Kökəlmək istəyənlər üçün XÜSUSİ MENYU
İndiyə qədər "Necə arıqlayaq?" mövzusunda tövsiyələr çox eşitmişik. Bu gün isə bir çoxlarını düşündürən belə bir sual var - "Necə kökəlim?".
Araşdırmalara görə, kökəlməmək problemi əsasən kişilərdə yaşanır. Qadınlarda da eyni problemə rastlana bilər. Unutmayın, alınan kalori sərf edilən kaloridən çox olarsa, kökələ bilərsiniz.
Maddələr mübadiləsi səhərlər sürətli işləyir, axşama doğru isə yavaşlayır. Maddələr mübadiləsinin yavaşladığı saatlarda yediyiniz yeməklər sizə daha çox çəki qazandıracaq.
Kökəlmək istəyənlərə bu arzusunu gerçəkləşdirmək üçün bəzi tövsiyələr təqdim edirik.
Səhər yeməyini ötürməyin, mütləq yeyin
Hər səhər mütləq yemək yeyin. Səhər yeməyini erkən saatlarda etməniz eyniylə balaca körpə kimi ideal bədənə qovuşmanıza yardım edəcək. Balaca dilim çörək+kolbasa, ya şirin kökə ilə ötüşdürməyin.
Axşam meyvə və salat yemək
Axşam meyvə və salat yeyirsinizsə, kökəlməyi unudun. Çiy olan bu qidalar həzmi çətinləşdirdiyi üçün gecə rahat yatmanızı əngəlləyər.
Axşam çox gec yatmaq
Əgər siz saat 23:00 -02:00 saatlar arasında yatmırsınızsa, o zaman kökəlməyi unudun. Kökəlməniz üçün bu saatlar arasında yatmalısınız.
Kökəlmək üçün yeməklərə kiçik miqdarda atılan kətan toxumunun qısa müddətdə faydasını görəcəksiniz.
"Nə gəldi yemək, təki ağzım işləsin" üsulu ilə kökəlmək mümkün deyil. Bunun yerinə həcm olaraq kiçik, amma tərkibi kalorili olan yeməklər daha təsirlidir.
Səhər yeməyindən sonra 2 əsas yemək 2 ara yemək ən ideal qidalanma şəklidir. Bu qidalar zamanı protein və karbohidrat qəbuluna diqqət edin.
Qidalanma tövsiyələri:
Səhər yeməyinə 1 dilim taxıllı çörək və fıstıq əzməsi əlavə edin.
Ara yeməklərdə qoz, fındıq, badam, quru ərik, fıstıq, şokolad yeyin.
Sobada qızardılmış kartof, toyuq, balıq, süd, pendir, qatıq kimi qidalara üstünlük verin.
Şəkər tərkibli içkilər yerinə təzə sıxılmış meyvə suları, süd için.
Özəlliklə axşam saatlarında kökəlmək üçün çörək, makaron, plov yeyin.
Yediyiniz şirniyyatın enerji dəyərini artırmaq üçün içinə 2 qaşıq qoz əlavə edin.
Səhərlər çay yerinə südün içinə 1 çay qaşığı bəhməz qataraq için.
Yeməklərdə ədviyyat istifadəsini artırın. Özəlliklə nanə, qırmızı bibər kimi ədviyyatlar iştahaçıcıdır.
Suyu yeməklərdən sonra için.
Kökəldən qidalar:
Yulaf əzməsi
Üzüm suyu
Quru üzüm
Quru ərik
Susam
Balıq yağı
Fındıq yağı
Kətan toxumu
Quzu ciyəri
Yumurta
Kərə yağı
Ananas suyu
Alma suyu
Qoz
Avokado
Çörək
Qara düyü
Kökəldən menyu
Səhər: 60 qr tam yağlı pendir, 1 ədəd qaynamış yumurta və ya qayğanaq, 5 ədəd zeytun, 2-3 dilim çörək, 1 çay qaşığı bal/qaymaq, 1 stəkan tam yağlı süd
Ara yemək: 1 ovuc qoz-badam, 1 kasa tam yağlı yoqurt
Günorta: 120 qram qızardılmış toyuq, ya da balıq, 2-3 dilim çörək, 1 kiçik kasa zeytun yağlı salat, 1 stəkan ayran
Ara: 1 stəkan meyvəli milkshake ya da meyvə aromalı süd, 1 ovuc badam ya da fındıq
Axşam: 1 qab qurupaxlalı yemək ya da 120 qr qızardılmış ət, 1 qabaq plov, ya da tərəvəz souslu makaron, 1 kasa qatıq
Ara: 1 pors südlü şirniyyat, 1 ovuc fıstıq(aile.lent.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qabığındakı faydadan xəbəriniz var?
Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. Axşam.az xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. 1. Antioksidant mənbəyidir Qabıqda polifenollar adlı maddələr olur. Bunlar orqanizmi sərbəst radikallardan qoruyara
22 martMiyoma nə zaman təhlükəli ola bilər?
Miyoma uşaqlığın əzələ qatından yaranan, adətən xoşxassəli (yəni xərçəng olmayan) şişlərdir. Tibbi dildə bu vəziyyət "Uterine fibroids" kimi tanınır. Axşam.az xəbər verir ki, qadınlarda, xüsusilə reproduktiv yaş dövründə çox rast gəlinir. Miyomaların dəqiq səbəbi tam bilinməsə də, əsas faktorla
28 martDənizlərin altında gənclik iksiri: İnsan ömrü 200 ilə qədər uzana bilər
Rochester Universitetinin alimləri Qrenlandiya balinalarının 200 ili aşan ömürlərinin genetik səbəblərini kəşf ediblər. Bu nəhəng məməlilərdəki xüsusi bir zülalın (protein) DNA bərpasını sürətləndirdiyi və beləliklə, insanlarda xərçəng və yaşlanma ilə bağlı xəstəliklərin qarşısını ala biləcəyi bildirilir
21 martBəhreyn və Küveytin hava məkanı 29 gündür bağlıdır - Yeni qadağa qərarı
Birləşmiş Ştatlar və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar fonunda Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Bəhreyn və Küveytin hava məkanlarında dayandırılmış uçuşlar artıq 29-cu gündür ki, bərpa edilmir. xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərqin hava hərəkətinin idarə edilməsi xidmətindək
28 martQocalığın başladığı yaş açıqlanıb
Qocalığın başlama yaşı getdikcə dəyişir. Ölkə.az " "ya istinadla xəbər verir ki, bu sözləri rusiyalı terapevt Pavel Vorobyov deyib. Onun sözlərinə görə, rəsmi olaraq yaşlılıq dövrü 60 yaşdan başlayır, lakin reallıqda bu yaş daha aşağı ola bilər. Çünki qocalıqla əlaqələndirilən xəstəliklər ço
20 martSaçların tez yağlanmasının qarşısını necə almaq olar?
Saçların tez yağlanması bir çox insanın qarşılaşdığı problemlərdən biridir və bunun səbəbi əsasən gündəlik qulluq vərdişləri ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, saçların həddindən artıq tez-tez yuyulması baş dərisinin daha çox yağ ifraz etməsinə səbəb ola bilər. Yanlış seçilmi
15 martÜç həftədən çox davam edən öskürək təhlükəlidir - Həkimlərdən məsləhət
Vərəm müalicə olunsa da, dünyada hələ də ən ölümcül yoluxucu xəstəliklərdən biridir. Hər il təxminən 10 milyondan çox insan yoluxur, 1 milyondan çoxu həyatını itirir. xəbər verir ki, bunu Biruni universiteti Tibb Fakültəsi xəstəxanasının ağciyər xəstəlikləri üzrə mütəxəssisi Prof. Dr. Sinem İliaz deyib
29 martHəkimdən mühüm məsləhət: Bu idman növü ömrü uzadır
Sağlam həyat tərzi artıq sadəcə dəb deyil. Məlum olub ki, tennis raketkası insanı sağlam saxlamağa qadirdir. xəbər verir ki, bu barədə həkim Kirill Masliyev " "ya danışıb. Onun sözlərinə görə, biohaking sadəcə dəb halını alan məşğuliyyət deyil, genlərin işini işə salan və ya ləngidən mexanizmləri
19 martBu qidalar ürək üçün təhlükəlidir
Yüksək miqdarda ultra işlənmiş qida istehlakı ciddi ürək problemləri riskini əhəmiyyətli dərəcədə artırır. Nəticələr Amerika Kardiologiya Kollecinin İllik Elmi Toplantısında təqdim edilib. Araşdırmaya görə, gündə doqquz porsiyondan çox ultra işlənmiş qida qəbul edən şəxslərin ciddi ürək problemi yaşam
29 mart