq etmək üçün informasiya texnologiyalarını aktiv şəkildə tətbiq etməyə vadar etdi. Məsələn, bu yaxınlarda Azərbaycanda İqtisadiyyat Nazirliyi Elektron Kredit Platformasını tətbiq etdi və biznesmenlərin kreditlərə girişini sadələşdirdi, Daxili İşlər Nazirliyi isə insanları tanımaq (icazəsi olan insanlar üçün) və küçə kameraları vasitəsi ilə avtomobil sahibləri üçün icazələrin mövcudluğunu izləmək üçün elektron platformalardan istifadə edir. Lakin bu gün bir sıra MDB ölkələrində informasiya texnologiyaları baxımından yeni imkanlar nəzərdən keçirilir. Beləliklə, Rusiyada bank krediti alarkən identifikasiyanın sadələşdirilməsi və digər əməliyyatlar üçün sürücülük vəsiqəsindən istifadə etmək təklif olunur.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, birmənalı olaraq söyləmək olar ki, koronavirus pandemiyası müxtəlif ölkələrin hökumətlərini əhalini qorumaq və biznesi təşviq etmək üçün informasiya texnologiyalarını aktiv şəkildə tətbiq etməyə vadar etdi:

"Bir sıra ölkələr yeni tətbiqlər üzərində işləməyə, yeni proqramların hazırlanmasına başladılar. Hazırda bu səhədə dünyada ciddi inkişaf və proseslər gedir. Bu gün Azərbaycanda informasiya texnologiyalarının inkişafına dövlət səviyyəsində böyük diqqət və qayğı var. Son illər bir çox xidmətlərin elektronlaşdırılması istiqamətində ölkəmizdə ciddi addımlar atılıb. Əslində Azərbaycanda əvvəlki dövrlərdən bu sahədə ciddi işlər gedirdi. Əvvəlki dövrlərdə atılan addımlar bir sıra xidmətlərin elektron qaydada göstərilməsinə böyük təkan verdi. Bu dövrdə evdən çıxmaq üçün SMS icazələrin verilməsi, elektron kredit platformasının tətbiqi, Daxili İşlər Nazirliyinin insanları tanımaq (icazəsi olan insanlar üçün) və küçə kameraları vasitəsi ilə avtomobil sahibləri üçün icazələrin mövcudluğunu izləmək üçün elektron platformaları istifadəyə verməsi əhalinin bir sıra xidmətlərdən elektron qaydada istifadəsi üçün yeni imkanlar yaratdı və bir çox məsələləri xeyli asanlaşdırdı. Bütün bunlar Azərbaycanda elektron hökumət sisteminin qurulması istiqamətində işlərin uğurla davam etdirildiyini söyləməyə əsas verir. Hədəflər isə daha böyükdür. Bilirsiniz ki, Microsoft şirkətinin rəhbərliyi ilə müzakirədə ölkəmizdə Abşeron vadisinin yaradılması ideyası irəli sürüldü. Hesab edirəm ki, bu layihə də bu sahənin ölkəmizdə inkişafına öz töhfəsini verəcək. Rusiyada irəli sürülən bank krediti alarkən identifikasiyanın sadələşdirilməsi və digər əməliyyatlar üçün sürücülük vəsiqəsindən istifadə etmək təklifinə gəldikdə isə gələcəkdə bu kimi məsələlər nəzərdən keçirilə bilər".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 904   Tarix: 10 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

Yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydaları təsdiqlənib. report-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Qaydalar "Təhsil haqqında" qanununun 29.0.37-1-ci maddəsinə əsasən hazırlanıb və ali, orta ixtisas və peşə təhsil

4 may
.

Bakıda 55 yaşlı qadının meyiti tapıldı

Bakının Yasamal rayonu ərazisindəki evlərin birində qadın meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində çoxmənzilli binada baş verib. Orada yaşayan 1969-cu il təvəllüdlü L.Əliyevanın meyiti aşkar edilib. Hadisə yerinə prokurorluq əməkdaşları gəlib. Faktla bağl

4 may
.

Yalnız qız övladları olan valideynlər 55 yaşında pensiyaya çıxa bilərmi? - AÇIQLAMA

Bildiyimiz kimi, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. Bu "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Lakin bel

3 may
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

4 may
.

Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb

Sumqayıtda ana və övladları itkin düşüblər. "Report"un yerli bürosu məlumat verir ki, 1991-ci il təvəllüdlü Şəbnəm Sahib qızı Alıyeva övladları, 2013-cü il təvəllüdlü Ayxan Nəsrəddin oğlu Alıyevi və 2012-ci il təvəllüdlü Ayan Nəsrəddin qızı Alıyevanı da götürərək 4-cü mikrorayonda yaşadığ

4 may
.

Elmar Məmmədyarov deputat olacaq? (AÇIQLAMA)

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun parlament seçkilərinin daha tez keçirilə biləcəyi ilə bağlı dünənki açıqlaması ölkə gündəmin əsas mövzusuna çevrilib. Milli Məclisin bir sıra deputatları da builki parlament seçkilərinin vaxtından əvvəl – avqust-sentyabr ayında keçiriləcəyini -a müsahibələrind

3 may
.

Kəlbəcərin 22%-i yaşıllıq olacaq - Baş Planın detalları

Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən "Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı" təsdiq edilib. xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş Planın detallarını açıqlayıb. Qeyd olunur ki, otuzillik erməni işğalı nəticəsində dağıdılan Kəlbəcər şəhərini

3 may
.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin

3 may
.

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? - VİDEO

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətlərində yenilik edilib. Tarif Şurası tərəfindən elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri müəyyənləşdirilib. -ın məlumatına görə, iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, istər elektrik, istərsə də qazpaylayıc

4 may