Hikmət Hacıyev: "Artilleriya qurğularından istifadə etməklə hücum gözlənilirdi"

Hikmət Hacıyev: "Artilleriya qurğularından istifadə etməklə hücum gözlənilirdi"Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən hadisələr barədə Rusiyanın Lenta.ru saytının suallarını cavablandırıb.

Jurnalistin silahlı toqquşmaların Dağlıq Qarabağ bölgəsində deyil, Tovuz rayonunda başlaması ilə bağlı sualını cavablandıran Hikmət Hacıyev qeyd edib ki, əvvəla, gerçək faktlara baxmaq lazımdır:

"İlk olaraq qeyd edək ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz istiqamətində təxribat törədərək, atəşkəs rejimini kobud şəkildə pozublar. Qarşı tərəf artilleriyadan istifadə etdi. Bütün bu hadisələr məsuliyyətinin məhz Ermənistan tərəfinin üzərinə düşdüyünü əyani şəkildə göstərir".

Azərbaycan rəsmisi bildirib ki, bu cür hərbi avantüra ilə Ermənistan münaqişəyə hərbi-siyasi təşkilatları cəlb etməyə və Azərbaycana qarşı yürütdüyü işğal və təcavüz siyasətinə görə məsuliyyətdən yayınmağa çalışır:

"Amma Yerevanın hərəkətləri üzvü olduğu beynəlxalq təşkilatların hüquqi sənədlərinə belə ziddir. Bundan əlavə, mənə elə gəlir ki, Ermənistan uzun müddətdir davam edən hərbi münaqişəni öz sosial-iqtisadi problemlərinin kəskinləşməsi fonunda gücləndirməyə çalışır.

COVID-19 infeksiyasının Ermənistanda geniş yayılması da ölkə rəhbərliyinin destruktiv siyasətinin nəticəsidir. Sərhəddəki gərginlik cəmiyyətin fikrini ölkənin daxili problemlərindən yayındırmağa xidmət edir. Azərbaycan sərhəddə gərginliyin yaranmasının əleyhinədir. Təxribatların qarşısını almaq üçün sərhəd xidmətləri və silahlı qüvvələrimiz gücləndirilib".

H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfi 12 iyul, bazar günü, Ermənistan ordusunun zirehli texnikasının və canlı qüvvələrin yerdəyişmə həyata keçirdiyini müşahidə edib:

"Biz bunu hücumun əvvəlcədən hazırlandığının sübutu kimi qəbul edirik".

Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, Bakı hər zaman Ermənistan-Azərbaycan sərhədində gərginliyin yaranmasına səbəb ola biləcək təxribatların qarşısını almağa və bu kimi hadisələri aradan qaldırmağa hazırdır:

"Qazax və Tovuz bölgələri boyunca sərhəddə Azərbaycanın Dövlət Sərhəd Xidməti bölmələri yerləşdirilib. Ermənistan tərəfi, əksinə, iki ölkə arasındakı dövlət sərhədini sistematik şəkildə hərbiləşdirməkdə və mülki şəxslərə qəsdən atəş etməkdə davam edir".

Rusiyalı jurnalistin "Bu vəziyyət böyük silahlı qarşıdurmaya çevrilə bilərmi?" sualını cavablandıran H.Hacıyev söyləyib:

"Bildiyiniz kimi, Azərbaycanla Ermənistan arasında ciddi qarşıdurma Ermənistanın Dağlıq Qarabağı və daha yeddi rayonu işğal etdiyi müddətdən bəri 30 ildir ki, davam edir. Silahlı qüvvələrimiz indi də orada üz-üzə dayanır. Oxu.az

Bu, Birinci və İkinci Dünya müharibələrinin 100 min əsgərin üzbəüz dayandıqları ssenarilərə bənzəyir. İstənilən vaxt qarşıdurma gözlənilir. Hələ də təxribat gözlənilirmi - Ermənistan tərəfindən soruşmalıyıq, çünki məhz onlar Azərbaycan torpaqlarını işğal ediblər".

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri münaqişənin həllində Rusiyanın roluna toxunub:

"Rusiya Federasiyasının rəhbərliyi və şəxsən Prezident Vladimir Putin lazım olan addımlar atıblar, bunu çox yüksək qiymətləndiririk. Ancaq təəssüf ki, Ermənistanın işğalyönlü və təxribatçı addımları məsələnin sülh yolu ilə həllinə imkan vermir.

Bütün beynəlxalq ictimaiyyəti Ermənistandan hesabat tələb etməyə çağırırıq. Ermənistan məsələnin sülh yolu ilə həllində maraqlı olmadığını sübut edir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1531   Tarix: 14 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel