"Erməni tərəfi sosial şəbəkələrdə iyrənc təxribatla məşğuldur"- Deputat

"Erməni tərəfi sosial şəbəkələrdə iyrənc təxribatla məşğuldur"- DeputatXəbər verdiyimiz kimi iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Bu gün Ermənistan dövləti cəbhə ilə yanaşı sosial şəbəkələrdə təxribatlar törədirlər. Onlar Azərbaycan dilində saxta profillər açaraq guya şəhid sayının gizlədilməsi ilə bağlı yalan məlumatlar yayırlar. Onlar bizimlə heç bir əlaqəsi olmayan və köhnə foto, video yayaraq əhali arasında təşviş yaratmaq istəyirlər.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ramil Həsən bildirib ki, artıq iki gündür ki, Ermənistanın ordusu Azərbaycan torpaqlarında növbəti təxribat törədərək atəşkəsi kobudcasına pozurlar:

"Əlbəttə, Azərbaycanın ordusunun qəhrəman oğulları düşmənin bütün təxribatının qarşısını qətiyyətlə alaraq bir millimeter də olsa torpaqlarımızın düşmən tapdağının altına keçməsinə icazə verməyiblər. Bu bizim üçün böyük qürur rəmzidir. Ermənistan hakimiyyəti tərəfindən icra edilən bu məkrli plan işləmədi. Əksinə, ermənilər Aprel döyüşlərindəki kimi növbəti dəfə bibabırçı şəkildə məğlubiyyətə uğrayaraq çox itki ilə geri çəkilməli oldular. Təəssüf ki, bizim 4 hərbi quluqçumuz şəhid oldu, 4-ü isə yaralandı. Müdafiə Nazirliyinin təqdim etdiyi videolardan və verdiyi adekvat cavablardan da açıq görünür ki, düşmən qatbaqat artıq itki verib. Bu gün düşmən tək cəbhədə deyil sosial şəbəkələrdən, mətbuatdan və digər müasir texnologiyadan istifadə edərək Azərbaycan əlehinə iyrənc təbliğat işləri aparmaqdadır. Ona görə dəyərli Azərbaycan oxucularına, vətəndaşlarımıza məsləhət görürəm ki, Müdafiə Nazirliyinin verdiyi rəsmi açıqlamakara inanıb, etibar etsinlər. Düşmən saxta profillər açaraq Ermənsitan faşist hakimiyyətinin vermiş olduğu sifarişi icra edib saxta yazışmalar aparır, eyni zaman da insanları çaşdırmaq üçün foto və videolar paylaşırlar. Onlar birmənalı olaraq insanlarınız tərəfindən qınanmalıdır. Vətəndaşlarımız bilməlidir ki, Azərbaycan güclü və qüdrətli dövlətdir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ordunun Ali Baş Komandanı olaraq bütün vacib addımların atılması bağlı bütün vəziyyətə şəxsən özü nəzarət edir. Cənab prezident bunu Təhlükəsizlik Şurasının iclasında da qeyd etmişdi. Azərbaycan ordusu qatbaqat düşmən ordusundan güclüdür. İstənilən zaman düşmənin bütün təxribatlarına ikiqat cavab vermək gücünə və şücaətinə malikdir. Biz bunu iki günlük proses də bir daha gördük. Ermənistannın itkisi 70-80-dən ölçülür. Ermənistan mətbuatı və insanları öz ölkəsinin hakimiyyətindən tələb etsin ki, təxribatçı addımlarına görə itirdikləri əsgərlərin sayını niyə gizlədirlər? Qoy Ermənistan hakimiyyəti bununla məşğul olsun. Bu gün Nikol Paşinyan öz faşist rejimini qorumaq üçün bu hadisələrdən istifadə edib, xarici düşmən obrazını yaradır. Nikol Paşinyan Dağlıq Qarabağ kartından istifadə edib əsgərlərini güllənin qabağına verib, ölümlərinə göz yumur. Bu gün Azərbaycan ordusu öz torpaqlarını qoruyur. Əminik ki, ən qısa zamanda Ali Baş Komandanın əmri ilə ordumuz torpaqlarımızı işğaldan azad edəcək. Silahlı qüvvələrimiz bu gün güclü ordular sırasındadır. Çünki ordumuz bu gün yüksək hərbi texnologiyaya və döyüş qabiliyyətinə malikdir. Bütün düşmən cəhdlərinin qarşısını qəhrəmancasına alan əsgərlərimiz bundan sonra da torpaqlarımızı şücaətlə qoruyacaqlar. Vətəndaşlarımız Azərbaycan ordusuna tam güvənməli və Ali Baş Komandanın ətrafında sıx birləşməlidir. Yaddan çıxarmayaq ki, biz birlikdə güclüyük, Birlikdə də düşməni yenərək möhtəşəm qələbə qazanacağıq".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1943   Tarix: 14 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021