İsraildə Azərbaycana dəstək aksiyası keçiriləcək
Avqustun 9-da İsrailin Tel-Əviv Yafo şəhərində müstəqil dövlətimizə və Azərbaycan əsgərinə dəstək məqsədilə yürüş-mitinq keçiriləcək.
Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
"İsraildəki Azərbaycan Evi"nin rəhbəri Nexemya Şirin Mixaelinin təşkilatçılığı ilə baş tutacaq aksiya şəhərdəki erməni mərkəzi və erməni kilsəsinin qarşısında gerçəkləşdiriləcək.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, "The Jerusalem Post" qəzetinin siyasi şərhçisi Arye Qut deyib ki, Azərbaycan diasporu ilk dəfə İsraildə iri miqyaslı həmrəylik aksiyası keçirməyə hazırlaşır.
Azərbaycan və İsrailin dövlət bayraqlarının dalğalanacağı, "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, Bizim olacaq!" şüarlarının səsləndiriləcəyi icazəli aksiya zamanı ictimai asayişin qorunmasına İsrail polisi nəzarət edəcək. O, bildirib ki, bu aksiya Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.
"Ermənistan və ona havadarlıq edən dövlətlər bu aksiyanın keçirilməsini istəməsələr də, bu tarixi hadisə baş verəcək. İsraildəki Azərbaycan diasporunun səfərbər edilməsi baxımından tarixi bir gün yaşayacağıq", - deyə həmvətənimiz vurğulayıb.
A.Qut İsraildə yaşayan Azərbaycan əsilli yəhudilərə müraciət edərək, onları aksiyada fəal iştirak etməyə çağırıb.(oxu.az)
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1312 Tarix: 01 avqust 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşHərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib
Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada
26 aprelDaha bir alim Ali Attestasiya Komissiyasına qarşı
Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib
26 aprelQobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO
Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik
26 aprelŞoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb
"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib
26 aprelMərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir
"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
26 aprel"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda
26 aprel