"Diaspora nümayəndələrimizin sivil formada keçirdikləri aksiyalarda təhlükəsizlik tam təmin olunmalıdır"- DEPUTAT
Xəbər verdiyimiz kimi ermənilər Belçika, Paris, Brüssel və Moldovada yaşayan azərbaycanlılara qarşı hücumlar edərək vəhşiliklər törədirlər. Nəticədə bir neçə azərbaycanlı ilə yanaşı REAL televiziyasının əməkdaşı Xatirə Sərdarqızına xəsarət yetiriblər.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Ramil Həsən bildirib ki, bir neçə gündür ki, Los Anceles, Paris, Brüssel, Moldova və dünyanın bir çox yerində Qarabağın düşmən tapdağından azad edilməsi ilə bağlı Azərbaycanın diaspora nümayənləri öz diplomatik korpuslarının ətrafında dayanaraq sakit, dinc formada fikirlərini ifadə etmək istəyərkən radikal terror qruplaşmaların paltarlarını geyinən erməni vandallarının hücumuna məruz qalıblar:
"Ermənilərin bu addımı Ermənistanın işğalçı bir dövlət olmasını və terroru dəstəkləməsini bir daha ortaya qoydu. Terror ermənilər üçün bir alətdir. Bu yolla onlar sivil vətəndaşlarımıza, cəbhədə və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara qarşı müxtəlif təxribatlar törədirlər. Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi bəyanata uyğun olaraq mütləq şəkildə xaricdə yaşayan diaspora təşkilatları , diplomatlarımız və orada yaşayan bütün azərbaycanlılar ayıq-sayıq olmalıdır.
Bu gün xaricdə yaşayan diaspora nümayəndələrinə təşkil edilən hücum 70-80-ci illərdə ASALA terror qruplaşmasının Avropa dövlətlərində Türkiyə diplomatlarına və vətəndaşlarına qarşı törətdiyi təxribatı xatırladır. Bu da əlbəttə müəyyən şübhələr yaradır.
Azərbaycan və Türkiyəyə qarşı aparılan bu iyrənc təcavüz siyasəti bir daha sübut edir ki, iki qardaş ölkənin günü-gündən güclənməsi, dövlətimizin xarici siyasət strategiyasının cənab Prezident İlham Əliyevin başçılığı altında güclənməsi, dünyanın beynəlxalq münasibətlər sistemində öz sözünü deməsi, mətbuat, media blokadasını çoxdan yararaq haqq sözünü ictimaiyyətə çatdırması, mühüm təşkilatlar qarşısında söz sahibi olması, görünür Ermənistanı, onların havadarlarını narahat edir. Bu narahatlıq vətəndaşlarımıza qarşı vandalizm və radikal hərəkətlərlə özünü göstərməkdədir.
Ona görə beynəlxalq təşkilatlar və ölkələr özünü ikili münasibətlərindən əl çəkməlidir. Demokratiyadan Azərbaycana və bölgələrdəki digər dövlətlərə dərs keçmək istəyən bir çox ölkələr özlərinin öhtəlik kimi götürdükləri diplomatlarımızın təhlükəsizliyini təmin etməlidirlər. Eyni zamanda bizim diaspora nümayəndələrimizin qanun çərçivəsində və sivil formada keçirdikləri aksiyalarda onların təhlükəsizliyi tam şəkildə təmin olunmalıdır".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
Səhər yeməyini ötürsək nə baş verər?
Meyxanaçı Kərim vəfat etdi
Pul boşa gedir: Bu beş smartfonu alanlar peşman olur
"Hazırda "bomj" kimi bir həyat yaşayıram..."
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Nazirdən iki təyinat
Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Aysundan Rəqsanəyə İRAD: "Səhv deyirsən" - VİDEO
Çində günəş elektrik stansiyası səhranı "oyandırdı" - Alimlər
Ölkə başçısının növbəti humanist addımı
Həyat yoldaşına qaraciyərini bağışladı: "Canım idi, ciyərim oldu"
Şagirdlərin saqqızdan zəhərlənməsi iddiaları ilə bağlı - Açıqlama - Fotolar