Zelenskinin terrorçu ilə söhbətinin təfərrüatı açıqlandı - VİDEO
Ukrayna Prezidenti Vladimir Zelenski Lutskda avtobusda sərnişinləri girov götürən terrorçu Maksim Krivoş ilə telefon danışığının təfərrüatını açıqlayıb.
Bu barədə "RBC-Ukrayna" xəbər yayıb.
"Biz onunla 7-10 dəqiqə danışdıq, ilk addımı onun atacağına və bir neçə nəfəri buraxacağına razılaşdıq. Xahiş etdim ki, hamilə qadını, yaralını (bizdə belə məlumat var idi) və uşağı buraxsın.
O, xəsarət alan olmadığını, bunun boş söz olduğunu dedi. Razılaşdıq ki, üç nəfəri azad edəcək və bundan sonra bir video ilə çıxış edəcəyəm".
V.Zelenskinin dediyinə görə, video sosial şəbəkələrdə yayımlandıqdan yarım saat sonra terrorçu bütün girovları avtobusdan azad edəcəyinə söz verib.
Dövlət başçısı əlavə edib ki, M.Krivoş verdiyi sözə əməl edib və 30-40 dəqiqə ərzində girovların hamısını azad edib.
"Əgər nəyisə hücumsuz edə biliriksə, bir nəfərin də həyatını təhlükəyə atmırıqsa, bu, mənim üçün aşkar addımlardır. (...) Nəticəmiz var - hamı salamatdır", - deyə Zelenski bildirib.
Xatırladaq ki, iki dəfə məhkum olan Maksim Krivoş iyulun 21-də Lutskda sərnişinlərlə dolu avtobusu qaçırıb. O, dövlət başçısından vətəndaşları "Yer sakinləri" ("Earthlings") filminə baxmağa çağırmağı tələb edib.
Prezident bu tələbə əməl edib. O, sosial media hesabında yaydığı videomüraciətdə deyib:
"2005-ci ilin "Yer sakinləri" filmi, hamı baxsın".
Bundan sonra terrorçu girovları azad edib və təslim olub.
Məlumat üçün deyək ki, "Yer sakinləri" ABŞ istehsalı olan sənədli filmdir. Filmdə insanın heyvanlara qarşı vəhşi rəftarı probleminə toxunulub.

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 4438 Tarix: 22 iyul 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almaniya iqtisadiyyatı ilə bağlı bədbin proqnoz
Almaniyanın iqtisadiyyatı və sənayesi pisləşir, hər ay təxminən 15.00 iş yeri itirilir ki, bu da ölkənin rəqabət qabiliyyətinə mənfi təsir göstərir. "Report" "DPA"ya istinadən xəbər verir ki, bunu Almaniya Sənaye İttifaqının (BDI) direktoru Tanya Gyönner bildirib. "Əminəm ki
26 iyulUKMTO Oman körfəzində tankerlə bağlı insident barədə məlumat verib
Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri nəzdində Britaniya Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman körfəzində tankerin iştirakı ilə baş vermiş insident barədə məlumat alıb. "Report" xəbər verir ki, bu barədə Mərkəzin rəsmi saytı məlumat yayıb. Bununla belə, UKMTO insidentin nədə
25 iyulDonald Tramp ermənipərəst Adam Şiffi "yekəbaş" adlandırdı
ABŞ Prezidenti Donald Tramp 2020-ci il seçkilərində Co Baydenə məğlub olmadığını bir daha vurğulayaraq, 2028-ci ildə yenidən namizədliyini irəli sürəcəyi ilə bağlı zarafatından da qalmayıb. xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə akkreditə olunmuş Müxbirlər Assosiasiyasının ənənəvi illik qəbulund
25 iyulBu ölkədə çəngəllərdən istifadə etmirlər: səbəbi təəccübləndirəcək
Çin çəngəl və bıçaqlardan istifadə olunduğu qədim sivilizasiyalardan biridir. Arxeoloqlar Çinxay əyalətindəki Tsundji dayanacağı yerində 400 il yaşı olan sümük çəngəllər tapıblar. xarici mediaya istinadən xəbər verir ki, çəngəllər təxminən 300 il əvvəl sıradan çıxıb və yerini çubuqlara verib. XII-XI
26 iyulŞokedici araşdırma: İnsanlıq minlərlə dili tarixdən silib
Bəşəriyyət son 2 00 il ərzində on minlərlə dili itirib. Bu nəticəyə dil müxtəlifliyinin demoqrafik modelini hazırlayan Yel Universitetinin dilçiləri gəliblər. xəbər verir ki, tədqiqatın nəticələri "Science" jurnalında dərc olunub. Alimlərin hesablamalarına görə, təxminən 12 min il əvvəl - so
26 iyulCənubi Çin dənizində Vyetnama aid gəmi batıb, 23 nəfər itkin düşüb
Cənubi Çin dənizində Vyetnamın "KHOI NGUYEN18" gəmisinin qəzaya uğraması nəticəsində 23 nəfər itkin düşüb. "Report" bu barədə "Xinhua"ya istinadən xəbər verir. Məlumata görə, göyərtəsində 62 nəfərin olduğu gəmi iyulun 24-nə keçən gecə batıb. Ekipajın bir hissəsi xilasedic
26 iyul