65 yaşdan sonra işləyənlərə ŞAD XƏBƏR: Pensiya arta bilər...
Azərbaycanda pensiya yaşına çatdıqdan sonra da rəsmi əmək müqaviləsi olmadan çalışmağa davam edənlərin sayı az deyil. Lakin bu şəxslərin adına sosial sığorta haqlarının ödənilməməsi gələcəkdə pensiyalarının yenidən hesablanması və ya əlavə pensiya hüquqlarının yaranması ilə bağlı suallar doğurur.
Bəs rəsmi işləməyən şəxslərin pensiyasının artırılması mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, qüvvədəki qanunvericiliyə əsasən, rəsmi əmək münasibətləri olmadan çalışan şəxslərin pensiya kapitalı formalaşmır.
"Pensiya kapitalı olmadığı üçün onların pensiyalarının yenidən hesablanması və artırılması mümkün deyil. Bu məsələ qanunvericilikdə açıq şəkildə öz əksini tapıb.
Bu qaydanın bir istisnası mövcuddur. 65 yaşdan sonra vətəndaş rəsmi qaydada işləyərək müəyyən məbləğdə pensiya kapitalı formalaşdırarsa, 6 il tamam olduqdan sonra onun pensiyası yenidən hesablanır. Bu zaman sistem avtomatik olaraq yaşa görə pensiyanı dayandırır və şəxsə əmək pensiyası təyin edilir. Nəticədə pensiyanın məbləği artır".
İqtisadçı vurğulayıb ki, vətəndaş 65 yaşına qədər yalnız qeyri-rəsmi işləyibsə, həmin əmək fəaliyyəti hüquqi baxımdan iş stajı və ya pensiya kapitalı kimi qəbul edilmir.
"Qeyri-rəsmi əmək fəaliyyəti sübut kimi qəbul edilmir. Belə şəxslərin işlədiyi illəri sonradan pensiya hesablanarkən nəzərə almaq mümkün deyil. Çünki onların adına sosial sığorta haqları ödənilməyib və pensiya kapitalı formalaşmayıb", - o, qeyd edib.
R.Abbasbəyli onu da vurğulayıb ki, dövlət tərəfindən həyata keçirilən ümumi pensiya artımları bütün müvafiq pensiya növlərinə şamil olunur. Lakin bu artımlar fərdi qaydada pensiyanın yenidən hesablanması anlamına gəlmir.
"Ölkədə pensiyalar üzrə ümumi indeksləşdirmə və ya sosial xərclərlə bağlı artımlar həyata keçirilərsə, həmin artımlar yaşa görə pensiya alan şəxslərə də tətbiq edilir. Ancaq uzun illər qeyri-rəsmi fəaliyyət göstərən vətəndaşın sonradan işləmiş kimi göstərilərək pensiyasının artırılması qanunvericiliyə uyğun deyil".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2359 Tarix: 26 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 35° isti olacaq
Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal
16 sentyabrGöylər kəndindən 3 qız Hərbi İnstituta qəbul olunub - Fotolar
Bu günlərdə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib. And içənlər arasında bu il instituta qəbul olunmuş üç şamaxılı qız da var. Onlar rayonun Göylər kəndindəndirlər. "Qafqazinfo"
15 sentyabrAzərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR
Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli
16 sentyabrRamiz Mehdiyevin işində onlar da dindirilib
Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə
16 sentyabrTələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə
16 sentyabrTƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub. Əmrə əsasən, Adil Rzayev sözügedə
16 sentyabrTürkiyə-Azərbaycan Universitetində neçə tələbə təhsil alacaq?
2026-2027-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetində (TAU) ümumilikdə 289 tələbənin təhsil alacağı gözlənilir. Bu barədə Qaynarinfo-ya universitetin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu il universitetə 115 nəfəri qəbul olunub. Bu da ötən illə müqayisədə yeni tələbələrin sayınd
16 sentyabr"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi
16 sentyabr